writer1

Sevda Sultanova

Məqalə sayı

795
clock17:18 calendar-gray 18 Mart 2019 view-gray1788 dəfə oxunub
view-gray1788 dəfə oxunub

Kişi qucağında ağlayan feministlər

Stenli Kubrikin “Spartak” filmində belə bir epizod var: Spartak, sevdiyi qadın Variniyanın Krassa satıldığını və Romaya aparıldığını öyrənəndə məyus olur. Onun məyusluğu üsyanla nəticələnir. Başqa sözlə, kişinin qadına sevgisi üsyanı stimullaşdırır. Və Variniya Spartakdan “səni tərk etməyi mənə qadağan et” deyə xahiş edir. Təkcə ona görə yox ki, Spartakı sevir. Həm də o səbəbdən ki, Spartak onu qoruyan, ona dəyər verən, onun arxalandığı güc idi.

Əsrlər ötür, cəmiyyət, qadının mövqeyi dəyişir. Normal sistem qadın hüquqlarının təminatçısıdır, onu qoruyan Spartaka, fiziki gücə ehtiyacı yoxdur, daha doğrusu yox kimi görünür. Əslində heç nə və heç bir şey qadının kişi gücünə (və ya kişinin qadın gücünə) mənəvi ehtiyacını yox etmək əzmində deyil. Çünki bu, təbiətin özəlliklərindən biridir. Çünki buna qarşı getmək təbiətə qarşı getməkdir. Yaxşıdırmı, ya pisdirmi - müzakirə mövzusu bu deyil, gerçəklikdən danışırıq.

Bir ara amerikalı kinoprodüser Harvi Vaynşteynin aktrisalara qarşı seksual zorakılığına qarşı kampaniya başlamışdı. Zorakılığa məruz qalıb, amma susan aktrisalar azərbaycanlı deyildi. Yaşadıqları ölkədə rahat şəkildə qanuni yolla seksual zorakılıqdan müdafiə oluna bilərdilər. Şikayət etməyiblərsə, ciddi bir səbəbləri vardı demək ki: ya utancaqlıq komplekslərindən, ya karyera naminə, ya da başqa səbəbdən. Kim bilir, bəlkə də, həmin məqamda o qadınların onlara dəyər verən, qoruyan bir kişi gücünə, kişi köksünə sığınıb ağlamağa ehtiyacı daha çoxuydu. Məsələn, feminizmin ideoloqlarından biri Simona de Bovuar kimi. Bovuar aşiq olduğu, amerikalı yazıçı Nelson Olqrenlə məktublaşanda, onun feminizmin ikinci dalğasının fundamental əsərlərindən sayılan “İkinci cins” kitabı artıq yayımlanmışdı. Bovuar kitabda qadın niyə ikinci cinsdir sualını qoyur, insanlığın tarixi boyu kişilərin qadın üzərindəki hakimiyyəti problemini qaldırır, məsələnin köklərinə işıq salırdı. Müəllifə görə qadın təbiəti və qadınlıq kimi təzahürlər mövcud deyil: “Qadının davranışı, keyfiyyətləri - təbiət, qadın hormonları ilə müəyyənləşməyib, beyninin hüceyrələrinə yerləşdirilməyib. Cəmiyyət, cəmiyyətin quruluşu qadını məcbur edir ki, o, müəyyən keyfiyyətləri qazansın”. Bovuar qadınlığın mənası olduğunu rədd edir, ona görə, qadını təyin edən hansısa təbii xüsusiyyət yoxdur.

Olqrenə yazdığı məktublarda isə o, tipik qadın təbiətindən çıxış edir, sevdiyi kişiyə gözəl görünmək, onu seksual cəzbetmə istəyi duyulur və onun ifadələrində Sartra münasibətdə klassik qadın məkri var: “Səhər qəzetlərində bizim haqqımızda böyük məqalə çıxıb. Çoxlu fotolarımız yayımlanlb. Amma mən çox eybəcər düşmüşəm, ona görə sənə qəzetləri göndərmirəm. Sartrın karikaturası isə ola bilsin, səni əyləndirsin”.

“Bu gün axşam özümü çox bədbəxt hiss edirəm. İcazə ver, bir az ağlayım. Sənin köksünə sığınıb ağlamaq gözəl olardı. Ancaq mən elə ona görə ağlayıram ki, köksündə ağlamaq imkanım yoxdur.

Sənin üçün darıxıram, səni sevirəm. Mən sənin arvadınam, sənsə ərim. Sənin bataqlığında adam özünü təhlükəsizlikdə hiss edir. Mən sənə nümunəvi arvad kimi sadiq qalacağam, çünki sənə fiziki xəyanət edə bilmirəm. Bilirəm ki, dünyada rahatlıq və xoşbəxtlik var, bunun üçün sənin ağuşunda olmaq lazımdır, sevgilim”.

Bovuar bütün məktublarının sonunda “sənin Simonan” yazırdı. Və bununla da o, itaətkar qadın tək, mənən sanki özünü sevdiyi kişinin mülkiyyəti hesab edirdi. Az qala bir kölə tək bütün qəlbini ona təslim edən və qarşılığında nəsə istəməyən Bovuarın təcrübəsi bir daha təsdiqləyir ki, intellektuallıq, müstəqillik qadını özündən qopara bilmir, o hansısa məqamda təbiətiylə hesablaşır.

Bovuarın Olqrenlə birlikdə olmamasının əsas səbəblərindən biri, özünü - Sartrın yeganə dostu, onun müvazinətini saxlayan adam kimi görməsiydi. Ona dəstək olduğu, özünü tapmaqda kömək etdiyi üçün Bovuar Sartra özünü borclu sayırdı. Bununla da Bovuar “qız uşaqlarını qadına biz döndəririk, ona qadın olmanın ağırlığını, məsuliyyətlərini yükləyirik” ittiham-fikrini özəl həyatında reallaşdırır. O, bir kişiyə özünü borclu sayaraq, özünü qadın qayğıkeşliyi, qadın mərhəməti, eyni zamanda sanki balasını ata bilməyən ana öhdəliyindən və məsuliyyətindən azad edə bilmir.

...Feminizm maraqlı hərəkatdır. Ümumiyyətlə, qadınların olduğu yer həmişə maraqlıdır və mən qadınların emosional dünyasını kişilərdən daha cəzbedici hesab edirəm. Amma başqa şeylər kimi feminizm də ifrata varılanda eybəcərləşir. Misalçün, kişi cinsini təhqir və linçləmək, onlarla razılaşmayanları normal polemikaya dəvət etmək əvəzinə, aqressiyaya təhrik, doğru seçilməyən intonasiya ilə bir qism feminist, qadınlara təhqiramiz münasibət bəsləyən kişilərin səviyyəsinə adekvat davranır. Üstəlik, bəzi qadınların özünü kişi ədası və manerasıyla ifadə etməsində, bəlkə özləri də fərq etmədən qadınlığı aşağılamaq var.

...Yəhudilərin gözəl bir misalı var, təxmini belədir: Kişi tanrıya, onu kişi yaratdığı üçün təşəkkür edir. Qadının isə tanrıya təşəkkürü yaradıcıdır: Çox sağ ol ki, məni istədiyin kimi yaratdın.

REKLAM

Yazarın digər yazıları

Xəbər lenti

İnsanlar məşhur sənət əsərlərini evlərində belə canlandırdılar - Fotolar
19:50 31 Mart 2020
Məscid odunu - Mehriban Vəzirin yeni hekayəsi
18:27 31 Mart 2020
Tanınmış xanımlarımızdan "Evdə qal" kampaniyasına çörək hədiyyəsi - Fotolar
17:11 31 Mart 2020
Azərbaycanda anadan olmuş tanınmış yazıçı dünyasını dəyişdi
16:02 31 Mart 2020
Sevgilisinə görə 20 otaqlı ev tikdi, özündən 35 yaş cavan qızla evləndi, pula görə Üzeyir Hacıbəyova əsəbiləşdi - Cabbar Qaryağdıoğlundan maraqlı faktlar
15:19 31 Mart 2020
Ötən gecə Van Qoqun məşhur əsərini oğurladılar
14:32 31 Mart 2020
Ceyms Bond filminə 100 minlik zərbə
13:45 31 Mart 2020
Qohumların bizə gəlməyinə qəti qadağa qoymuşam – Yazıçılarımız karantin günlərini necə yaşayır? - Sorğu
12:30 31 Mart 2020
Facebookda “zibil atan”ların təhlükəli səhvi
11:50 31 Mart 2020
Dahi şairimizdən Günün Şeiri
11:15 31 Mart 2020
Azərbaycanlı qarmon ifaçısı vəfat etdi
10:31 31 Mart 2020
"Santa Barbara" serialının ulduzu dünyasını dəyişdi
10:17 31 Mart 2020
Milli Konservatoriya Koronovirusla Mübarizəyə Dəstək Fonduna ianə etdi
09:28 31 Mart 2020
Yuxu dərmanı - İsi Məlikzadənin hekayəsi
09:00 31 Mart 2020
Habil Əliyevin koronavirusa yoluxan qızı danışdı: “Qorxuram” - Foto
23:02 30 Mart 2020
Milli Kitabxanadan oxuculara daha bir virtual xidmət
20:02 30 Mart 2020
Komediya ustası koronavirusdan vəfat etdi
17:01 30 Mart 2020
Tanınmış rejissor dünyasını dəyişdi
16:38 30 Mart 2020
Koronavirus dünyanı necə dəyişəcək: ağlagəlməz ehtimallar
15:59 30 Mart 2020
Teatrdan evdə qalan tamaşaçılara jest - Repertuar
14:56 30 Mart 2020