Aktrisa tamaşaçını sillələdi - Teatrda qalmaqallı hadisə

Aktrisa tamaşaçını sillələdi - <span style="color:red;">Teatrda qalmaqallı hadisə
5 aprel 2019
# 16:01

Sankt-Peterburqda aktrisa teatra gəlmiş tamaşaçıya sillə vurub.

Bu barədə kulis.az rus mətbuatına istinadən yazır. Hadisə “300-cü yük” adlı immersiv teatrda baş verib. Tamaşaçı zorakılıq atmosferini dağıtmağa cəhd edib və rol ifaçılarından biri ona sillə vurub.

Təşkilatçılar bilet pulunu qaytarmağı və və dəyən mənəvi zədəni qarşılamağa razılaşıblar. Həmçinin belə tədbirlərə gələn tamaşaçıların adekvat davranmadığına təəssüfləniblər.

“Tamaşa İmmersiv tamaşa” kimi elan olunub. Belə tamaşalar aktyorların publika ilə qarşılıqlı təsiri üzərində qurulur. Tamaşaçılara baş verənlərə müdaxilə etməyə imkan verilir. Tamaşadan əvvəl tamaşaçıları bu formatdan xəbərdar ediblər.

Tamaşa Omskda işgəncəilə üzləşən keçmiş məhbusun tarixçəsinə əsaslanıb. Biz bu teatrda seçim, güc, travma və sistemli zorakılıqdan danışırıq. Belə tamaşalarda janrı da tamaşaçı özü təyin edir.” – teatr öz açıqlamasında yazıb.

Tamaşaçılardan biri tamaşada gördüklərini belə yazıb: “Aktyorlar tamaşaçılara rollar təklif ediblər. Rollara görə, biriləri əmr etməli, o biriləri başqalarını alçaltmalı idilər. Qalanları da sadəcə baxırdılar. Əsas aktyorlar (teatrın işçiləri) özlərini kobud aparır, həbsxana atmosferi yaradır, razılaşmayanları tamaşadan çıxarırdılar. Tamaşanın gedişində fiziki və seksual təzyiq gördüm” deyə silləyə məruz qalmış tamaşaçı sosial şəbəkədə yazıb.

Tamaşaçı xanım bu təzyiqə tablamayaraq musiqi qoşmuş və adamları bu atmosferdən çıxıb sadəcə rəqs etməyə dəvət edib. Aktrisalardan biri onu itələyib. Digəri musiqini söndürüb. O zaman tamaşaçı aktyorlarla üz üzə dayanıb və deyib ki “zorakılıqla qarşılaşıb baxmaq özü də zorakılıqdır. Və tamaşaçıları tamaşanı – bu zorakılıq atmosferini boykot etməyə çağırıb. . Onlara tamaşaya mane olduqları deyilib və bir məqamda aktrisalardan biri tamaşaçı həmin xanıma sillə vurub. Tamaşadan sonra müzakirəyə qalan iştirakçılar məsələni müzakirə edərkən mübahisə yaranıb. Aktrisa tamaşaçıdan üzr istəyib.

Teatrın rəhbəri hadisəyə belə münasibət bildirib: “O xanım teatra gələndə bilirdi ki hara gəlir və zorakılıqdan bəhs edən immersiv teatr nə deməkdir. Həm də biz üzr istədik, bilet pullarını geri qaytarmğa söz verdik. Onlar yalan söyləyir və şişirdirlər. Tamaşaçı bəyənmədiyi halda qalxıb tamaşanı tərk edə bilərdi”. Teatr rəhbəri indən belə tamaşaçılarla xüsusi razılaşma təklif edəcəyini söyləyib.

“300-cü yük” (300 cü yük termini Sovet ittifaqının Əfqanıstanda apardığı müharibədə geri gətirilən yaralı əsgərləri nəzərdə tutan termindir) rəssam-aksiyaçı Katrin Nenaşovanın rəhbərliyi ilə fəaliyyət göstərir. Xatırladaq ki, immersiv teatr interaktiv teatr formalarından biridir. Bu teatrda hazırlanan tamaşalarda tamaşaçı yad müşahidəçi deyil, iştirakçının özüdür. Hansısa teatrallaşdırılmış vəziyyətdən söhbət gedə bilməz. Tamaşaçının işi yalnız təklif olunan şərtlərdə olmaqdır. Bu zaman özünü təklif olunan vəziyyətdə hiss edən, oyunçuluq vərdişləri olmayan tamaşaçı hadisələrin içində daha dərin təəssürat və yanaşma əldə edir.

# 4109 dəfə oxunub

Oxşar xəbərlər

Məhəmməd Əlinin həyatından bəhs edən serialın premyerası elan edildi

Məhəmməd Əlinin həyatından bəhs edən serialın premyerası elan edildi

16:40 31 oktyabr 2026
"Laika" studiyasının ən böyük layihələrindən biri - 231 kukla və 136 məkan

"Laika" studiyasının ən böyük layihələrindən biri - 231 kukla və 136 məkan

16:04 31 oktyabr 2026
“Dune” trilogiyasının sonuncu filmi üçün yeni treyler yayımlandı – Pol Atreydesi nə gözləyir?

“Dune” trilogiyasının sonuncu filmi üçün yeni treyler yayımlandı – Pol Atreydesi nə gözləyir?

11:30 31 oktyabr 2026
55 ildir senzura altında saxlanılan film yenidən kinoteatrlara qayıdır

55 ildir senzura altında saxlanılan film yenidən kinoteatrlara qayıdır

17:00 30 oktyabr 2026
İnsanları döyüş maşınına çevirən sistem - Bir uşağı necə qatilə çevirmək olar?

İnsanları döyüş maşınına çevirən sistem - Bir uşağı necə qatilə çevirmək olar?

16:00 30 oktyabr 2026
“Oskar”dan süni intellektlə bağlı mesaj -  İnsan yaradıcılığı əsas olaraq qalacaq

“Oskar”dan süni intellektlə bağlı mesaj - İnsan yaradıcılığı əsas olaraq qalacaq

18:40 29 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər