news-inner
clock09:20 calendar-gray 14 May 2019 view-gray827 dəfə oxunub
view-gray827 dəfə oxunub

55 türk hekayəsi bir jurnalda - Maraqlı Nəşr

Azərbaycan Yazıçılar Birliyi Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin nəşri olan “Dünya ədəbiyyatı” dərgisinin yeni – “Türkiyə: hekayə” xüsusi sayı hazırlanıb. Əlamətdar cəhətdir ki, “Dünya ədəbiyyatı”nın bu sayı AYB-nin 85, Mərkəzin 30, dərginin isə 15 illiyi ərəfəsində işıq üzü görür.

Dərginin yeni sayının məhz qardaş Türkiyənin ədəbiyyatına həsr olunması isə bir başqa yubileylə – parlaq tarixi hadisə ilə əlaqədardır. Türkiyə Cümhuriyyətinin qurucusu Qazi Mustafa Kamal Atatürkün işğalçılara qarşı milli mücadiləni – Qurtuluş Savaşının başlatmaq üçün 1919-cu ilin 19 mayında İstanbuldan Samsuna səfərinin bu günlərdə 100 illiyi tamam olur. Bu mühüm ərəfədə Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzi dərginin növbəti sayının türk ədəbiyyatına, konkret olaraq, Türkiyə hekayəçiliyinə həsr olunması təşəbbüsünü irəli sürüb. Mərkəzin bu təşəbbüsünü Bakı Yunus Əmrə İnstitutu da bəyənib və fəal şəkildə dəstəkləyib. İki qurumun sıx əməkdaşlığı və dərgi kollektivinin fəaliyyəti nəticəsində 55 müəllifin hekayə yaradıcılığından seçmələri əks etdirən “Türkiyə: hekayə” sayı ərsəyə gəlib.

Müəlliflər sırasına çağdaş Türkiyə hekayəçiliyinin banilərindən olan Ömər Seyfəddin, Məmduh Şövkət Əsəndal, Rəfiq Xalid Qaray, Səid Faiq Əbasıyanıq və digər klassiklərlə yanaşı, Murad Yalçın, Müqəddər Gəmiçi, Mustafa Çiftçi, Sinə Ərgün kimi yeni nəsilə mənsub istedadlı ədiblər daxildir. Dərginin bu sayında Azərbaycan oxucusuna Halikarnas Balıqçısı, Rıfat İlqaz, Yusif Atılqan, Vüsət O.Bənər, Ədalət Ağaoğlu, Bilgə Qarasu, Leyla Ərbil, Füruzan, Təhsin Yücəl, Onat Qutlar, Fərid Edgü, Tomris Uyar, Sevinc Çokum, Mustafa Qutlu, Səlim İləri, Həsən Özqılınc, Hüseyn Su, Nazan Bəkiroğlu, Həsən Əli Topdaş, Ərcan Kəsal, Ehsan Oktay Anar, Camal Şakar və başqa məşhur imzaların da hekayə yaradıcılığı ilə tanışlıq imkanı yaradılır. Hekayələrin mütləq əksəriyyəti, müəlliflərdən isə bir çoxunun əsəri Azərbaycan dilinə ilk dəfə məhz dərginin bu sayı üçün çevrilib. Nəşrdə Azərbaycan ədəbiyyatşünaslarının Türkiyə hekayəçiliyini təhlil etdikləri 3 nəzəri materiala da yer verilib.

“Dünya ədəbiyyatı”nın “Türkiyə: hekayə” sayına təqdimat yazısında AYB sədri, Xalq yazıçısı Anar əminliklə qeyd edir ki, bu nəşr ədəbiyyatlarımız arasında əlaqələrin daha da möhkəmlənməsinə vəsilə olacaq. Anar dərginin bu sayının onu duyğulandırdığını da vurğulayır: “Dünya ədəbiyyatı”nın türk hekayələrindən ibarət olan sayının mündəricəsinə nəzər atdıqda şəxsən tanış olduğu müəlliflərin adlarını görüb nostalji hissləri keçirirəm. Axı onların bəziləriylə görüşmüşdüm, bəziləriylə yaxından tanış, hətta dost idim...”

Azərbaycan Respublikasının Mədəniyyət naziri Əbülfəs Qarayev nəşrdəki “Giriş sözü”ndə “Dünya ədəbiyyatı” dərgisinin Türkiyə hekayəçiliyinə həsr olunmuş xüsusi sayını əlamətdar mədəni hadisə, Azərbaycan-Türkiyə ədəbi əlaqələrinə dəyərli töhfə kimi qiymətləndirir. Nazirin fikrincə, dərginin bu xüsusi sayı həm oxuculara zəngin Türkiyə nəsrinin geniş bir mənzərəsi ilə tanış olmaq imkanı verəcək, həm də Azərbaycanda Türkiyə ədəbiyyatı araşdırıcılarının tədqiqatları üçün ciddi mənbə rolunu oynayacaq.

Bakı Yunus Əmrə İnstitutunun müdiri Cahan Özdəmir də öz “Giriş yazısı”nda nəşrin əhəmiyyətini yüksək qiymətləndirir: “Dərginin bu xüsusi sayı vasitəsilə, peşəkar yazarlar və Türkiyə ədəbiyyatını sevənlərdən əlavə, türk hekayəçiliyinə kifayət qədər bələd olmayan sadə Azərbaycan oxucusuna da hekayəçiliyimizin zəngin bir mərhələsi təqdim olunur... "Söz uçar, yazı qalar” atalar sözümüzə uyğun olaraq, XX yüzil Türkiyə hekayəsinə həsr edilmiş bu xüsusi say ilə ədəbiyyatımız uzun müddət oxucuların diqqət mərkəzində qalmaqda davam edəcəkdir”.

Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri şair Səlim Babullaoğlu dərginin yeni sayını ilk növbədə Mərkəzlə Bakı Yunus Əmrə İnstitutunun səmərəli əməkdaşlığının dəyərli məhsulu adlandıraraq, tərəfdaş quruma bunun üçün minnətdarlıq ünvanlayıb: “Çox sevinirik ki, Mərkəzin növbəti uğurlu işi, dərginin yeni sayı məhz qardaş Türkiyəylə, onun zəngin ədəbiyyatı ilə bağlıdır. Bu işdə bizimlə ürəkdən və fəal tərəfdaşlıq edən Bakı Yunus Əmrə İnstitutunun dəstəyi “Dünya ədəbiyyatı” dərgisinin “Türkiyə: hekayə” xüsusi sayının daha əhatəli və sanballı alınmasına əlavə imkanlar yaratdı. Bunun üçün Bakı Yunus Əmrə İnstitutuna, şəxsən hörmətli müdir Cahan Özdəmirə dərin təşəkkürümü bildirirəm”.

“Dünya ədəbiyyatı”nın baş redaktoru Seyfəddin Hüseynli dərginin bu il üçün ilk sayının Türkiyə ədəbiyyatına həsr olunmasından duyduqları məmnunluğu belə ifadə edib: “Ədəbiyyatlar arasında ögey-doğmalıq salmaq, əlbəttə, qəbuledilməzdir, xüsusən də “Dünya ədəbiyyatı” adlanan bir dərgi üçün. Ancaq bu yubileylərin qovuşuğunda işıq üzü görən, yeni konsept üzrə 10-cu (daha bir əlamətdar cəhət!) sayımızın məhz qardaş Türkiyənin ədəbiyyatına həsr edilməsindən duyduğumuz məxsusi məmnunluğu gizlətmək qeyri-səmimilik olardı”.

Dərginin ənənəvi “Baş redaktordan” rubrikasında S.Hüseynli bu sayda Türkiyə ədiblərinin hər birindən mümkün qədər həm ən uğurlu, həm də spesifik-xarakterik hekayəni seçib təqdim etməyə çalışdıqlarını önə çəkir: “55 müəllifin və hekayənin hamısına münasibətdə buna tam nail olmaq son dərəcə çətin, bəlkə də, mümkünsüzdür. Ona görə də belə bir iddiadan uzağıq. Ancaq ayrı-ayrı müəlliflərlə bağlı (S.F.Əbasıyanıq, Leyla Ərbil, Oğuz Atay, Onat Qutlar, Hüseyn Su, Halikarnas Balıqçısı və bir çox başqaları) bu nəticəni aldığımızı inamla vurğulaya bilərik”.

Hekayələri Azərbaycan dilinə Eyvaz Zeynalov, Əjdər Ol, Azad Yaşar, Şərif Ağayar, Seyfəddin Hüseynli, Gülzar Səfərova, Oktay Hacımusalı, Cəlil Cavanşir, Qan Turalı, Şəfiqə Şəfa, Qismət, İlahə Əkbər, Aygün Ələkbərova, Şəhriyar del Gerani, Cavid Qədir və Ramil Əhməd çeviriblər.

Təqdim olunan nəzəri materiallar isə Filologiya üzrə fəlsəfə doktoru, AMEA Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi Sədaqət Qasımlının “Türkiyə ədəbiyyatında yeni hekayəçilik”, ədəbiyyatşünas Qismətin “Dünəndən bu günə Türkiyə hekayəsi” və AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun əməkdaşı Sima Şəfizadənin “Çağdaş Türkiyə hekayəçiliyinə bir baxış” yazılarıdır.

525.az

news-inner-user

19984 məqalə

Oxşar xəbərlər

Xəbər lenti

Məktəb oxumayan yazıçı Nobeli necə aldı?
14:12 21 Sentyabr 2021
Fotoqraflar arasında müsabiqə elan olundu
13:02 21 Sentyabr 2021
Qardaşının ölümünü ondan gizlədilər, həkimlər övlad qadağası qoydu, “Ağlama, Zaur” şeirini yazdı - Anar Təhminəni onun həyatından götürmüşdü?
12:10 21 Sentyabr 2021
Şəhid anasının əli ilə veriliş bağlayan Tolik
11:33 21 Sentyabr 2021
Səməd Vurğuna görə ianə toplanır – Foto
11:01 21 Sentyabr 2021
Laçında teatr açmaq istəyən aktyor – Müzakirə
10:33 21 Sentyabr 2021
Çingiz Abdullayev Vətən müharibəsindən hekayə yazdı – Mətn
10:05 21 Sentyabr 2021
Məşhur müğənni əməliyyat olundu
09:31 21 Sentyabr 2021
Toy gecəsi mahnıya görə döyülən gəlin – Yeni hekayə
09:01 21 Sentyabr 2021
Vyetnam prezidenti ilə dostluq edən, 4 qardaşını vaxtsız itirən, Türkan Şorayı filmə çəkən Xalq artistimiz - Maraqlı faktlar
21:00 20 Sentyabr 2021
Qarabağda 15 tarix-memarlıq abidəsi pasportlaşdırılıb
18:59 20 Sentyabr 2021
Pikassonun əsərləri Fransa hökumətinə bağışlanacaq
18:31 20 Sentyabr 2021
Britaniya filmi beynəlxalq müsabiqədinin qalibi oldu
18:00 20 Sentyabr 2021
Uşaqları sevməyimizin sirri - Sahib Altay yazır...
17:16 20 Sentyabr 2021
Məmməd Əmin Rəsulzadənin nəvəsinin ölüm anı lentə alınıbmış - İlk dəfə - Video
16:38 20 Sentyabr 2021
Soyuq burnunla toxunursan üzümə - Rasim Qaracadan şeirlər
16:17 20 Sentyabr 2021
Səyyad Əlizadədən xəbər var
15:30 20 Sentyabr 2021
Ölkəmiz Tallində keçirilən festivalda təmsil olunub -Fotolar
15:20 20 Sentyabr 2021
Ramiz, Əkrəm, Seymur... – Oxucular kimi görmək istəyir? - Sorğu
14:41 20 Sentyabr 2021
"Emmy" mükafatının qalibləri bəlli olub - Siyahı
13:49 20 Sentyabr 2021