news-inner
clock14:18 calendar-gray 23 Yanvar 2020 view-gray2358 dəfə oxunub
view-gray2358 dəfə oxunub

Rüstəm İbrahimbəyov: “Məktəb açıb, izləyici yetişdirəcəyik”

Azərbaycan Kinematoqrafçılar İttifaqını sədri, kinodramaturq Rüstəm İbrahimbəyov Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlının suallarını cavablandırıb. Müsahibəni doğma Bakı həyatında keçirdiyi günlərlə başlayan kinodramaturq bildirib ki, bütün dünyada mövcud olan hər bir şey hər birimizin həyatı ilə bağlıdır:

“Həyatımın ən vacib illərini Bakıda keçirdim. Buna görə də buranın hər bir daşı mənim ruhuma rahatlıq gətirir. Bizim ata-babalarımız bura müxtəlif rayonlardan gəliblər. Bu isə təbii prosesdir. Hər yerdə belədir ki, hər zaman bütün şəhərlər kənardan gəlmələr sayəsində formalaşır və mən müşahidə etdiklərimdən belə nəticəyə gəlmişəm ki, həmin gəlmələrin daxili intellektləri yerlilərdən daha da yüksək olur. Hər bir halda, böyük bir şəhər orda yaşadıqca möhürünü vurub insanı formalaşdırır”.

E.Şıxlının “Bakı o vaxt oxucularla bol olan şəhər idi. İndi isə deyə bilmərəm?…” sualına isə Rüstəm İbarhimbəyov belə bir cavab verib:

“Bütün dünyada ya oxumağı dayandırıblar, ya da oxuyanların sayı azdır. Bu isə informasiya texnologiyaları dönəminə daxil olmaqla əlaqəlidir, müxtəlif informasiya növlərinin mövcud olması ilə bağlıdır. Mən özüm də nəsə axtaranda internetə müraciət edirəm”.

“Mədəni dünyaya giriş üçün rus dili bizim üçün vacibdir, Hazırda belə bir tendensiya höküm sürür ki, gənclər öz doğma dilini və bir də ingilis dilini daha çox bilirlər. Lakin rus dilini bilmirlər” sualına isə “Bilirsiniz, bu, həddindən artıq böyük problemdir. Məsələ burasındadır ki, rus dili yalnız ünsiyyət vasitəsi deyildi, hazırda ingilis dili ünsiyyət vasitəsidir. Rus dili isə ünsiyyət vasitəsi olmaqla yanaşı, həm də yüksək ədəbiyyata, incəsənətə, elmlərə giriş üçün bir kanal idi. Bəziləri rus dilinə qarşı mübarizə aparmağa çalışırlar. Lakin mən tamamilə bunun əleyhinəyəm. Mən çox şadam ki, rəsmi siyasət belə insanları dəstəkləmir. Mən tez-tez rayonlara gedirəm, bir çox rayonlarda valideynlər uşaqlarını rus məktəblərinə göndərirlər” deyə cavab verib.

Söhbət əsnasında Bakıda Beynəlxalq İncəsənət Universitetinin açılmasını arzu etdiyini bildirən R.İbrahimbəyov, onu da qeyd edib ki, məhz həmin universitetdə teatr, kino, televiziya sənəti, müasir rəqəmsal texnologiyalar kimi dərslər öyrədilsin:

“Biznesin idarə edilməsi də bu sferadan olmalıdır. Orda bütün dünyadan olan görkəmli elm adamları dərs deyirlər, həmçinin xaricdən tələbələr gəlir ki, bizimkilər də onlarla birgə təhsil alırlar. Beynəlxalq universitetin açılması ilə bağlı Moskvada da müzakirələr gedir. Bizim fəxr etdiyimiz Moskva Dövlət Universiteti ilk yüzlüyə güclə gəlib çıxıb.”

...Rüstəm İbrahimbəyovun kinoya aid suallara da cavab verib:

“Kinematoqrafiya bizim müzakirə etdiyimiz vacib məsələlərin bir hissəsidir. Böyük sayda gənc rejissor və ssenaristlər meydana gəlib ki, heç də böyük olmayan öz büdcələri hesabına çox maraqlı filmlər çəkirlər. Onlar bir qədər marjinal, izləyicələrin istəkləri nəzərə alınmayan müəllif filmləridir. Dövlətin vaxtaşırı dəstək olduğu gənc insanlar meydana gəlib. Bir sözlə, kinodakı vəziyyət önəmlidir. Bu il kino üçün 7,5 milyon manat vəsait ayrıldı. Lakin bu, kino üçün cüzi məbləğdir. Kino mədəniyyətin bir hissəsidir və bu sahəyə xırda məbləğlər ayrılmamalıdır. Rusiyada fotoqrafiya üçün ayrılmış pul Azərbaycanda ümumi kinoya ayrılan puldan qat-qat artıqdır. Prodüserlər qazanacağı pula baxarlar. Dövlət kinonun ideloji quruluşunun tamamlanmasında maraqlı olmalıdır. Biz indi çox da böyük olmayan pullarla konkurslar elan etmişik, kino məktəbi açmışıq. Mən indi gənc insanlarla və onların layihələri ilə birgə işləyirəm ki, onları yaxşı proqrama hazırlayım və Mədəniyyət Nazirliyi ilə danışıqlar aparaq”.

Kinoda mövcud problemlərə toxunan kinodramaturq onu da qeyd edib ki, bizdə əsas problem maliyyə ilə bağlı olmaqla yanaşı, izləyici problemlərinin də olmasıdır:

“Bizdə izləyici yoxdur. Amerikada izləyici var idi. Amerika kinosu ilk olaraq kütləvi izləyici ilə başladı yüksəlməyə. Bizdə vəziyyət, hətta Rusiyadan da pisdir. Rusiya ekranları da 80-90 faiz Amerika filmləri ilə doludur. Rus kinolarına çox az adam baxır. Bizdə isə praktiki olaraq öz filmlərimizə baxan yoxdur. Biz indi daha çox aktiv şəkildə izləyici tərbiyənlənməsi ilə məşğul olmalıyıq. Birlik olaraq Novruz festivalına başlayırıq. Bütün rayonlara səfər etməyi düşünürük. Festival ərəfəsində 10, 20 gün həmin yerlərdə olmağı planlaşdırırıq. Həmin yerlərdə əvvəl çəkilmiş, habelə müasir filmlərimizi təqdim etməyi düşünürük. Gənc kinematoqraf Tahir Tahiroviçin nəinki rayon mərkəzlərinə, hətta kəndlərin içinə belə, getmək imkanı olacaq. Mənim öz dövrümdə etdiyim kimi, indi Bakıda yeni izləyicilər üçün məktəblər açmaq imkanı var. Vacib deyil ki, onlar kinematoqraf olsunlar, ən azından kino savadı alsınlar. Mən bununla hal-hazırda aktiv olaraq məşğul oluram. Demək olar ki, işin yarısını etmişəm”.

news-inner-user

18694 məqalə

Oxşar xəbərlər

Xəbər lenti

Yeni filmin nümayişi təşkil olunub
18:01 08 May 2021
Ədəbiyyat tariximizə qızıl hərflərlə yazılan misralar: 5 seçmə şeir
17:20 08 May 2021
Azərbaycanlı musiqiçi vəfat etdi
16:20 08 May 2021
Gənc yazardan yeni hekayə: Şlaqbaum
15:39 08 May 2021
Aktyor kitabxananın qonağı oldu
15:01 08 May 2021
Musa Yaquba sevgi və iztirabla - Kamal Abdulla yazır...
14:20 08 May 2021
Çingiz Hüseynovun ən çox sevdiyi 10 roman - Siyahı
13:36 08 May 2021
Xalq şairi Musa Yaqub dəfn olunub - Fotolar
12:37 08 May 2021
Şeir yazmağa Stalinə görə başladı, evli ola-ola bir qadına vuruldu, arvadı sevgilisinə yazdığı şeirləri gizli oxudu – Musa Yaqubun nağıl kimi həyatı
12:30 08 May 2021
Xalq artisti koronavirusdan dünyasını dəyişdi
11:38 08 May 2021
Şuşanın Mədəniyyət paytaxtı elan olunmasının 10 tarixi dərsi
11:10 08 May 2021
Ölən adamdan şair olar? - Gənc şair Fikrət Qocaya şeir həsr etdi
10:35 08 May 2021
Qətlə yetirilmək istərdim: Gecənin qaranlığında... Bıçaqla...
10:05 08 May 2021
2021-ci ilin “Oskar” saxtakarlığı – Sevda Sultanovadan sərt tənqid
09:00 08 May 2021
Jurnalist Fulya haqqında film çəkiləcək
18:56 07 May 2021
Sabir Rüstəmxanlıdan təsirli sözlər: “Əlvida, əziz qardaş!”
18:08 07 May 2021
Nizami Gəncəvi və Yunus Əmrəyə həsr edilən səhnə əsəri nümayiş olunub
17:46 07 May 2021
“Buynuzdan yazanda kəndi işğal olunan şairlərdən utanırdım” - Musa Yaqubun son müsahibəsi
17:15 07 May 2021
Musa Yaqubun dəfn olunacağı yer bəlli oldu
16:39 07 May 2021
Azərbaycanlı şairin ingiliscə kitabı çıxdı
16:12 07 May 2021