Sən pozaların ən ləçərisən! – Yeni Şeir

Sən pozaların ən ləçərisən! – <span style="color:red;">Yeni Şeir
23 may 2019
# 13:10

Kulis.az Mehman Qaraxanoğlunun yeni şeirlərini təqdim edir.

Şairlərin intiharı

Evimin yolunu azıb gəldim ədəbiyyata.

Gördüm mənim kimi nə qədər yolunu azmış var burda.

Tıxaca düşmüşdülər sanki!

Misra boyu qafiyə əkənlər

Fit verirdilər misra sonunda.

Sükan arxasında

Tüklü qarınlarını qaşıyırdı pullu “şair”lər.

Onlar üçün şeir əkirdilər –

Şeirəkmə aksiyasına qoşulmuşdu hamı.

Əmcəkli nənələr öz şeirlərini əmizdirirdi -

“Romalı qızın ata sevgisi”...

Mən portretin küncündə dayanıb

Rubensin imza gününü gözləyirdim.

Lənətə gələsən səni, şair pozası!

Sən pozaların ən ləçərisən!

Baxışlarını göyə səpirsən,

Guya gözəlçələr gələcək?!

Əbləh!

Əvvəl Şaqalın “Gəlin”i üçün skripka çalmağı öyrən!

Sonra gəl danışaq...

Ən azı həyətimdə bir yaşıl ağacım var

Rembrantın özü gətirəcək

Məni o ağacın dibinə...

Mən necə şair oldum?

Məni söz öldürdü...

Deyirlər,

kənd də,

şəhər də

ölülərlə dolu...

Kənd maşınlarını şəhərə buraxmadığından

qalmışam Kəramətin “Çöl”ündə...

Əvvəl orta məktəbi,

Sonra...

Sonra çox yeri bitirdim...

Dörd diplomum var!

“Attestat”da dörd “t”nın olduğunu bilmirdim,

“Tapança”da isə bir “t”...

Dostlar qışqırır:

Şeirimiz gedir hara?!

Getdiyi yeri bilsəydim,

Şeirdən əvvəl gedib durardım o yerdə.

Məni Allah göndərib ki,

Nə Parisdə,

Nə İsveçdə,

Nə də Romada,

Məhz Azərbaycanda şair olum!

Çünki şairlik üçün burada əlavə xərc gərək deyil...

Mən söz adamıyam -

Remboyam,

Valyexoyam,

Ramizəm,

Salamam,

Aqşinəm,

Baharam,

Yeniseyəm...

Lap qısa anlatsam,

Yenisi-yəm!

Hərəsindən bir hava,

Hərəsindən bir nəfəs,

Hərəsindən bir söz...

“Üslub” nə olan şeydi?!

Mənə nağıl danışma:

Guya Semuel Bekket 39 yaşında tapıb onu...

O dediyin “üslub” burada – ayağımın altındadı,

Kimin şəxsi təsərrüfatından qaçıb, mənə nə...

Bu dəqiqə tənqidçi qardaşım onun başını üzüb

Qanını sürtər alnıma...

Bu da üslublu alnım...

Görürsənmi?!

Image result for mehman qaraxanoğlu

# 4759 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər