Xalq şairinin bu gün ölən oğlu kim idi? – Firuz Mustafa yazır...

Xalq şairinin bu gün ölən oğlu kim idi? – <span style="color:red;">Firuz Mustafa yazır...
28 mart 2019
# 18:46

Kulis.az yazıçı-filosof Firuz Mutafanın Xalq şairi Osman Sarıvəllinin bu gün vəfat edən oğlu, professor Babək Osmanoğlu haqda yazdığı yazını təqdim edir.

Babək Qurbanov bu müvəqqəti dünyaya “əlvida” deyib gözlərini yumdu, əbədiyyətə qovuşdu.

Böyük filosof, böyük alim, böyük vətəndaş, böyük nəzəriyyəçi, böyük şəxsiyyət.


Bilirəm, bu gün bu “böyük” sifəti və ya təyini son dövrlərdə hətta, qeyri-ciddi “sənət” aləmində yeni iməkləyən hansısa təsadüfü adamlara da şamil olunur. Amma...


Amma nə yazıqlar ki, çox ciddi alimlər bu gün bizim cəmiyyətimizə layiqincə təqdim olunmur.


Professor Babək Qurbanov ciddi alim və nəzəriyyəçi idi. O, Azərbaycanın Xalq sairi Osman Sarıvəlli ocağının son oğul yadigarı idi.


Mən Babək müəllimlə həmkar idim, uzun illər onunla EA-nın Fəlsəfə İnstitutunda birgə işləmişdik.


Babək Osmanoğlu ömrünün son illərində Türkiyə Cümhuriyyətinin müxtəlif Universitatlərinə çalışmışdı. Ümumiyyətlə, müxtəlif auditoriyalarda müxtəlif dillərdə- Azərbaycan, türk, rus, ingilis dillərində mühazirələr söyləyən Babək Osmanoğlu unikal bir insan idi.


Mən onu tanıyan vaxtdan özümə dost, sirdaş, qardaş bilmişəm. O, hər yerdə Azərbaycanımızın layiqli təbliğatçısı idi.


Babək Qurbanov mənim barəmdə də bir çox məqaləlır yazıb və həmin məqalələri Türkiyə, Rusiya və Azərbaycan mətbuatında dərc etdirib.

Sonralar həmin yazılar ayrıca kitab şəklində nəşr olunub. “Firuz Mustafanın yaradıcılığı (Dörd bucaq)” adlı həmin kitab mənimçün bu gün də çox əzizdir.


Mən vaxtlə onun barəsinsə bir rübai yazmışdım:


Bizim çoxumuza örnəkdi Babək,
Uşaqtək həssasdı, kövrəkdi Babək.
Daim dostlarının ürəyindədir,
Elə özü boyda ürəkdi Babək.


Bəbək xocam, mən adətən ona bu cür müraciət edirdim, özü ilə bizim, öz dostlarının və doğmalarının ürəyinin bir parçasını da özü ilə getdiyi o əbədi dünyaya apardı.


...On gün əvvəl zəng vurmuşdu. Sonra bir ümumi tanışımızla mənə öz yeni kitabını və ruscadan türkcəyə çevirdiyi məşhur bir əsəri göndərdi. Bir xeyli söhbət etdik. Arada Babək müəllim məndən soruşurdu: “Dərdiş, ağlın nə kəsir, mənim xəstəliyim sağala bilərmi?”


Mən ona ürək-dürək verərək dedim:


- Xocam, sənin xəstəliyin, ötəridir, müvəqqətidir. Allah qoysa, tezliklə sağalacaqsan.


Telefon dəstəyində onun, ağır xəstəliyin cəngində çırpınan Babəkin, uşaq kimi təvazökar, səmimi və sadəqəlbli sirdaşımın dirçələn səsini eşidirəm:


- Xocam, bəs bu nə zaman və harada olacaq?


Mən ona təskinlik verirəm:


- Xocam, Allah qoysa lap tezliklə, elə bu yaz sağalacaqsan. Sənin dərdinin dərmanı Şınıxda və Şıxlıdadır.


O, az sonra mənə yenə zəng edib dedi:


- Sən mənə yeni ümid verdin. Mən günəşli yazı gözləyirəm.


Babək Qurbanovu bu gün, bu günəşli yaz günü böyük sənətkarımız, Xalq şairi Osman Sarıvəllinin əbədi uyuduğu Qazaxdakı İkinci Şıxlı qəbiristanlığında torpağa tapşırıldı...

# 4529 dəfə oxunub

Oxşar xəbərlər

İtiniz və ya pişiyiniz qocalanda... - Heyvansevərlərin diqqət yetirməli olduğu əsas məqamlar

İtiniz və ya pişiyiniz qocalanda... - Heyvansevərlərin diqqət yetirməli olduğu əsas məqamlar

12:00 25 yanvar 2026
Nəvəsinin ölümünü əvvəldən bildi, intriqaların qurbanı oldu - Bu gün vəfat edən Məsumə Babayeva kimdir?

Nəvəsinin ölümünü əvvəldən bildi, intriqaların qurbanı oldu - Bu gün vəfat edən Məsumə Babayeva kimdir?

18:40 24 yanvar 2026
Aktrisa Məsumə Babayeva vəfat etdi

Aktrisa Məsumə Babayeva vəfat etdi

18:19 24 yanvar 2026
“Mediada Azərbaycan dili”  mövzusunda növbəti təlim keçirildi

“Mediada Azərbaycan dili” mövzusunda növbəti təlim keçirildi

17:23 24 yanvar 2026
“Xəzər axşamı” adından dələduzluq

“Xəzər axşamı” adından dələduzluq

15:40 24 yanvar 2026
Tablolarını yeməyə dəyişdi, dostlarının evində gecələdi, vərəmə yoluxdu... -  Lənətlənmiş dahinin həyatından faktlar

Tablolarını yeməyə dəyişdi, dostlarının evində gecələdi, vərəmə yoluxdu... - Lənətlənmiş dahinin həyatından faktlar

15:00 24 yanvar 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər