Gənc şairlər Musa Yaquba görə od püskürdülər: “Ayıb deyilmi?!”

<b>Gənc şairlər Musa Yaquba görə od püskürdülər: <span style="color:red;">“Ayıb deyilmi?!” </b>
5 aprel 2019
# 10:11

Tanınmışa şairlər Musa Yaqubun müalicəsi ilə bağlı AYB sədri Anarın Kulis.az-a verdiyi açıqlamadan hiddətləniblər. Onların fikirlərini təqdim edirik.

Şəhriyar gel Gerani

Image result for şəhriyar del gerani

Yazıçı Anarın Musa Yaqubun son müsahibəsi konusunda Kulis.az-a açıqlamasını oxudum, düzü, ətim töküldü.

Anar Rzayev deyir: “Musa Yaqub müalicəsi ilə bağlı MƏNƏ müraciət etməyib. Başqa deyəcək sözüm yoxdur".

Daha bir açıqlamasında isə belə deyir, "Biz onun yubileyini də keçirmişik, başqa nə istəyir, bilmirəm?!"

Əziz qələm dostumuz Anar bəy, yubiley-mubiley kimi tədbirlər sənin kimi adamlar üçün ciddi-viddi ola bilər, Musanın məqamından isə, ol tövr təpələr birmərrə görünmür. Həm, Musa müəllim yaşlı adamdı, üstəlik, ağır xəstə. O, bu suala cavab verə bilməyəcək. Ki, o, gerçəkdən nə istəyir? İcazənlə, ustadın yerinə mən deyim: "Canıma yardım istəyirəm, əzizim qələm qardaşım, şəfa istəyirəm, diqqət istəyirəm. Bu, mənim mənəvi-ruhani haqqımdı... Prezidentlə görüşdə zatən könüllərdə heykəl olan adamlara heykəl, sağlamlara sanatoriya istəyincə, xəstə müasirlərinə tibbi yardım istəyə idin, müalicə olunmaları üçün kömək istəyə idin..."

Qismət

Image result for qismət

Anar deyir ki, mənə deməyib. Neyləməlidir, qəbul otağında növbə gözləməli, sonra növbəsi çatanda içəri keçib deməlidir ki, cənab sədr, bağışlayın, gəldim deyim ki, halım pisdir? Ayıb deyilmi? Deməyib, indi demiş oldu, irəli durun, təşəbbüs göstərin. Çünki bəlkə də Tanrı bizi elə Şairə, Şeirə, Sözə görə bağışladı...

Aqşin Evrən

Image result for aqşin evrən

AYB və digər qurumlar Mirzə Cəlilə heykəl qoymaq, "Nəsimi ili" ilə bağlı tədbirlər keçirməkdən qat-qat faydalı iş görə bilər - Böyük şairlərimiz Musa Yaqub və Vaqif Bayatlıya yaşamaq üçün kömək edərək. AYB də, Nazirlik də əmin olsun: Mirzə Cəlil, Nəsimi yaşasaydı, onlar da bunu istəyərdilər, o mənasız-məzmunsuz, vitaminsiz tədbirləri yox. AYB sədri Anar bu quruma ayrılmış 800 min manatdan çox cüzi bir məbləğ ayıraraq, şairlərin müalicəsini həyata keçirə bilər. Məncə, Anar onların müalicəsi məsələsini bircə sözü ilə də həll etməyi bacarar. Fikrət Qocanı ölümdən xilas elədiniz, tamam. Amma Musa Yaqub, Vaqif Bayatlı da düşmən ölkənin şairi deyil.


Bu gün Musa Yaqubun, Vaqif Bayatlının ölümünə göz yummaq mahiyyət etibarilə Müşfiqin güllələnməsinə, Cavidin sürgün edilməsinə səbəb olmaq kimi bir şeydir.

# 6028 dəfə oxunub

Oxşar xəbərlər

İspaniyalı repçi Ginnesin Rekordlar Kitabına düşdü - Sərbəst üslublu deyişmə üzrə

İspaniyalı repçi Ginnesin Rekordlar Kitabına düşdü - Sərbəst üslublu deyişmə üzrə

14:04 12 noyabr 2026
Yeniyetmələr üçün ədəbiyyat bazarı kiçilir – Romantik romanlar üstünlük qazanır

Yeniyetmələr üçün ədəbiyyat bazarı kiçilir – Romantik romanlar üstünlük qazanır

13:04 12 noyabr 2026
Arif Mirzəyevin nəşi Azərbaycana gətiriləcək

Arif Mirzəyevin nəşi Azərbaycana gətiriləcək

12:53 12 noyabr 2026
Məşhur komediyaçı azyaşlılara qarşı cinsi istismarda təqsirləndirildi

Məşhur komediyaçı azyaşlılara qarşı cinsi istismarda təqsirləndirildi

12:03 12 noyabr 2026
Azərbaycan kinosunun inkişafına 9 milyon manat ayrılacaq

Azərbaycan kinosunun inkişafına 9 milyon manat ayrılacaq

11:33 12 noyabr 2026
Pirat kitab saytına 19,5 milyon dollar cərimə –  Milyonlarla kitabın taleyi necə olacaq?

Pirat kitab saytına 19,5 milyon dollar cərimə – Milyonlarla kitabın taleyi necə olacaq?

11:12 12 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər