Ramiz Rövşənin anşlaqla keçən görüşünün sirri

Ramiz Rövşənin anşlaqla keçən görüşünün sirri
16 may 2019
# 10:15

Son illər şair Ramiz Rövşənin üçüncü təbiridir ki, anşlaqla keçir.

İlk dəfə Bakı Kitab Sərgisi çərçivəsində “Nəfəs” kitabının imza günündə yüzlərlə adam gəlmiş, kitab imzalatmaq üçün saatlarla növbə yaranmışdı.

Ötən həftə Bakı Kitab Mərkəzində keçirilən görüşündə şair öz rekordunu təzələdi. Əsasən, gənclərin qatıldığı bu tədbir son dövrlərin ən yaddaqalan görüşlərindən oldu.

Dünən “LİBRAFF Park Akademiya” kitab mağazasında “Sevgi açarı”, “Gizlənmişəm, tap məni” və “Göyərçinim, gəl görüm” kitablarının təqdimatı və imza günü isə anşlaqla keçən tədbirlərin uğurlu yekunu oldu.

Müxtəlif yaş təbəqəsindən bu tədbirə yüzlərlə oxucu qatılmışdı. Bundan əlavə şairin görüşünə onun qələm dostları, tanınmış ziyalılar, media nümayəndələri gəlmişdi.

Hər üç tədbir “Azərbaycanda kitaba maraq yoxdur”, “Ən tanınmış imzaları da oxumurlar”, “Kitabın zamanı keçib” kimi zərərli stereotipləri dağıtdı.

Demək, oxucu da var, kitaba maraq da var.

Yetər ki, yaxşı yazan olsun və bir də yazılan kitabları oxucuya yüksək səviyyədə təqdim etməyi bacaran institutlar formalaşsın.

Görüntünün olası içeriği: 4 kişi

Görüntünün olası içeriği: 22 kişi, gülümseyen insanlar, oturan insanlar ve kalabalık

Görüntünün olası içeriği: 5 kişi, Zemfira  Məhərrəmli dahil, ayakta duran insanlar

Görüntünün olası içeriği: 6 kişi, oturan insanlar

# 4467 dəfə oxunub

Oxşar xəbərlər

Can Xue, Enn Karson, Cerald Murnane, Mirça Kertaresku, Enrike Vila-Matas, Kristina Rivera Qarsa... - Nobeli kim qazanacaq?

Can Xue, Enn Karson, Cerald Murnane, Mirça Kertaresku, Enrike Vila-Matas, Kristina Rivera Qarsa... - Nobeli kim qazanacaq?

14:00 7 oktyabr 2026
"Tarix özünü  «baş abzas» elan edənləri yadda saxlamır..." - Hüseynbala Mirələmovdan Həmid Herisçiyə  cavab

"Tarix özünü «baş abzas» elan edənləri yadda saxlamır..." - Hüseynbala Mirələmovdan Həmid Herisçiyə cavab

11:00 7 oktyabr 2026
"Əgər xoşbəxtlik deyilən bir şey varsa..." - Sürgündə  yazan italyan yazıçı Natalia Ginzburq kim idi?

"Əgər xoşbəxtlik deyilən bir şey varsa..." - Sürgündə yazan italyan yazıçı Natalia Ginzburq kim idi?

10:00 7 oktyabr 2026
"Yaddaş, parçalanma və ayrılığın mümkünsüzlüyü..." - Sadra Abdollahi Hədiyyə Şəfaqətin romanı haqqında

"Yaddaş, parçalanma və ayrılığın mümkünsüzlüyü..." - Sadra Abdollahi Hədiyyə Şəfaqətin romanı haqqında

15:45 6 oktyabr 2026
Bədheybətlərlə empatiya qurmağı öyrədən yazıçı  Klayv Barker kimdir?

Bədheybətlərlə empatiya qurmağı öyrədən yazıçı Klayv Barker kimdir?

14:30 5 oktyabr 2026
"Başdan-ayağa qurama, karikatura, cansız, bədənsiz..." - Hekayə müzakirəsi

"Başdan-ayağa qurama, karikatura, cansız, bədənsiz..." - Hekayə müzakirəsi

15:00 1 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər