Soltan Hacıbəyovun xatirəsi yad edildi

Soltan Hacıbəyovun xatirəsi yad edildi
8 may 2019
# 18:07

Mayın 8-də görkəmli Azərbaycan bəstəkarı, SSRİ Xalq artisti, professor Soltan Hacıbəyovun anadan olmasının 100 illiyi tamam olur.

Bu münasibətlə musiqi ictimaiyyətinin nümayəndələri Fəxri xiyabanda bəstəkarın xatirəsini andılar. Məzarı önünə tər çiçək dəstələri qoyaraq xatirəsinə ehtiramlarını bildirdilər.

Mərasimdə çıxış edən Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadə Soltan Hacıbəyovun 100 illik yubileyinin qeyd edilməsi haqqında Prezident İlham Əliyevin 1 aprel 2019-cu il tarixində sərəncam imzaladığını diqqətə çatdırdı. Bildirdi ki, sərəncama uyğun olaraq sənətkarın yubileyi ilə bağlı ölkəmizdə silsilə tədbirlər keçiriləcək.

Qeyd olundu ki, Azərbaycan mədəniyyətində silinməz iz qoyan məşhur Hacıbəyovlar nəslinin nümayəndəsi olan Soltan İsmayıl oğlu Hacıbəyov 1919-cu ildə Azərbaycanın musiqi beşiyi sayılan Şuşada anadan olub. 1930-cu ildə ikiillik ibtidai məktəbi bitirdikdən sonra Bakıya köçərək əmisi dahi Üzeyir Hacıbəylinin evində yaşayıb. 1936-cı ildə Musiqi Texnikumuna daxil olan Soltan truba sinfində təhsilini davam etdirib. 1939-cu ildə Azərbaycan Dövlət Konservatoriyasının Bəstəkarlıq fakültəsinə, professor Boris Zeydmanın sinfinə daxil olub. Burada xalq musiqisinin əsaslarını Üzeyir bəydən öyrənib. Bəstəkarın müxtəlif janrlarda yaratdığı əsərlər Azərbaycanın musiqi mədəniyyətini zənginləşdirib.

Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti Fərhad Bədəlbəyli, Azərbaycan Bəstəkarlar İttifaqının katibi, professor Zemfira Qafarova çıxış edərək Soltan Hacıbəyovun həyat və fəaliyyətindən danışdılar. Vurğulandı ki, bəstəkar iki simfoniyanın, “Gülşən” baletinin, “İsgəndər və çoban” uşaq operasının, “Qızılgül” musiqili komediyasının, “Karvan” simfonik lövhəsinin, simfonik, kamera və xalq çalğı alətləri orkestrləri üçün müxtəlif həcmli əsərlərin müəllifidir. Soltan Hacıbəyov 1969-1974-cü illərdə Azərbaycan Dövlət Konservatoriyasının rektoru olub. 19 sentyabr 1974-cü ildə vəfat edib.

Mərasimdə bəstəkarın ailəsi adından çıxış edən gəlini, tanınmış pianoçu, Xalq artisti, professor Ülviyyə Hacıbəyova sənətkarın xatirəsinə göstərilən ehtirama görə minnətdarlığını bildirdi.

# 4374 dəfə oxunub

Oxşar xəbərlər

Spotify səsli kitab kataloqunu istifadəyə verdi - 350 mindən çox ingilisdilli əsər

Spotify səsli kitab kataloqunu istifadəyə verdi - 350 mindən çox ingilisdilli əsər

10:12 7 noyabr 2026
Tbilisidə Zəfər Günü  qeyd olundu

Tbilisidə Zəfər Günü qeyd olundu

09:39 7 noyabr 2026
AzTV-nin 100 illiyi münasibətilə nəşr olunan ensiklopediyanın təqdimat mərasimi keçirildi

AzTV-nin 100 illiyi münasibətilə nəşr olunan ensiklopediyanın təqdimat mərasimi keçirildi

09:28 7 noyabr 2026
"Royal Society of Literature Pioneer Prize"  mükafatının qalibi açıqlandı

"Royal Society of Literature Pioneer Prize" mükafatının qalibi açıqlandı

18:46 6 noyabr 2026
Betpod, İndiana Consun papağı və “Taxt oyunları”nın qılıncı hərraca çıxarılır

Betpod, İndiana Consun papağı və “Taxt oyunları”nın qılıncı hərraca çıxarılır

18:24 6 noyabr 2026
Qaranlığın epifaniyası: Cəmiyyətin mənəvi qəbiristanlığında qəpik-quruş savaşları

Qaranlığın epifaniyası: Cəmiyyətin mənəvi qəbiristanlığında qəpik-quruş savaşları

17:07 6 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər