Çəkdiklərinə baxanda orqazma çatan rejissor

Çəkdiklərinə baxanda orqazma çatan rejissor
30 aprel 2018
# 14:38

Bu gün böyük rejissor Lars Von Trierin doğum günüdür. Onun 62 yaşı tamam olur. Trier son dövrlərdə dünya kinosunu yerindən oynadan adamlardan biri, bəlkə də birincisidir. Danimarkalı rejissor çəkdiyi filmlərdən əlavə, gözlənilməz hərəkətləri ilə də yadda qalıb.



Dünya kinosunda “Doqvill’’lə, ’’Manderley’’lə, ‘’Antixrist’’lə yadda qalan rejissor, onlardan öncə öz “dəlilik’’ləriylə də yadda qalıb. Dəlilik dedikdə ilk olaraq Trierin çəkdiyi “Axmaqlar’’ filmini xatırlayırıq.



Kuis.az Trier haqqında maraqlı faktları təqdim edir.



1. Trierin “E’’ trilogiyasının tərkibində olan “Avropa’’ (“Europe”) filmi 1991-ci ildə çəkilib. 1991-ci ildə Kann Kino Festivalına qatılan film münsiflər heyətinin xüsusi mükafatına və texniki komissiyanın mükafatına layiq görülür. ’’Qızıl Palma’’ya can atan Trier münsiflər heyətinin sədri Roman Polanskini “Cücə’’ deyə çağırır.



2. Trier “Zentropa’’ kinostudiyasının qurucularından biridir. Bu şirkətin tərkibində olan “Puzzy Power’’ adlı şirkəti isə pornoqrafiya çəkməklə şöhrət qazanıb. Deyilənə görə Trierin bu işdə bir başa əli olub və bu şirkət qadın tamaşaçıları hədəf seçərək pornoqrafik filmlər çəkib.



3. Bu faktı kinomanlar yaxşı bilir. Çox uzatmayaq: ’’Axmaqlar’’ filmi. Filmdə pornoqrafik kadrlar var və Trier Kann Kino festivalına bu filmi təqdim edib. Trier Kanna üstündə ‘’Axmaqlar’’ yazılmış avtobusla gedib.



4. Bütün dünya “Dogma95’’ i və ‘’Axmaqları’’ müzakirə edəndə Trier anidən dinini dəyişib. Katolik olub.



5. “Qaranlıqda rəqs edən ’’ filmi Kannda ‘’Qızıl Palma’’nı qazanır, amma kinotənqidçilər və tamaşaçılar iki yerə bölünür: bir tərəf deyir əla filmdir, digər tərəf isə filmi zəif sayır. Filmin çəkilişləri zamanı Byorkla olan mübahisələrindən isə danışmağa dəyməz.



6. “Amerika fürsətlər ölkəsi” trilogiyasını çəkəcəkdi. İki film çəkdi:’’Doqvill’’ və ‘’Manderley’’. “Vaşinqton”u çəkmədi. Trier bu trilogiyanı çəkərkən Amerikaya heç getməmişdi. Kafkaya bənzərliyi də burda üzə çıxır. Kafkanın “Amerika’’ adlı kitabı olsa da heç vaxt Amerikanı görməyib.



7. “Manderley’’ filmini çəkərkən filmin bir səhnəsi üçün eşşəyi çəkiliş meydançasında öldürdü, aktyorlardan Con Relli buna etiraz əlaməti olaraq meydançanı tərk etdi. Montajda isə bu səhnə filmdən çıxarıldı.



8. Daha bir maraqlı hadisə isə ‘’Manderley’’ filmindən sonra oldu. Trier müsahibəsində yerinə düşməyən bir cümlə işlətdi. “Elə bir film çəkmişəm ki, həm zəncilər, həmdə ku-klus-klançılar mənə nifrət edəcək’’ … Əlavə şərhə ehtiyac yoxdur.


9. 2009-cu ildə “Antixrist’’lə qadınların və kinotənqidçilərin hədəfinə tuş gələndə özünü dünyanın ən yaxşı rejissoru adlandırdı.



10. Keçən il, Kann Kino Festivalında Hitlerə olan simpatiyasını dilə gətirən rejissor persona non-qrata elan olundu.



11. Aktyorlarla işləyəndə yaranan mübahisələr (əsasən ‘’Qaranlıqda rəqs edən’’ və ‘’Axmaqlar’’ filmlərində) də yadda qalan olub. Bundan savayı Trier müsahibələrinin birində qeyd eləmişdi ki, rejissorluğu masturbasiya kimi görür və kinozallarda filmini seyr edərkən orqazm həddinə gəlir. Həqiqətən də bu rejissorun eqosu yüksəkdir, amma sənətkardır.



Mətləb Muxtarov

# 4583 dəfə oxunub

Oxşar xəbərlər

“İzzət Kino Mükafatı”nın qalibləri elan olunacaq

“İzzət Kino Mükafatı”nın qalibləri elan olunacaq

12:10 9 yanvar 2026
Bu dünyada tək qalmaqdan qorxmayan yoxdur... - Mirmehdi Ağaoğlu

Bu dünyada tək qalmaqdan qorxmayan yoxdur... - Mirmehdi Ağaoğlu

16:10 8 yanvar 2026
Amerika trilleri Nizami Gəncəvinin misraları ilə açılır

Amerika trilleri Nizami Gəncəvinin misraları ilə açılır

11:20 8 yanvar 2026
Çilovda "Tilov"a düşənlər - Ağa Cəfərli

Çilovda "Tilov"a düşənlər - Ağa Cəfərli

16:00 7 yanvar 2026
“Məsumiyyət muzeyi” serialının yayım tarixi açıqlandı

“Məsumiyyət muzeyi” serialının yayım tarixi açıqlandı

15:10 7 yanvar 2026
Məşhur aktyor bu filmdə çəkilməkdən imtina etdi - Səbəb

Məşhur aktyor bu filmdə çəkilməkdən imtina etdi - Səbəb

14:30 7 yanvar 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər