Kamal Abdullanın pyesinə hazırlanan tamaşa qalib olub

Kamal Abdullanın pyesinə hazırlanan tamaşa qalib olub
11 mart 2019
# 14:04

Martın 10-da Azərbaycan Teatr Xadimləri İttifaqında “Boş məkanın dolğunluğu-2” eksperimental tamaşalar festivalının qalibi müəyyən olunub. Akademik Milli Dram Teatrının mətbuat xidmətindən verilən məlumata görə, festivalın qalibi yazıçı Kamal Abdullanın “Bir, iki – bizimki!” pyesi əsasında hazırlanan eyniadlı tamaşa olub.

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının Abbas Mirzə Şərifzadə səhnəsində gənc rejissor Əlif Cahangirlinin quruluşunda hazırlanan tamaşanın rəssamı Əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu, işıq rejissoru Rafael Həsənov, səs rejissoru Şahanə Səlimova, rejissor assistenti Nərmin Camalovadır.

Tamaşanın bədii rəhbəri Akademik Milli Dram Teatrının bədii rəhbər-direktoru, Xalq artisti Azər Paşa Nemətovdur. Rollarda Əməkdar artist Ayşad Məmmədov, aktyorlar İlahə Həsənova, Ziya Ağa, Xədicə Novruzlu və Canəli Canəliyev çıxış edir.

Mükafatlandırma mərasimində tamaşada iştirak edən aktyorlar səhnəyə dəvət olunub, onlara Xalq artistləri Hacı İsmayılov və Ramiz Fətəliyev tərəfindən xüsusi diplom və pul mükafatı təqdim olunub.

Oyun qəhrəmanın əbədi rahatlıq tapmaq arzusunu təcəssüm etdirir.

Səhnə əsəri iki fərqli dünya insanının söhbəti, bir-birinə təmassız toxunuşları, ehtirası, sevgisi, peşmanlığı, əsəbi, mübahisəsi, yenə də qovuşmaq arzuları üzərində qurulub. Onların dialoqu kişinin xarakteri, kimliyi haqqında geniş düşüncələr yaradır. Bu iki nəfər bir-birini eşitmək istəyir, amma eşitmir, görmək istəyir, amma görmür, duymaq istəyir, amma duymur. Bütün ömürlərini öz ağuşuna alan faciə də məhz budur: bir-birini sevən, bir-birinə can atan insanların bir-birinin dünyalarındakı ayrılıq. Elə birinin ölü, o birinin diri olması da simvolikdir.

Müəllif Kamal Abdulla pyesi 5 şəkildən ibarət, bir-birini anlamaq istəyən və anlamayan, tapmaq istəyən və tapmayan iki nəfərin duyumlar dramı kimi təqdim edir.

Qeyd edək ki, “Bir, iki – bizimki!” tamaşası martın 9-da festival çərçivəsində Akademik Milli Dram Teatrında nümayiş olunub. Sonra teatrşünaslardan, mədəniyyət yazarlarından ibarət ekspert qrupunun və tamaşanın yaradıcı heyətinin iştirakı ilə müzakirə keçirilib, səhnə əsəri son illərin ən uğurlu mədəniyyət faktlarından biri kimi dəyərləndirilib.

Azərbaycan Teatr Xadimləri İttifaqının Mədəniyyət Nazirliyi ilə birlikdə təşkil etdiyi festival mərhum rejissor Vaqif İbrahimoğlunun xatirəsinə həsr olunub. Festivalda 9 gün ərzində ölkəmizin 7 müxtəlif dövlət, bələdiyyə, müstəqil teatrı, həmçinin ADMİU-nun müəllim-tələbə heyəti və bir Gürcüstan teatrı tərəfindən ümumilikdə 18 tamaşa təqdim olunub.

# 3105 dəfə oxunub

Oxşar xəbərlər

Məşhur rejissorun filmi Almaniyada qadağan olundu

Məşhur rejissorun filmi Almaniyada qadağan olundu

16:30 16 iyun 2026
"Kişilər nə danışır?"  filminin aktrisası vəfat etdi

"Kişilər nə danışır?" filminin aktrisası vəfat etdi

15:30 16 iyun 2026
“Mənim evim” film layihəsi  beynəlxalq proqramda iştirak etdi

“Mənim evim” film layihəsi beynəlxalq proqramda iştirak etdi

12:40 16 iyun 2026
Kevin Speysidən "Oskar" açıqlaması: "Mükafatın siyasiləşməsi fikri ilə razı deyiləm"

Kevin Speysidən "Oskar" açıqlaması: "Mükafatın siyasiləşməsi fikri ilə razı deyiləm"

12:00 16 iyun 2026
Rassel Krou "Qladiator 2"dən danışdı: "Hekayənin əxlaqi mərkəzini darmadağın ediblər"

Rassel Krou "Qladiator 2"dən danışdı: "Hekayənin əxlaqi mərkəzini darmadağın ediblər"

11:20 16 iyun 2026
Real hadisələr əsasında çəkilmiş 10 film - Siyahı

Real hadisələr əsasında çəkilmiş 10 film - Siyahı

14:00 15 iyun 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər