Kəramət Böyükçöl Mehman Əhmədlini məhkəməyə verir

Kəramət Böyükçöl Mehman Əhmədlini məhkəməyə verir
26 mart 2019
# 18:15

“Mənzərə aydındır. Bu videoya baxan istənilən tamaşaçı özlərini şair adlandıran bu şəxslərin mədəni-intellektual səviyyələri haqqında özündə təəssürat yarada bilər.”

Bu sözləri ARB efirindən meyxanaçıların təhdid və təhqirlərinə məruz qalan yazıçı-jurnalist Kəramət Böyükçöl söyləyib.

O, daha sonra əlavə edib:

“Əlbəttə, bu şairciyəzlər zülmət aşiqləridir. Onlara xalqın gözünün bağlı olmağı sərf edir. Onlar incəsənətə, işıqlı olan hər şeyə düşməndirlər. İmkanları olsaydı, Üzeyir bəyi, Mirzə Cəlili, Mirzə Fətəlini beşikdə boğardılar. Çünki o möhtəşəm insanlar xalqı cəhalət və nadanlıq yuxusundan ayırmağa cəhd etmişdi. Harda zülmət var, harda nadanlıq var, harda avamlıq, bisavadlıq varsa meyxana ordadır. Xalqın gözü açılsa onları toya çağıran olmaz. Onlar beş-üç manata görə bütöv bir xalqın gələcəyini satmağa hazır olan fariseylərdir. Ona görə də mənim sözlərimdən narahatdırlar. Ona görə də işığı qapamaq istəyirlər. Və bu əsəbi şəraitdə onların illərdir üzlərinə taxdıqları maska yırtılıb düşür. Onların əsl siması budur, nadan, söyüşcül, bisavad...”

Sözünün sonunda Kəramət Böyükçöl onu efirdən təhqir və təhdid edənləri məhkəməyə verəcəyini bildirib.

# 5294 dəfə oxunub

Oxşar xəbərlər

“Xəz paltolu Madonna"nın "Maria Puder"i açıqlandı

“Xəz paltolu Madonna"nın "Maria Puder"i açıqlandı

10:40 11 noyabr 2026
Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi

10:20 11 noyabr 2026
Aktyor Aslan Fətullayev vəfat etdi

Aktyor Aslan Fətullayev vəfat etdi

15:39 10 noyabr 2026
Qadınlara qarşı cinsi zorakılıqda təqsirləndirilən aktyorun cəzası açıqlandı

Qadınlara qarşı cinsi zorakılıqda təqsirləndirilən aktyorun cəzası açıqlandı

15:27 10 noyabr 2026
"Booker" ədəbiyyat mükafatının qalibi bəlli oldu

"Booker" ədəbiyyat mükafatının qalibi bəlli oldu

14:48 10 noyabr 2026
Tanınmış aktyor "Ceyms Bond" roluna namizəd göstərildi

Tanınmış aktyor "Ceyms Bond" roluna namizəd göstərildi

13:30 10 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər