İlahiyyatçı Elşad Miri: “Məktəblərdə ateizmə də yer ayırılmalıdır”

<span style="color:red;">İlahiyyatçı Elşad Miri:  “Məktəblərdə ateizmə də yer ayırılmalıdır”
29 aprel 2019
# 18:07

Xəbər verildiyi kimi, gələn ilin sentyabrından bütün ali məktəblərdə İslam dini və digər dinlər haqqında icbari dərs keçiriləcək.

Kulis.az məsələ ilə bağlı ilahiyyatçı Elşad Miri ilə əlaqə saxlayıb. E. Miri dini tədris haqda bunları söyləyib:

“Mənim bu məsələ haqqında təfsilatı ilə xəbərim yoxdur. Yadımdadır ki, o vaxt İslam dininin tədrisi ilə əlaqəli Rafiq Əliyev bir dərslik hazırlamışdı, Təhsil Nazirliyi də bunu təsdiq etmişdi. Lakin bəzi şəxslər buna etiraz etdikləri üçün gündəmdən düşmüşdü. Əgər yenə belə bir təşəbbüs varsa, bunu sadəcə alqışlamaq lazımdır. Ancaq mənim demək istədiyim bir məsələ var. Həmin o tədris ənənəvi şəkildə aparılmasın. İnsanları mövhumata, xurafata cəlb etməsin. Şagirdləri əzbərçilikdən uzaqlaşdırılsın, sinxron tarix verilməklə üstündən keçilməsin. Elə bir tədris olsun ki, şagirdlərdə analiz qabiliyyəti yaransın və onların dini dünya görüşünün formalaşmasına kömək olsun.

Əgər din tədris olunacaqsa, təbii ki, dinlə bağlı terminlərə də burda geniş yer ayırılmalıdır. Şagir dinlə bağlı terminləri – ateizm, aqnostizm, deizm və s. eşidirsə gərək onun nə olduğunu öyrənsin”.

# 9468 dəfə oxunub

Oxşar xəbərlər

"Mən səni haralarda axtardım, balam?!" - Ömrün urasında yaşanan və yazılanlar...

"Mən səni haralarda axtardım, balam?!" - Ömrün urasında yaşanan və yazılanlar...

10:00 8 noyabr 2026
Müharibənin görünməyən qəhrəmanları – “404” romanı hansı yaraları yenidən açır?

Müharibənin görünməyən qəhrəmanları – “404” romanı hansı yaraları yenidən açır?

14:00 7 noyabr 2026
Dəliliyin ən havalı halı: Təbiətin sadəliyi ilə bütövləşib yaşamaq arzusu

Dəliliyin ən havalı halı: Təbiətin sadəliyi ilə bütövləşib yaşamaq arzusu

12:25 7 noyabr 2026
Romanı oxumaq niyə bu qədər çətindir? – “Rəng mühəndisi”nin toz-dumanlı dünyası

Romanı oxumaq niyə bu qədər çətindir? – “Rəng mühəndisi”nin toz-dumanlı dünyası

15:00 6 noyabr 2026
"Ağla ki, ağlayasan…" - Xaqani Şirvaninin “Mədain xərabələri” qəsidəsi haqqında

"Ağla ki, ağlayasan…" - Xaqani Şirvaninin “Mədain xərabələri” qəsidəsi haqqında

10:00 6 noyabr 2026
Natəvan Dəmirçioğlunun “Açar” romanı: dil və üslub xüsusiyyətləri - Leyla Məmmədəliyeva

Natəvan Dəmirçioğlunun “Açar” romanı: dil və üslub xüsusiyyətləri - Leyla Məmmədəliyeva

13:35 1 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər