Teatrlarda nə var? - Repertuar

Teatrlarda nə var? - <span style="color:red;">Repertuar
10 aprel 2019
# 15:22

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının həftəsonu repertuarı zəngindir. Sənət ocağı bu dəfə də maraqlı səhnə əsərləri ilə teatrsevərlərin görüşünə gələcək.

Teatrın səhnəsində aprelin 12-də “Sinif yoldaşları”, 13-də isə “Cipollino” və “Şah Qacar” tamaşaları təqdim olunacaq. Bundan başqa, tamaşaçılar aprelin 14-də “Anamın kitabı” və “12–ci gecə və ya hər nə istəsəniz” səhnə əsərlərinə baxa biləcəklər.

Azərbaycan Dövlət Akademik Musiqili Teatrında həftəsonu maraqlı tamaşalar nümayiş olunacaq.

Teatrda aprelin 12-13-də “Balaca şahzadə”, 14-də isə “Düyməcik” tamaşaları göstəriləcək. Balaca teatr həvəskarları aprelin 13-də saat 12:00-da “Balaca şahzadə”yə baxa biləcəklər.

Qeyd edək ki, Balaca şahzadə obrazını Musiqili Teatrın iki azyaşlı aktyoru - adı “Qızıl kitab”a yazılan, Prezident təqaüdçüsü Atilla Məmmədov və Rahib Məmmədzadə canlandırıb. Digər rolları Əməkdar artistlər Ələkbər Əliyev, Şövqi Hüseynov, aktyorlar Əmrah Dadaşov, Nicat Əli, Aydan Həsənova, Əliməmməd Novruzov, Məhərrəm Qurbanov, Hüseyn Əlili, Rauf Babayev, Emil Heydərov, İbrahim Əlizadə ifa ediblər Tamaşanın quruluşçu rejissoru Xalq artisti Cənnət Səlimova, bəstəkarı ABŞ-da yaşayan həmyerlimiz, beynəlxalq müsabiqələr laureatı Ruslan Ağababayev, musiqi rəhbəri Əməkdar artist Vaqif Məstanov, rəssamı Məryəm Ələkbərli, xoreoqrafı Rusiya Federasiyasının Əməkdar incəsənət xadimi, dünya şöhrətli baletmeyster Sergey Gritsay, baletmeysterləri Əməkdar artistlər Zakir və Yelena Ağayevlər, səhnələşdirəni Azərbaycan Yazıçılar Birliyinin (AYB) katibi, şair, yazıçı-publisist İlqar Fəhmidir.

A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı da digər sənət ocaqları kimi həftəsonu maraqlı tamaşalarla balacaları sevindirəcək.

Sənət ocağının yaradıcı heyəti bu həftə üçü rus, üçü isə Azərbaycan dilində olmaqla altı səhnə əsəri ilə balaca tamaşaçılarının görüşünə gələcək. Belə ki, balacalar aprelin 12-də “Pişiyin evi” və “Çipollino” (rus dilində), 13-də isə “Turp” və “Qoğal” (rus dilində) tamaşalarını izləyəcəklər. Həmçinin, balacalar aprelin 14-də “Qırmızı papaq”, Rus xalq nağılı olan “Durna balığı”na (rus dilində) baxa biləcəklər.

Azərbaycan Dövlət Opera və Balet Teatrında isə aprelin 13-də “Kənd namusu” (opera) 14-də “Cırtdan” uşaqlar üçün (opera) nümayiş ediləcək./azertag.az/

# 3117 dəfə oxunub

Oxşar xəbərlər

"Ulduz müharibələri" filmində  istifadə olunan işıq qılıncı rekord qiymətə satıldı

"Ulduz müharibələri" filmində istifadə olunan işıq qılıncı rekord qiymətə satıldı

17:26 13 noyabr 2026
Azərbaycan musiqisi adı ilə süni intellekt əsərləri təqdim olunur? – Firəngiz Əlizadədən sərt açıqlama

Azərbaycan musiqisi adı ilə süni intellekt əsərləri təqdim olunur? – Firəngiz Əlizadədən sərt açıqlama

16:51 13 noyabr 2026
“Bizə formal sərgilər lazım deyil” – Fərhad Xəlilovdan sərgi təşkilatçılarına irad

“Bizə formal sərgilər lazım deyil” – Fərhad Xəlilovdan sərgi təşkilatçılarına irad

16:43 13 noyabr 2026
Fərhad Bədəlbəyli Maliyyə Nazirliyini tənqid etdi:  “Mədəniyyət deyəndə ağıllarına toy müğənnisi gəlir”

Fərhad Bədəlbəyli Maliyyə Nazirliyini tənqid etdi: “Mədəniyyət deyəndə ağıllarına toy müğənnisi gəlir”

16:26 13 noyabr 2026
“Baş rejissorsuz teatr fəaliyyət göstərə bilməz” – İlham Rəhimli

“Baş rejissorsuz teatr fəaliyyət göstərə bilməz” – İlham Rəhimli

16:26 13 noyabr 2026
Tərcümə Mərkəzinin büdcəsi Yazıçılar Birliyinə verilir? – Xalq yazıçısı Anardan açıqlama

Tərcümə Mərkəzinin büdcəsi Yazıçılar Birliyinə verilir? – Xalq yazıçısı Anardan açıqlama

15:54 13 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər