news-inner
clock11:52 calendar-gray 02 Aprel 2019 view-gray3829 dəfə oxunub
view-gray3829 dəfə oxunub

Videosu yayılan qızdan polis şöbəsində nə soruşublar?

Kulis.az Şərif Ağayarın “Absurd gündəmimiz” yazısını təqdim edir.

Doğrudan da absurd məmləkətdə yaşayırıq.

Cavan oğlanın iştirakçısı olduğu məclisdən qızların çılpaq görüntüsü yayılır, oğlanın bibisindən – tanınmış müğənni, xalq artistindən xalqdan üzr istəmək tələb edirlər. Soruşanda ki, o niyə üzr istəsin, arqument gətirirlər:

“Şarl Aznavurun erməni xalqı üçün etdiyinin yüzdə birini bunlar bizim xalq üçün etməyib!”

Nə deyəsən?

Hələ müğənninin özünün hadisəyə reaksiyasına baxın:

“Mən onları həyatımdan çoxdan silmişəm. Yollarında zəhmətim çox olub, oxutmuşam, əllərini çörəyə çatdırmışam, amma hər dəfə adımı bədnam ediblər. Onları həyatımdan silmişdim. İndi birdəfəlik sildim.”

Təsəvvür edin, müğənni xanım vaxtı ilə qardaşı oğlunun oxumasına kömək edəndə deməli imiş:

“Bax, bir gün böyüyüb qadın yanına getsən, zəhmətim sənə haram olsun! Silərəm səni həyatımdan. Qardaşım oğludur demərəm!”

Bu sözlərin ozamankı cavabı yəqin ki belə olardı:

“Baş üstə, bibican! Elə xırda şeylərə görə, istəmərəm adına söz gəlsin. Elə bu gün, bu saat, hətta bu an baytara gedib, məni siz deyən hərəkətlərə təhrik edən orqanımı çıxartdırram! Narahat olma.”

Biri anlatsın, nə baş verir?

Özləri üçün əylənən, çalıb-oxuyan, oynayan, paltarını soyunan gəncləri söyüb-təhqir edən, onlara cəza istəyən insanlar heçmi sekslə məşğul olmayıblar? Əylənməyiblər? Paltarlı-paltarsız oynamayıblar? Öz aralarında hər hansı nadinclik etməyiblər?

Bəlkə problem o intim anları yaşamaqda yox, onu ictimailəşdirməkdədir?

Axı hamımızın intim həyatında əgər ictimailəşərsə nüfuzumuza xələl gətirəcək məqamlar olub. Adı üstündədir: “İntim həyat!” Çox yox, elə tualetə getməyimizi çəkib paylaşsalar, əməlli-başlı biabır olarıq. Sizcə, Azərbaycanın qanunvericiliyi də soyunan, oynayan, sevişən cütlüklərin yox, intim həyatı ictimailəşdirib şərəf və ləyaqətə xələl gətirən əməllərin peşində deyilmi?

İntim həyat yaşamaq suç deyil.

Bunu necə, kiminlə, hansı şərtlər altında etmək insanların öz seçimidir.

Soyunub oxuyan qızları polis çağırıb. Mən dəli kimi maraq edirəm, onlardan nə soruşublar?

“Vətəndaş Filankəsova, siz onu bilirsinizmi ki, kamera qarşısında lüt meyxana demək olmaz?”

Cavab nə olmalıdır sizcə:

“Tamam, rəis, söz veririk indən belə paltarlı deyərik!”

“Sevişmək də olmaz! Bunun üçün gərək ərə gedəsiniz!”

“O da gözümüz üstdə! And içirik, ərə getməmiş erkək milçəyi belə yaxın qoymarıq!”

Hələ “Kazbek” meyxanasını yazan oğlanın aqibəti...

Müdhiş nəsr detalıdır!

Bir gün polis qapını döyür və səni həbs edir. Səbəb:

“Kazbekə şey doldurmaq haqda qafiyə açmısınız!”

“Harda?”

“Yutubda! Daha doğrusu, siz qafiyəni çoxdan açmısınız, ona bir dəstə qız-qadın oynayıb, bir dəstə qız da əli ilə xüsusi işarələr göstərərək söyləyib. Buna görə deputat bizim nazirliyə müraciət edib. Biz də gəlmişik. Pılını-pırtını yığ, gedirik!”

“Rəis, məni çevirin balalarınızın başına, qələt eləmişəm o qafiyəni açmışam. Söz verirəm, indən belə qafiyə açası olsam, parlamentdən və nazirlikdən yazılı razılıq alacam!”

Keçək milli məclisə.

Deputat parlament sədrinə:

“Rəhmətlik Bayram Kürdəxanlını aşağıdakı qafiyəyə görə həbs etmək lazımdır:

Gəldi mənə şur qurtardı getdi

Səni bu gün göndərcəm Hindistana

Çerez Sinqapur qurtardı getdi”

Sədr:

“Axı burda heç bir məna yoxdur, nəyə etiraz edirsiniz?”

“Bayaq “gugl”da yoxladım, Bakıdan Hindistana gedən reyslər Sinqapurdan keçmir. İctimaiyyəti çaşdırır, yalanı təbliğ edir.”

Sədr:

“Bəlkə o meyxana deyilən vaxt Bakı-Hindistan reysi doğrudan da Sinqapurdan keçirmiş?”

Deputat:

“Redaktə eləyib düzəltsinlər! İndi maşallah ölkəmizdən hər yana birbaşa reyslər açılıb.”

O zaman “Kirdarı yamandı qoyma gəldi” misrasında homoseksuallığın passiv qanadının təbliğinə görə Mirzə Ələkbər Sabirin heykəlini sökmək, qəbrinə 17 il iş oxumaq lazımdır.

Sizi bilmirəm, mənim yadıma “1984” romanı düşdü. Və dəhşətlisi budur ki, burdakı totalitarlığın sifarişçisi hər hansı siyasi sistem yox, cəmiyyətin özüdür.

Sənsən, mənəm, odur...

Bizim şeytani marağımızdır.

O lüt qızların videosunun çəkilib yayılması da, kazbekdən meyxana deyən qızların günün mövzusuna çevrilməsi də bizim şüuri və qeyri-şüuru xidmətimizdir.

Hətta bu hadisələri yayanlardan da artıq biz günahkarıq.

Şərəf və ləyaqəti zədələyən videonu ictimailəşdirmiş adam cinayət törədibsə, onu tirajlayan media nə edib?

Və media sosial sifarişə - bizim şeytanı marağımıza işləyibsə necə?

Bir az dərinə getsək, ən az günahın o qız və qadınlarda olduğu ortaya çıxmayacaqmı?

Bəlkə, kiminsə intim həyatına bu cür elliklə maraq göstərməyək?

Maraq göstərsək belə, abrımıza qısılıb susaq, özümüzü bir az ələ alaq?

Axı İsa Məsihin iki min ildir dillər əzbəri olan “Daşı heç bir günahı olmayan atsın” cümləsini hamımız əzbər bilirik və yeri gələndə insan haqlarından əsib-sovururuq?

Sizcə, bu videolar içimizdəki amansız varlığı üzə çıxartmadımı?

Bizi ifşa etmədimi o xanımlar?

O videonu çəkəndən, yayandan, tirajlayandan tutmuş maraqla və ehtirasla seyr edib söyənlərə qədər hamımızı...

Oxşar xəbərlər

Xəbər lenti

Rüşvət alan kişilərin arvadları haqda 10 cümlə
14:45 16 İyun 2021
Nizamiyə həsr olunan müsabiqənin qalibləri bilindi
14:02 16 İyun 2021
Dayısı Rəşid Behbudov onu səhnəyə həsrət qoydu, küsüb Azərbaycandan getdi, anası ölənəcən yolunu gözlədi – Qürbətdə can verən müğənnimiz
13:11 16 İyun 2021
Tarix bizi Şuşada gözləyirdi – Aqşin Yenisey yazır...
12:39 16 İyun 2021
Vaqif İbrahimoğlunun 32 il sonra reallaşan xahişi
12:30 16 İyun 2021
Fərid Hüseyn Nizamidən mühazirə oxuyub
11:59 16 İyun 2021
Aləmi bürüyən ədəbiyyat ətri - İlham Əziz yazır...
11:30 16 İyun 2021
Seda Sayan Mehmet Ali Erbili təcavüzdə ittiham etdi
10:56 16 İyun 2021
Anar, Çingiz Abdullayev, Vaqif Səmədoğlu Monteneqro dilində…
10:05 16 İyun 2021
İlhamiyyə Rza: “Həmid efirdə lap ağ eləmişdi” – Müsahibə
09:01 16 İyun 2021
SSRİ-də yay istirahəti - Nostalji fotolar
21:00 15 İyun 2021
Nobelli yazıçı daha bir mükafata layiq görüldü
18:39 15 İyun 2021
Avropa Film Festivalında iştirak edən filmləri onlayn izləmək mümkündür
17:45 15 İyun 2021
Öz arvadını söydü, Səməd Vurğunu pislədi, yad qadınla yaxalandı – Hüseyn Arifin heç yerdə yayımlanmayan lətifələri
17:01 15 İyun 2021
Əməkdar artist vəfat etdi
16:18 15 İyun 2021
Bakının yaşı keçmiş ofisiant qadınları: Onları necə alçaldırlar?
15:30 15 İyun 2021
Müğənninin cızma-qarası 281 min dollara satıldı - Foto
14:41 15 İyun 2021
Məşhur bəstəkar vəfat etdi
14:01 15 İyun 2021
Mənə zorla köynək satan qız - Nihat Pir yazır
13:07 15 İyun 2021
Gənc rejissora görə Kürdəxanı həbsxanasına getdi, ən açıq səhnələrə çəkilən aktrisa kimi tarixə düşdü - Onu Təhminə roluna niyə layiq görmədilər?
12:15 15 İyun 2021