news-inner
clock13:12 calendar-gray 16 May 2019 view-gray1282 dəfə oxunub
view-gray1282 dəfə oxunub

Aqşin Evrənin böyük yazıçımıza göndərdiyi silah

Kulis.az Səfurə Cəfərovanın “Aqşin Evrən müharibəsi və ya silahın ölümü” yazısını təqdim edir.

Poeziya... 7 hərfli bu söz həm də özündə müxtəlif 7-ləri ehtiva edir: Göyün 7 qatını, göy qurşağının 7 rəngini, həftənin 7 gününü, dünyanın 7 möcüzəsini, musiqinin 7 notunu...

Qəribədir, bu 7-lər bir-birinə elə qarışır ki, bəzən göyün 7-ci qatında musiqinin 7-ci notunu eşitmiş olursan.

Bu mənada Aqşin Evrənin “İnsan və Təbiət” şeirində suyun səsi bir anda göyün yeddinci qatına qalxır və maraqlıdır ki, elə oradaca qalır, yağış olub yerə düşmür:

Taxta qapıya su töküb

yarpaq cücərməsini gözləyər uşaqlar.

Göy qurşağından quş çəkib

uçmasını gözləyər uzaqlar.

Şeirin ilk misralarında qapı - ağacın uşaqlığıdır. Şair burada qapının uşaqlığını - bir vaxtlar ağac olmasını yada salır, amma özünü bu təbiət və məişət dünyasından kənarında saxlayır. Burada iştirakçı yox, müşahidəçi qismində çıxış edir. Əvəzində isə bir uşağı ağacın qocalığına - qapıya tapşırır. Bəs uşaq nə edir? Taxta qapıya su tökür ki, bəlkə o, bir vaxtlar ağac olduğunu xatırlayar və yarpaq bitirər.

Burada mənanın altmənası nüansı diqqətimizi daha dərin məcraya yönəldir. Şeirin bu hissəsinin alt qatında KİMSƏSİZLİK məfhumu yatır və altmənanın yozumu istər-istəməz bizi bu kontekstə yönəldir: uşaq doğmaları üçün ağlayır və onların qayıtmasını arzulayır.

Biz burada müəllifin dualizm təmayülü arasında qalmadığını görürük.

Şeirdə həm də təbiət sistemi ilə sənaye sistemi bir-birini izləyir və ilk başlarda sənayeləşmə prosesi qalib gəlir: bu isə obyektlərin funksiyasından çox, insanın ətraf aləmə münasibətindən qaynaqlanır.

Bayaq haqqında bəhs etdiyimiz musiqinin 7 notu formulu üçüncü bəndə, bu dəfə daha qabarıq şəkildə özünü göstərir:

Qılıncını qalxana zərblə vuran döyüşçülər

Savaşmaz... kaman çalar, kaman çalar...

Yayına at tükü bağlandığıyçün

Kədərli at səsi çıxarar kamançalar.

İlk baxışdan şairin burada müharibənin ritmini göstərdiyini müşahidə etsək də, sonradan məlum olur ki, müəllif savaşa poetik yanaşma kanonlarından kənara çıxmaq istəyir və savaşın kədərini güllə səsi ilə deyil, at səsi ilə göstərir:

Yayına at tükü bağlandığıyçün

Kədərli at səsi çıxarar kamançalar.

Sövq təbii olaraq, şeirdəki müharibə və kamança tandemi mənə Aqşin Evrənin Cəlil Məmmədquluzadənin “Kamança” pyesinə göndərmə etdiyi təəssüratını yaratdı. Hər halda bunu müəllifin özü daha yaxşı bilər, amma şeir öz taleyi ilə istər-istəməz görkəmli ədibə əl uzadıb salam verir.

Bir-birinə tamam uzaq qütblərdə dayanan iki varlığın – kamança və atın arasında o sehrli bağı duya bilməsi şairin poetik zəkasının və hissetmə qabiliyyətinin necə dərin qatlara qədər nüfuz etməsini göstərir.

Aqşin Evrən bizə kamançanın yayının at tükündən hazırlandığı informasiyasını ötürür və ortaya bir tezis qoyur: bəlkə də kamança səsindəki ağrı elə həmin atın ağrılarıdır.

Tilov qarmağı deşər dənizlərin bağrını

Balıqların intiqamı - çürüdür su dəmiri.

Hücum çəkir dalğalar, hücum çəkir sahilə

Gəlib qəddar insanların ayaqların gəmirir.

Tilov, yəni silahla yeraltı canlı aləm arasında şiddətli toqquşmanı göstərən müəllif burada əşyanın, yəni silahın qalib gəldiyi mesajını versə də, sonda silahın məhvinin labüd olduğunu çatdırır.

Burada bir məqamı nəzərinizə çatdırmaq istəyirəm. Aqşin silahın məhvini çox maraqlı bir kimyəvi proseslə göstərir: su dəmiri çürüdür və bu yolla canlıların intiqamını alır. Bu əks-hücuma dalğalar da qoşulur.

Sevindirici bir məqam var: Aqşin Evrənin poeziyası böyüyür. O bu illər ərzində ilk gənclik illərinin romantik şüur axınında qalmadı, yaşamın başqa coğrafiyalarına, qütblərinə də səyahət etməyi bacardı.

Onun xüsusən “Şah Təhmasibə məktub” və “Bənazir Bhutto ölməmişdi” şeirlərində poetik dünyagörüşünün, emosiyasının dərin və çoxqütblü olduğunu görmək olar.

İnanırıq ki, Aqşin Evrən bundan sonra da həmin qütbləri, bucaqları kəşf etməyə və poeziyamıza yeni çalarlar qazandırmağa davam edəcək.

news-inner-user

16484 məqalə

Oxşar xəbərlər

Xəbər lenti

Məşhur meyxanaçı: "O işlə təkcə meyxanaçılar məşğul deyil ki" - Video
17:01 19 Sentyabr 2020
Rejissormuzun filmi Beynəlxalq Turizm Filmlər Festivalının qalibi oldu
15:51 19 Sentyabr 2020
Bitlz qrupu haqqında kitab çap olundu
14:41 19 Sentyabr 2020
Mənə möcüzə kimi görünən ədəbi hadisə - Elçin yazır...
13:30 19 Sentyabr 2020
Dörd min ildi dustağam - Adil Şirinin şeirləri
12:20 19 Sentyabr 2020
Dovlatovun heç yerdə çap olunmamış şeiri sərgiləndi
11:05 19 Sentyabr 2020
Respublika Uşaq kitabxanası yeni layihəsinin ilk mövzusunu Milli Musiqi Gününə həsr edib
09:59 19 Sentyabr 2020
Mətbəxdə cazibəsini itirən qadının dramı
09:00 19 Sentyabr 2020
Üzeyir Hacıbəyovun felyetonu: “Cin”
21:01 18 Sentyabr 2020
Açıq havada premyera oldu – İlk dəfə
19:01 18 Sentyabr 2020
Onlar "Ginnesin rekordlar kitabı"na daxil oldular - Fotolar
18:40 18 Sentyabr 2020
"Arşın mal alan" Bolqarıstan teatrında səhnəyə qoyuldu
18:00 18 Sentyabr 2020
Sarı camış - Kamal Abdulladan yeni hekayə
17:22 18 Sentyabr 2020
Azərbaycanın “Avroviziya-2021”də iştirakı təsdiqləndi
16:38 18 Sentyabr 2020
Üzeyir Hacıbəylinin xatirəsi anıldı
15:51 18 Sentyabr 2020
Dostunun qızıl saatını oğurlayan Vüqar, ərindən iyrənən Validə... – Səriyyə xala iş başında
15:10 18 Sentyabr 2020
“Qalatasaray”ın qələbəsinə sevinən kölə təfəkkürü – Sərdar yazır...
14:32 18 Sentyabr 2020
İntim görüntülərlə şantaj olunan qadın nə etməlidir?
13:39 18 Sentyabr 2020
Mədəniyyət Nazirliyi: "Fəxri adlara namizəd olanları müstəqil komissiya seçəcək"
13:10 18 Sentyabr 2020
Şabanın adı filmlərinin çəkildiyi küçəyə verilib
12:47 18 Sentyabr 2020