Mədəniyyət Nazirliyinin səlahiyyəti artırılıb - Sərəncam

Mədəniyyət Nazirliyinin səlahiyyəti artırılıb - <span style="color:red;">Sərəncam
2 may 2019
# 18:40

Prezident İlham Əliyev “Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin fəaliyyətinin təmin edilməsi haqqında” fərmanda dəyişiklik edib.

ONA-nın xəbərinə görə, dəyişikliyə əsasən, “Mədəniyyət Nazirliyi haqqında Əsasnamə”yə 4.2.1-1-ci yarımbənd əlavə edilib.

Əlavəyə görə, Mədəniyyət Nazirliyinə “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” qanuna uyğun olaraq qoruqların ərazilərində və mühafizə zonalarında tarix və mədəniyyət abidələri üçün təhlükə yarada biləcək dövlət əhəmiyyətli tikinti və mühəndis-kommunikasiya işləri zamanı abidələrin təhlükəsizliyini təmin etmək üçün qabaqlayıcı tədbirlər görülməsi barədə qərar qəbul etmək səlahiyyəti verilib.

Nazirlik həmçinin abidələrə yaxın olan və ya onların mühafizə zonasından keçən yol sahələrində nəqliyyat vasitələrinin hərəkəti abidələrin qorunmasına təhlükə yaratdıqda, onların hərəkətini məhdudlaşdıra və ya qadağan edə bilər.

# 4068 dəfə oxunub

Oxşar xəbərlər

Taylor Sviftin geyimləri və şəxsi əşyaları nümayiş olunacaq

Taylor Sviftin geyimləri və şəxsi əşyaları nümayiş olunacaq

18:57 20 noyabr 2026
Ayasofiyada qədim tunellər aşkar edildi

Ayasofiyada qədim tunellər aşkar edildi

18:16 20 noyabr 2026
Bruno Marsın ailəsində ağır itki

Bruno Marsın ailəsində ağır itki

17:37 20 noyabr 2026
Kris Prat yeni fantastik filmdə baş rola çəkiləcək

Kris Prat yeni fantastik filmdə baş rola çəkiləcək

17:03 20 noyabr 2026
Nadir Bədəlov:  “Azərbaycan kinosu yox, Bakı kinosu var” – MÜSAHİBƏ

Nadir Bədəlov: “Azərbaycan kinosu yox, Bakı kinosu var” – MÜSAHİBƏ

16:32 20 noyabr 2026
Azərbaycan mahnıları ingiliscə, dünya hitləri azərbaycanca

Azərbaycan mahnıları ingiliscə, dünya hitləri azərbaycanca

16:00 20 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər