“Şerlok”un ulduzu yeni filmdə

“Şerlok”un ulduzu yeni filmdə
30 mart 2019
# 15:58

Britaniyalı kəşfiyyatçı Ceyms Bond haqqında son iki filmin (“007: “Skyfall” koordinatları” və “007: Spektr”) quruluşçu rejissoru Sem Mendes “Şerlok” serialının ulduzu Benedikt Kamberbetçi “1917” adlı hərbi dramda çəkilməyə dəvət edib.

“Deadline” veb-saytının yaydığı məlumata görə, filmin süjeti Birinci Dünya müharibəsinin döyüş meydanlarında vuruşan iki britaniyalı əsgərin həyatının bir günü ətrafında qurulub. Döyüşçüləri Corc Makkey və Din-Çarlz Çepmen oynayacaqlar. Digər məşhur britaniyalı aktyor Kolin Fert də bu filmdə rol alacaq.

Filmin prodüseri rejissor Stiven Spilberqin “Amblin Partners” kino şirkəti olacaq, istehsalı və prokatı ilə “DreamWorks” və “Universal” şirkətləri məşğul olacaq. Rejissorun özü də filmə prodüserlik edəcək. O, Kristi Uilson-Körns ilə birlikdə filmin ssenarisini yazıb.

Filmin çəkilişlərinə aprelin 1-də başlamaq nəzərdə tutulub. Çəkilişlər İngiltərədə və Şotlandiyada aparılacaq. Dünya premyerası 2019-cu il dekabrın 25-də gözlənilir.

B.Kamberbetç 2018-ci ilin yayında bildirib ki, ona dünya şöhrəti qazandıran “Şerlok” serialına qayıtmaq istəməzdi. Amma hər şey ola bilər.

“Marvel Studios” ilə əməkdaşlıq son vaxtlar aktyorun iştirak etdiyi maraqlı layihələr arasındadır. “Doktor Strenc” filmində baş rol, habelə “Qisasçılar” filminin üçüncü hissəsində iştirakı məhz bu əməkdaşlığın nəticəsidir.

Aktyor digər media nəhənginin – HBO telekanalının Böyük Britaniyanın Avropa İttifaqının (Aİ) tərkibindən çıxması haqqında filmində də çəkilib. O, ölkənin Aİ-dən çıxması uğrunda mübarizə aparan kampaniyanın liderlərindən birini – Donimik Kamminqsi oynayıb./azertag.az/

# 3364 dəfə oxunub

Oxşar xəbərlər

320 tonluq gəmini dağın başına çıxaran adam - Kino tarixinin inanılmaz hekayəsi

320 tonluq gəmini dağın başına çıxaran adam - Kino tarixinin inanılmaz hekayəsi

15:00 16 oktyabr 2026
Dünya kinosunda sınmaz iradənin simvolu - Tim Robbinsin 5 məşhur rolu

Dünya kinosunda sınmaz iradənin simvolu - Tim Robbinsin 5 məşhur rolu

13:30 16 oktyabr 2026
"Netflix"  məzmun siyasətinə rəhbərlik edən şəxsi dəyişir

"Netflix" məzmun siyasətinə rəhbərlik edən şəxsi dəyişir

12:30 16 oktyabr 2026
Al Paçino  SAG-AFTRA-nın ömürboyu nailiyyət  mükafatına layiq görüləcək

Al Paçino SAG-AFTRA-nın ömürboyu nailiyyət mükafatına layiq görüləcək

11:40 16 oktyabr 2026
Kristian Munqunun yeni filmi Norveç və Rumıniyada ciddi mübahisələr doğurdu

Kristian Munqunun yeni filmi Norveç və Rumıniyada ciddi mübahisələr doğurdu

11:00 16 oktyabr 2026
Kazuo İşiquronun məşhur romanı əsasında film çəkildi

Kazuo İşiquronun məşhur romanı əsasında film çəkildi

10:40 16 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər