Təmsil ustaları yad edilib

Təmsil ustaları yad edilib
7 may 2019
# 09:43

Firidun Bəy Köçərli adına Respublika Uşaq Kitabxanası və Səbail rayonunda yerləşən 160 nömrəli tam orta məktəbin birgə təşkilatçılığı ilə görkəmli Azərbaycan şairi, tərcüməçi və təmsilçi Hikmət Ziyanın 90, rus yazıçısı və təmsilçi İvan Andreyeviç Krılovun anadan olmasının 250 illik yubileyi münasibətilə ədiblərin yaradıcılığına həsr olunmuş tədbir keçirilib.

Kitabxanadan bildirilib ki, 160 nömrəli tam orta məktəbdə reallaşan tədbirdə unudulmaz şair Hikmət Ziyanın ailə üzvləri, Bakıda Rusiya İnformasiya və Mədəniyyət Mərkəzinin əməkdaşları, Azərbaycanda Rus Dilli Təhsil Müəssisələri Assosiasiyasının sədri Lyubov Yakunina, kitabxananın əməkdaşları və pedaqoqlar iştirak ediblər.

Məktəbin beşinci sinif şagirdlərinin təqdimatında, tədbir iştirakçılarına hər iki ölkənin ədiblərinin həyat və yaradıcılığı haqqında məlumat verilib, həmçinin onların yaradıcılığından ən çox sevilən təmsillər səhnələşdirilib, rəqs kompozisiyaları və mahnılar təqdim olunub. Kitabxananın direktoru, Əməkdar mədəniyyət işçisi Şəhla Qəmbərova tədbirin əhəmiyyətindən danışıb. Bildirib ki, tədbirin təşkilində məqsəd məktəbliləri hər iki ölkənin təmsil ustalarının yaradıcılığı ilə yaxından tanış etməkdir. Qeyd edib ki, rus yazıçısı İvan Andreyeviç Krılovdan ən çox təmsil tərcümə edən böyük şair Hikmət Ziya 3 mindən çox təmsil müəllifi kimi tanınır. Qısa təmsillərinin əksəriyyəti həyat və insan haqqında yazılmış əsərlərdir.

Sonda, tədbir iştirakçıları kitabxana tərəfindən təşkil olunan hər iki ədibin həyat və yaradıcılığını əks etdirən kitab sərgisi ilə tanış olublar.

# 4019 dəfə oxunub

Oxşar xəbərlər

Gələcəyin memarlarına kim nümunə göstərilir? – Şərurlu İsfəndiyarın tələbələrlə görüşünün müəmması

Gələcəyin memarlarına kim nümunə göstərilir? – Şərurlu İsfəndiyarın tələbələrlə görüşünün müəmması

18:44 12 noyabr 2026
"Qərb-Şərq divanı – Göte və Mövlana"  adlı konsert proqramı təqdim olunacaq

"Qərb-Şərq divanı – Göte və Mövlana" adlı konsert proqramı təqdim olunacaq

18:43 12 noyabr 2026
Mişel Uelbek  haqqında cinayət işi açıldı – Təfərrüatlar

Mişel Uelbek haqqında cinayət işi açıldı – Təfərrüatlar

18:05 12 noyabr 2026
Kriştiano Ronaldonun studiyası  ilk serial layihəsinin çəkilişlərinə başladı

Kriştiano Ronaldonun studiyası ilk serial layihəsinin çəkilişlərinə başladı

17:32 12 noyabr 2026
Tanınmış aktyor vəfat etdi

Tanınmış aktyor vəfat etdi

17:04 12 noyabr 2026
"Netflix"dən yeni layihə - Cinsi zorakılıqda təqsirləndirilən aktyor barədə

"Netflix"dən yeni layihə - Cinsi zorakılıqda təqsirləndirilən aktyor barədə

16:37 12 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər