“Azdrama”dan Bəsti Cəfərovaya cavab gəldi: “Emosiyaya qapılır”

<b>“Azdrama”dan Bəsti Cəfərovaya cavab gəldi: <span style="color:red;">“Emosiyaya qapılır” </b>
10 aprel 2019
# 12:02

Akademik Milli Dram Teatrı Xalq artisti Bəsti Cəfərovanın müsahibəsində səsləndirdiyi fikirlərə münasibət bildirib. Teatrın mətbuat katibi Cavid Zeynallı Kulis.az-a bildirib ki, teatr rəhbərliyinin Bəsti Cəfərova da daxil olmaqla, hər bir aktyora böyük hörməti, ehtiramı var:

“Rəhbərlik teatrda sağlam mühitinin qorunması, yaradıcı atmosferin saxlanılması üçün bütün mümkün vasitələrdən istifadə edir. Bu mənada hörmətli sənətkarımız Bəsti xanımın özünü “qərib“ hiss etməsi anlaşılan deyil. Teatrın bədii rəhbər-direktoru, Xalq artisti Azər Paşa Nemətov kollektivlə ilk görüşündə bəyan etdi ki, bu teatrın qapısından içəri girən hər bir insan mənə əzizdir, doğmadır. Bu əziz və doğmalıqdan Bəsti Cəfərovaya və onun adını çəkdiyi sənətkarlarımız Nurəddin Mehdixanlı və Ramiz Novruza da ən yüksək mənada pay düşür. Və onların rol aldığı tamaşalar hər ay repertuara salınır. Azər Paşa Nemətov bütün ömrünü teatr sənətinə həsr edən insandır. Ayrıseçkilik onun dünyagörüşünə, sənətə münasibətinə ziddir. Azər Paşa Nemətovun bir arzusu, istəyi var: yaradıcı müstəvidə, maddi-texniki bazanın zənginliyi müstəvisində teatrımızı indikindən dəfələrlə irəli aparsın. O, bunu öz böyük missiyası hesab edir. Bəsti Cəfərova ilə bərabər Nurəddin Mehdixanlı və Ramiz Novruz bu gün Akademik Milli Dram Teatrının ən çox sevilən, tamaşaları baxılan sənətkarlarıdır. Son illərdə onların oynadığı bir-birindən maraqlı rollara olan tamaşaçı sevgisi bunu sübut edir.

Bəsti Cəfərova müsahibəsində bir qədər emosiyaya qapılır və qeyri-dəqiq qənaətlər səsləndirir. Məsələn, yubiley tamaşası istəmək. Əlbəttə, oynamaq, çalışmaq gözəl arzudur. Amma bu arzu teatrın imkanları, repertuar planı ilə üst-üstə düşməlidir. Bəsti xanım özü dediyi kimi bir il əvvəl „Qətibə İnanc“ tamaşasının premyerasını keçirib. O tamaşa bu gün də uğurla oynanılır. Hazırda hər aktyora öz istəyinə görə rol verilməsi təcrübəsi real deyil. Siz təsəvvür edirsinizmi, məsələn, bizim teatrın 17 xalq artisti hər biri ayrıca tamaşa istəsin? Burda ümumi prinsip əsas götürülməlidir və əsas da götürülür. Məlumat üçün deyim ki, Azər Paşa Nemətov da özünə yubiley keçirmir, belə şeylərdən çoxdan imtina edib. Bəsti xanımın Teatr Xadimləri İttifaqının üzvlüyündən imtina etməsi isə onun şəxsi işidir. İttifaq könüllü, ictimai təşkilatdır, hər bir üzvün istəyinə hörmətlə yanaşır. Bəsti xanımı yubileyi münasibəti ilə təbrik edirik. Onu hələ daha böyük rollar, daha gözəl çiçəklər, daha gur alqışlar gözləyir.”

# 3580 dəfə oxunub

Oxşar xəbərlər

"Fikrindən gecələr yata bilmirəm..." - Məşhur "Ayrılıq" necə yarandı?

"Fikrindən gecələr yata bilmirəm..." - Məşhur "Ayrılıq" necə yarandı?

17:30 16 oktyabr 2026
Ölüm sığınacağına çevrilən sərv ağacları - Dünyanı sarsıdan tablonun pərdəarxası

Ölüm sığınacağına çevrilən sərv ağacları - Dünyanı sarsıdan tablonun pərdəarxası

16:30 16 oktyabr 2026
Azərbaycan ədəbiyyatşünaslığında azman imza  - Onu niyə “Koroğlunun qələm dəlisi” adlandırırdılar?

Azərbaycan ədəbiyyatşünaslığında azman imza - Onu niyə “Koroğlunun qələm dəlisi” adlandırırdılar?

12:00 13 oktyabr 2026
"Nə yüngülləşdirici hal, nə də güzəşt tanıyan bir qadın..." - Dario Fonun sitatları

"Nə yüngülləşdirici hal, nə də güzəşt tanıyan bir qadın..." - Dario Fonun sitatları

10:00 13 oktyabr 2026
Sevgi, xəyanət, ümidsizlik... - Həqiqəti deyən qadını kim öldürdü?

Sevgi, xəyanət, ümidsizlik... - Həqiqəti deyən qadını kim öldürdü?

13:00 12 oktyabr 2026
Təbiətin ramedilməz  enerjisinin kətanda təsviri - Moris de Vlamnikin məşhur əsəri

Təbiətin ramedilməz enerjisinin kətanda təsviri - Moris de Vlamnikin məşhur əsəri

13:30 11 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər