“Komandir” Ağdamda təqdim olundu

“Komandir” Ağdamda təqdim olundu
19 may 2019
# 09:53

Mayın 18-də Ağdam rayonunun Quzanlı qəsəbəsində “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin təşkilatçılığı və Mənəvi Dəyərlərin Təbliği Fondunun dəstəyi ilə həyata keçirilən “Vətən sevgisində zirvə: Şəhidlik” layihəsi çərçivəsində tədbir keçirilib.

Əvvəlcə “Şəhidlər” abidə kompleksi ziyarət edilərək, önünə gül dəstələri qoyulub, şəhidlərin əziz xatirəsi anılaraq ruhlarına dualar oxunub. Ağdam Dövlət Dram Teatrında keçirilən tədbirdə Ağdam Rayon İcra Hakimiyyətinin, Mənəvi Dəyərlərin Təbliği Fondunun, “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin nümayəndələri, rayon ictimaiyyəti, Qarabağ müharibəsi veteranları və şəhid ailələri, gənclər iştirak ediblər.

Tədbirdə yazıçı Şərif Ağayarın qələmə aldığı 2016-cı ilin Aprel döyüşlərində şəhid olmuş polkovnik-leytenant Raquf Orucovun döyüş yolundan bəhs edən “Komandir” romanının təqdimatı olub. Əvvəlcə Raquf Orucovun hərbi fəaliyyətini, uğurlu kəşfiyyat əməliyyatlarını əks etdirən və Vətən uğrunda şəhid olan qəhrəmanlarımızın xatirəsinə həsr edilmiş videoçarxlar nümayiş olunub.

Yazıçı Şərif Ağayar müəllifi olduğu əsərin qəhrəmanı – şəhid komandir Raquf Orucov barədə tədbir iştirakçılarına fikirlərini çatdırıb. Bildirib ki, əsərin qəhrəmanı hər bir gəncimiz üçün mükəmməl örnəkdir. Komandirin döyüş yolu, şəhidlik məqamına ucalması Azərbaycan zabitinin hər an işğal altında olan Vətən torpaqlarını azad etməyə hazır olduğunu göstərir.

Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov şəhidliyin bir çox dəyərləri özündə birləşdirən məqam olduğunu söyləyib.

Şəhid komandirin həyat yoldaşı “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Alızadə ömrünün 25 ilini respublikamızın ərazi bütövlüyü uğrunda döyüşlərə sərf edən, “Murov qartalı” adını qazanan polkovnik-leytenant Raquf Orucovun həyatının və Vətənə xidmətinin “Komandir” romanında real faktlar əsasında qələmə alındığını bildirib və tədbir iştirakçılarına minnətdarlığını ifadə edib.

C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının direktoru, Əməkdar incəsənət xadimi Müşfiq Hətəmov, Raquf Orucovun müəllimi Tünzalə Vəliməmmədova və döyüş yoldaşları çıxış edərək, şəhid polkovnik və “Komandir” romanı haqqında fikirlərini bildiriblər. Vurğulanıb ki, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olan hər bir Vətən övladının xatirəsi xalqımızın qəlbində daim yaşayacaq.

Mərasimin sonunda iştirakçılara müəllifin imzası ilə “Komandir” romanı hədiyyə edilib.

# 3805 dəfə oxunub

Oxşar xəbərlər

Pulitzer mükafatçısının yeni romanı – Gələcəyin dağılmış Nyu-Yorkunda sağ qalmaq

Pulitzer mükafatçısının yeni romanı – Gələcəyin dağılmış Nyu-Yorkunda sağ qalmaq

18:40 14 oktyabr 2026
Rassel Brendin məhkəmə prosesi başladı: Aktyora qarşı altı qadının şikayəti araşdırılır

Rassel Brendin məhkəmə prosesi başladı: Aktyora qarşı altı qadının şikayəti araşdırılır

17:30 14 oktyabr 2026
Əməkdar jurnalist Ənvər Qafarlı vəfat etdi

Əməkdar jurnalist Ənvər Qafarlı vəfat etdi

16:53 14 oktyabr 2026
Əfsanəvi müğənni 62 ildən sonra ABŞ vətəndaşı oldu

Əfsanəvi müğənni 62 ildən sonra ABŞ vətəndaşı oldu

16:40 14 oktyabr 2026
Həbsxanada qəza:  Qalmaqallı repçi P. Diddy  xəstəxanalıq oldu

Həbsxanada qəza: Qalmaqallı repçi P. Diddy xəstəxanalıq oldu

15:40 14 oktyabr 2026
Ulduzların iştirak etdiyi müzikl yenidən səhnəyə qayıdır

Ulduzların iştirak etdiyi müzikl yenidən səhnəyə qayıdır

15:16 14 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər