news-inner
clock12:33 calendar-gray 10 Aprel 2019 view-gray838 dəfə oxunub
view-gray838 dəfə oxunub

Xəyanətkar ər üçün yalan dedektoru - HEKAYƏ

Kulis.az Günel Eminlinin “Kişilər sarışınları sevir” hekayəsini təqdim edir

Arvadı onu dəli eləmişdi. Az qala hər sözü, hərəkəti ilə kişini özündən çıxarırdı. Hədsiz qısqanc idi. Ər elə işdən qayıdıb, özünü evin kandarından içəri salmağını görürdü. Arvad tez başının üstünü alır, alman ovçarkası kimi əvvəlcə ərinin paltarını qoxlayır, sonra telefonunu əlindən qapır, köynəyinin manjetini məktəb və ofis ləvazimatları satılan mağazadan aldığı lupa ilə diqqətlə gözdən keçirirdi. Kişi də hər dəfə özünü rentgen şüasından altında hiss eləyirdi. Amma təslim olmuşdu. Hər gün qapıdaca başlayan istintaqa dözmək məcburiyyətində idi.

Əvvəllər hər vəchlə buna qarşı çıxmağa çalışmışdı, arvadını qorxutmaq istəmiş, hətta ayrılacağı ilə hədələmişdi, amma bir nəticə hasil olmurdu. Vəziyyət o həddə çatmışdı ki, qadın evə yalan detektoru almaq istəyirdi. Beləcə, hər axşam ərini yoxlamadan keçirəcəkdi. Kişi bu barədə eşidəndə, dözməyib arvadı vurmuşdu. O da bir az ağlayıb sıtqamış, amma fikrindən dönməmişdi. Detektoru haradan, necə alacağı ilə bağlı tez-tez internetdə axtarış aparırdı.

Kişiyə hərdən elə gəlirdi ki, bu, artıq qısqanclıq deyil, patologiyadır və onun heç bir müalicəsi yoxdur. Hərdən axşamlar yataq otağında ona elə gəlirdi, arvadı yuxuda ərinin danışıb-danışmadığını eşitsin deyə hardasa gizli dinləmə cihazı quraşdırıb.

Əlbəttə, o, normal kişi idi və bütün normal kişilər kimi onun da işdə sevgilisi vardı. Layihələndirmə şöbəsindəki Salma Hayekə bənzəyən o qarabəniz qızı ilk gündən gözü tutmuşdu. Amma qəribəsi o idi ki, arvadı bu qızla tanışlığa qədər də onu qısqanırdı, sonra da, həmişə də qısqanacaqdı. Bunu gözəl bilirdi. Əsas məsələ, o, öz kefində idi. Bəxti gətirmişdi, sevgilisi də peşəkar sayılardı. İşlərini çox ehtiyatla görürdülər. “Salma Hayek” onda heç bir iz qoymadığına arxayın olmamış kişini evə buraxmırdı. Hələ ki, hər ikisi imtahandan uğurla keçirdilər.

“Salma Hayek” həmişə zarafatla ona deyirdi:

- Əzizim, mən səni də, arvadını da sevirəm.

Kişi isə, təbii ki, təəccüblə soruşurdu:

- Bu necə olur axı?!

- Niyə olmasın ki? Gör səni necə qəşəng saxlayır. Qeydinə qalır. Köynəyin ütülü, səliqəli. Üstündən həmişə ətir qoxusu gəlir. Sənin arvadını necə sevməyə bilərəm?

Sevgilisi belə deyir və şaqqanaq çəkib gülürdü.

Sevişmələrindən sonra da fikrinə davam edirdi:

- Bax, o elə bil kələm dolmasıdır, kələm kimi qat-qat xalatını geyinir, formadan da düşüb, onu görən kimi mənim yanıma qaçmaq istəyirsən. Mən isə yarpaq dolmasıyam, nərmə-nazik və həmişə formadayam. Məni hər gün yemək olmaz. Ona görə də sənin kələm dolmasından zəhlən gedir, yarpaq dolmasından ötrü isə sinov gedirsən...

Kişi bu dolma fəlsəfəsini tam anlamasa da, qızın könlünü xoş etmək üçün dodaqucu gülümsəyirdi.

O, öz “Salma Hayeki” ilə kefində, arvadı da öz hayında idi.

Bir dəfə ərinin cibindən çəhrayı çay paketi də tapmışdı. Həmin gün az qala halı xarab olacaqdı. Şəklini çəkib köhnə rəfiqələri ilə danışdığı vatsap qrupuna atdı, nə olduğunu soruşanda da “cigəriyanmışlar” ərinə olmazın böhtanlar yağdırdılar. Hamısı bir ağızdan “qoruyucu vasitədi” dedi.

Yaxşı ki, qızlardan biri ingiliscə bilirdi. Üzərində yazılanları oxuyub, şəkildəkinin çay paketi olduğunu yazdı, beləcə həyazsızların da ağzını yumuldu. Amma ya Bakı balaca şəhərdi, ya Bakıda heç bir kişinin kənarda xoşbəxt olmağa haqqı yoxdur deyə, hər nədirsə, ədalətli Femida, ya elə çılğın Amur, fərqi yoxdur, göydən baxıb nə üçünsə qəzəbləndilər. Kişi bir gün işdən qayıdanda qəfil bir çəngə sarışın tük qonşu eyvandan onun pencəyinin çiynində düşüb, elə oradaca da qaldı. Qonşu qadın 5 yaşlı qızının bağçada hazırlayacaqları “Rapunzel” tamaşası üçün aldığı pariki darayırmış.

Beləcə, bizim bəxtsiz kişi çiynində bir topa sarı tüklə arvadının hüzurunda peyda oldu. Evdən ərşə qalxan isterik səslər bütün Bakını başına götürdü, hətta göydə Amurun özü də qulaqlarını tutmalı oldu.

Qadın əlindəki o bir cəngə sarı saçı kişinin gözlərinə soxmağa çalışanda, kişi öz “Salma Hayek”inin qara, qıvrım saçlarını xatırlayır və eləcə yanıb tökülürdü...

news-inner-user
Günel Eminli

12 məqalə

Paylaş

Oxşar xəbərlər

Xəbər lenti

100 min manat ödəyib Fransadan gəlin gətirən azərbaycanlı - Haqverdiyevin hekayəsi
21:02 11 Dekabr 2019
Anarın əsəri Özbəkistanda çap olundu
18:40 11 Dekabr 2019
Məşhur rejissorun Putinə verdiyi sual Kadırovu əsəbiləşdirdi
18:01 11 Dekabr 2019
Tarantino "Kill Bill-3"-ü çəkəcək
17:23 11 Dekabr 2019
Alber Kamyunu “KQB” öldürüb – Şok fakt
16:46 11 Dekabr 2019
"Joker"in "İrlandiyalı" rəqibi - "Oskar" uğrunda mübarizə gərginləşir
16:05 11 Dekabr 2019
Hüseyn Cavidin oğlunun kitabı çap olundu - Foto
15:28 11 Dekabr 2019
Payız tökülür saçından - Yeni şeirlər
14:47 11 Dekabr 2019
Beynəlxalq Festivalda Milli Qəhrəmanımız haqda film nümayiş olundu
14:20 11 Dekabr 2019
Mirzə Cəlilin tanımadığımız nəticəsi: "Azərbaycanlı qızla evlənmək istəyərəm" - Müsahibə
13:46 11 Dekabr 2019
Nəğməkar Xalq şairi
13:06 11 Dekabr 2019
Əjdər Olun “Lo” romanı təqdim olunacaq
12:37 11 Dekabr 2019
Mən zəmanənin Hüseyniyəm – Nəiminin ağrı-acı dolu vəsiyyətnaməsi – İlk dəfə
12:03 11 Dekabr 2019
Bakıda III Eksperimental Teatr Festivalı keçirildi
11:38 11 Dekabr 2019
Ədəbiyyat üzrə Nobel mükafatı sahiblərinə təqdim olundu
11:16 11 Dekabr 2019
“Kitabevim.az” mağazalar şəbəkəsi bağlanır - Şok açıqlama
10:53 11 Dekabr 2019
Fərqanə Qasımova Fransada konsert verdi
10:29 11 Dekabr 2019
Nəsiminin 650 illik yubileyi Ankarada qeyd edilib
10:15 11 Dekabr 2019
Qadın zorakılığı ilə mübarizəyə həsr edilmiş tamaşa - Premyera
09:30 11 Dekabr 2019
Lalə Məmmədova: “Boşanmış qadına həmişə intim obyekt kimi baxırlar” - Müsahibə
09:01 11 Dekabr 2019