18 may Beynəlxalq Muzeylər günü qeyd olunacaq

18 may Beynəlxalq Muzeylər günü qeyd olunacaq
14 may 2019
# 11:10

Beynəlxalq Muzeylər Şurasının (ICOM) təşəbbüsü ilə 1977-ci ildə təsis olunmuş Beynəlxalq Muzeylər Günü hər il 18 may tarixində dünyada müəyyən bir deviz altında qeyd olunur.

Mədəniyyət Nazirliyindən kulis.az-a verilən xəbərə görə, bu il ICOM tərəfindən “Muzeylər mədəniyyət mərkəzləri kimi: ənənələrin gələcəyi” devizi elan olunub. Belə ki, ənənəvi mədəniyyət mərkəzləri olmaqla yanaşı, muzeylər həmçinin öz kolleksiyalarının qorunması və interpretasiyasının yeni yollarını axtarırlar. Onlar həm gələcək nəsillər, həm də müasir auditoriya üçün əhəmiyyətli olacaq yeni muzey ənənələri yaradırlar. Artıq bu gün muzeylər ziyarətçilərin innovativ proqramların iştirakçısı ola biləcəyi interaktiv mərkəzlərə çevrilirlər.

Bu əlamətdar gün Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, ICOM Azərbaycan Milli Komitəsinin təşkilatçılığı və Park Bulvar AVM-nin dəstəyi ilə ölkəmizdə də təntənəli şəkildə keçiriləcək. Ölkəmizin 12 muzeyi − Azərbaycan Xalça Muzeyi, Azərbaycan Milli İncəsənət Muzeyi, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi, Azərbaycan Dövlət Teatr Muzeyi, Azərbaycan İstiqlal Muzeyi, Milli Azərbaycan Tarixi Muzeyi, “İçəri Şəhər” Muzey Mərkəzi, Üzeyir Hacıbəylinin Ev-Muzeyi, Səməd Vurğunun Ev-Muzeyi, Bülbülün Memorial Muzeyi, Leopold və Mstislav Rostropoviçlərin Ev-Muzeyi, Azərbaycan Gömrük Tarixi Muzeyi bu deviz altında birləşərək “Muzeylər Park Bulvarın qonaqları” adlı 3 gün (17-19 may) ərzində keçiriləcək tədbirdə iştirak edərək qonaqlara müxtəlif proqramlar təqdim edəcəklər.

Tədbirin rəsmi açılışı 17 may, saat 17:00-da Park Bulvar AVM-nin I mərtəbəsində olacaq və 19 may tarixinədək bu məkanda davam edəcək. Belə ki, həmin günlərdə qonaqlara Azərbaycan Xalça Muzeyi toxuculuq üzrə ustad dərslər, interaktiv təhsil proqramları, uşaqlar üçün “Cırtdanın nağılı” tamaşası; Azərbaycan Milli İncəsənət Muzeyi “Sənətin Məcnunu” pantomima, Kölgə teatrı, rəssamlıq üzrə ustad dərslər, viktorina; “İçərişəhər” Muzey Mərkəzi interaktiv − xınayaxdı mərasimi və FaceArt, “Bakılı qaqaş” tipajı ilə nərd oyunu, “Şivanşahlar dövlətinin vəziri” ilə şahmat oyunu, Respublika İncəsənət Gimnaziyası şagirdlərinin ifasında konsert proqramı; Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi fortepiano konserti, "Detaşe" violinoçular ansamblı, “Şirvan” folklor ansamblı və “Qədim musiqi alətləri” ansamblının ifasında konsert proqramları; Leopold və Mstislav Rostropoviçlərin Ev-Muzeyi klassik musiqi əsərlərindən ibarət konsert proqramı, Səməd Vurğunun Ev-Muzeyi şairin şeirlərindən ibarət musiqi və şeir nömrələri; Üzeyir Hacıbəylinin Ev-Muzeyi bəstəkarın “O olmasın, bu olsun” operettasından məktəblilərin ifasında səhnə; Bülbülün Memorial Muzeyi Bülbül adına Orta İxtisas Musiqi Məktəbi şagirdlərinin iştirakı ilə konsert proqramı; Azərbaycan İstiqlal Muzeyi “Ənənədə aşıq sənəti” adlı Dirili Qurbani Məclisi üzvlərinin ifasında konsert proqramı təqdim olunacaqdır.

# 4723 dəfə oxunub

Oxşar xəbərlər

Amerikalı müəlliflərin Vətən müharibəsinə həsr olunmuş kitabı təqdim olundu

Amerikalı müəlliflərin Vətən müharibəsinə həsr olunmuş kitabı təqdim olundu

13:13 3 noyabr 2026
Oktyabrın "Ulduz"u - Xaqani Şirvani-900

Oktyabrın "Ulduz"u - Xaqani Şirvani-900

13:10 3 noyabr 2026
“Baku Steel Art 2026” layihəsində sənaye ilə incəsənət bir arada

“Baku Steel Art 2026” layihəsində sənaye ilə incəsənət bir arada

13:08 3 noyabr 2026
Kennedi Mərkəzinin 2026-cı il mükafatçıları bəlli oldu

Kennedi Mərkəzinin 2026-cı il mükafatçıları bəlli oldu

13:00 3 noyabr 2026
"Ac kölə ağası üçün təhlükəlidir..." - Mark Anney Lukandan sitatlar

"Ac kölə ağası üçün təhlükəlidir..." - Mark Anney Lukandan sitatlar

12:00 3 noyabr 2026
Taika Vaytiti tənqidçilərə sərt cavab verdi:  Yeni filmi kassada gözləniləni doğrultmadı

Taika Vaytiti tənqidçilərə sərt cavab verdi: Yeni filmi kassada gözləniləni doğrultmadı

11:20 3 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər