ƏSA Teatrı fəaliyyətini dayandırır

ƏSA Teatrı fəaliyyətini dayandırır
18 mart 2019
# 12:23

Azərbaycanın ilk və tək inklüziv teatrı olan ƏSA Teatrı bu ilin sentyabrında 3 yaşını qeyd etməyə bilər.

Bu barədə Kulis.aza məlumatı teatrın baş meneceri Nicat Qulam verib. Onun sözlərinə görə, yarandığı gündən daima inkişaf edərək, bütün tamaşalarını anşlaqla təqdim edən inklüziv ƏSA Teatrı özünün ən çətin dövrünü yaşayır: “ƏSA Teatrı yarandığı gündən fəaliyyəti ictimaiyyətin gözü önündə olub. Fəaliyyətimizə kiçik səhnələrdə başlasaq da qısa müddətdə ən böyük teatr səhnələrində tamaşalarımızı nümayiş etdirərək, böyük auditoriyalara təqdim etmişik. Lakin 2019-cu ildən tamaşaçıların haqlı iradları ilə üzləşirik ki, ƏSA Teatrı niyə tamaşa nümayiş etdirmir? Bildirmək istəyirəm ki, 2018-ci ilin 3 dekabr tarixində Dövlət Musiqili Teatrının səhnəsində təqdim etdiyimiz “Göy quş” tamaşasının nümayişindən ötən bu müddət ərzində dəfələrlə cəhd etsək də, tamaşalarımızı nümayiş etdirə bilməmişik”.

Teatrın baş meneceri hazırda üzləşdikləri çətinliklərdən bəhs edərək, təəssüflə vurğulayıb ki, fəaliyyətlərini davam etdirmək üçün maliyyə qaynaqları tapmaqda çətinlik çəkirlər: “ƏSA Teatrı müxtəlif dövlət və özəl qurumların dəstəyi ilə layihələr icra edib – tamaşalar hazırlayıb. Bir neçə aylıq çəkən layihələrin icrası yekunlaşdıqdan sonra teatrda yenidən maliyyə problemləri öz sərt üzünü göstərir. Teatrın saxlanılması üçün məkan icarəsi, məşqlərin keçirilməsi üçün səhnənin olmaması, əlilliyi olan aktyorların məşqlərə gəlib-getmələri üçün nəqliyyat problemi və sair bu kimi ciddi həllini gözləyən vacib sosial problemlər fəaliyyətimizə öz mənfi təsirini göstərir. Digər tərəfdən, tamaşaların nümayişi üçün teatr binasının tapılmaması da zəruri problemlərdəndir. Müxtəlif dövlət və özəl qurumlara dəstək üçün müraciət etsək də hələ ki, effektiv nəticəsi olmayıb. Buna görə də ƏSA Teatrı öz fəaliyyətini dayandırmaq məcburiyyəti qarşısında qalıb.”

Nicat Qulam bildirib ki, 11 aprel tarixində ƏSA Teatrı Con Steynbekin “Adamlar və siçanlar 3 – Fermadan qaçış” tamaşasını nümayiş etdirməyi planlaşdırır. Baş menecerin sözlərinə görə, bunun üçün teatr binası axtarılır.

Qeyd edək ki, mövcud problemlər həllini tapmasa, bu respublikanın ilk inklüziv teatrı olan ƏSA Teatrının nümayiş etdirəcəyi son tamaşası ola bilər.

# 2939 dəfə oxunub

Oxşar xəbərlər

Bred Pitt yeni layihədə - Məşhur rejissorlarla

Bred Pitt yeni layihədə - Məşhur rejissorlarla

12:50 24 avqust 2026
Rus kinosunun komik “Avara”sı – Yuri Nikulinin 3 məşhur rolu

Rus kinosunun komik “Avara”sı – Yuri Nikulinin 3 məşhur rolu

17:45 21 avqust 2026
"Michael" filminin ikinci hissəsi  üçün aktyor seçildi

"Michael" filminin ikinci hissəsi üçün aktyor seçildi

13:30 21 avqust 2026
Məhbusların mübarizəsi, güllələnən fəhlələr... - Andrey Konçalovskinin məşhur filmləri

Məhbusların mübarizəsi, güllələnən fəhlələr... - Andrey Konçalovskinin məşhur filmləri

17:50 20 avqust 2026
“Daşlara həkk olunan tale: Əcəmi Naxçıvani” filminin çəkilişləri yekunlaşdı

“Daşlara həkk olunan tale: Əcəmi Naxçıvani” filminin çəkilişləri yekunlaşdı

17:20 19 avqust 2026
Kinotənqidçilər və Kinoşünaslar Gildiyası növbəti mükafatlarını  təqdim etdi

Kinotənqidçilər və Kinoşünaslar Gildiyası növbəti mükafatlarını təqdim etdi

18:40 18 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər