writer1

Ayxan Ayvaz

Məqalə sayı

444
clock11:59 calendar-gray 16 Mart 2019 view-gray3555 dəfə oxunub
view-gray3555 dəfə oxunub

Damlanın izdiham videosunda gözdən qaçanlar

O günləri sevimli xalqımız çox vacib və mühüm bir məsələ üstündə qırğına çıxmışdı. Söhbət nə söhbət! Sən demə, müğənni Damla Sədərəkdə maşına minəndə fanatları onu dörd tərəfdən əhatəyə alıb.

Çoxları o fanatları tənqid etdi, lağa qoydu, şəkil paylaşıb güldü. Bəziləri də Damlanın bunu qəsdən etdiyini dedi və s.

Dedilər, görürsünüz də, bizim camaat hələ də Damlanın yanındadır, bayağılığı seçir.

Dedilər, bu xalq düzələn deyil, müğənninin böyür-başına doluşub elə ağlaşırlar ki, deyərsən, yüz ildir onu görmürlər.

Ən çox da gülüş hədəfinə çevrilən maşın şüşəsinin arxasından məsumca baxan həmyerlimiz oldu. Kimləri ona şeir həsr etdi, kimləri öz mükəmməl yumor hissini ortaya qoydu.

Amma mənə bir məsələ qaranlıq qaldı. Qaranlıq qaldı deyəndə ki... Axı bir müğənninin sevilməsindən və izdihamla üz-üzə gəlməsindən təbii nə ola bilər? Burda qeyri-adi nə var?

Hə... Biri sözümü kəsəcək. O qızı gördün? Göz yaşları tökürdü Damla üçün. Dama-dama göl yaradırdı göz yaşlarından. Mən də qayıdıb deyirəm: hə, nolsun? Yox, belə çox sakit çıxdı: NOLSUN AXI?

На данном изображении может находиться: один или несколько человек, телефон, селфи и часть тела крупным планом

O fanatdır, Damlanı çox sevir, onunla şəkil çəkdirmək istədi. Damla da çox sağ olsun, ürəyi dözmədi, yanına buraxdı, birtəhər maşının qapısını açıb qızı qucağında otuzdurdu və özü selfi eləyib könlünü aldı.

Bütün bu mənzərələr təbii və gözəl idi. İkrah doğuracaq bir şey görmədim mən. Camaata üstdən aşağı baxmaq, onu barmağına dolamaq nə deməkdir axı? İnsanlar bir müğənniyə olan sevgilərini göstərməsinlər? Sizə nə olub? Bu Damlanın və fanatlarının məsələsidir. Siz bir-iki kitab oxuyub ora yığışanları savadsız və bayağı adlandırırsınız. Elə bilirsiniz, bununla çox ağıllı göründünüz? Ayıbdı vallah. Açın, hörmətli Youtube-uvə izləyin. Dünyaca məşhur müğənnilərin ətrafında necə izdihamlar yaranır. Sizə qalsa, biz geridə qalmışıq buna görə. Xeyr. Əsla. Dünyada fanatlıq deyə bir anlayış var və bu normal qarşılanır.

Üstəlik... Onu da deyim, yazıma son qoyuram. Damla nə yüksək, nə zəif müğənnidir. Öz çapında yaxşı bir müğənnidir, səsində kədərli notlar var və bu notlar bizim xalqın sarı siminə toxunub. Onu gerçəkdən sevirlər. Damlanın kasıblara, imkansız adamlara köməyini də eşitmişəm. Görünür, səsinə vurğun olanlar, bir tərəfdən də onun insanlığına aşiq olublar. Maşında da gördüm: sadə qiyafədə idi və izdihama təbəssüm göndərirdi.

Yəni əziz və hörmətli qardaş-bacılar, fanatlıq heç vaxt qüsur deyil, səydərəşlik deyil. Sevgini bildirmək üçün bəzən bu cür çılğınlıqlara qol qoymalısan. Onsuz sevgi həmişə kənardan bayağı görünür. Amma sən o sevginin içində olanda bu bayağılığı hiss etmirsən və o zaman sevgi sənə müdhiş bir hiss kimi gəlir.

Ona görə də xahiş edirəm, heç kimin sevgisinə öz mükəmməl yumorumuzla müdaxilə etməyək. Sayğılarla.

REKLAM

Yazarın digər yazıları

Xəbər lenti

Türk aktrisası vəfat etdi
18:30 13 Avqust 2020
Azərbaycanda əcnəbi serialların yayımı bərpa olundu
17:57 13 Avqust 2020
Məşhur rejissorların ürəyində qalan 5 film - Çəkmək istəyirdilər, alınmadı...
17:02 13 Avqust 2020
"Avatar-2" filminin çəkiliş meydançasından fotolar
16:28 13 Avqust 2020
Xalq rəssamı vəfat etdi
15:09 13 Avqust 2020
Nazirlikdən gedənlər və gələnlər – Sərdar Amin yazır...
14:11 13 Avqust 2020
Mədəniyyət Nazirliyinin aparat rəhbəri vəzifəsindən azad olundu
13:24 13 Avqust 2020
Mahnılarını Niyaməddin Musayev oğurladı, rayonu işğal olunanda beyninə qan sızıb öldü – Bu gözəl musiqilərin müəllifini siz də tanıyın
13:19 13 Avqust 2020
Mühacirətdə olan yazıçı vəfat etdi
12:34 13 Avqust 2020
Sərdarın atası və əlləri
11:52 13 Avqust 2020
Bizə əl atan qoca müəllim
11:07 13 Avqust 2020
Britaniyalı jurnalistin Xocalıdan yazdığı ssenariyə film çəkildi
10:43 13 Avqust 2020
"Qarabağ hekayələri" özbək dilində nəşr olundu
10:04 13 Avqust 2020
Stalin Rəsulzadəni bu yolla qaçırdı, Səməd Vurğun yaralıları apardı – Ayxan Ayvazın reportajı
09:00 13 Avqust 2020
Türkiyəli şair vəfat etdi
18:30 12 Avqust 2020
Məhəllə futbolu - Hekayə
17:58 12 Avqust 2020
Özündən 25 yaş kiçik qadınla evləndi, yoldaşının ikinci əri bütün şəkillərini yandırdı, məzarı hələ də bilinmir – Nəsibə Zeynalovanın atasının dramatik həyatı
17:04 12 Avqust 2020
Məşhur "20th Century Fox" fəaliyyətini sona çatdırır
16:14 12 Avqust 2020
İtaliyada vəfat edən müğənnimizin nəşi vətənə gətiriləcək? - Açıqlama
15:30 12 Avqust 2020
Səfər Alışarlının "İşıq" hekayəsi
14:42 12 Avqust 2020