“Boş məkanın dolğunluğu” - teatr festivalı öz işinə başladı

<span style="color:red;">“Boş məkanın dolğunluğu”  - teatr festivalı öz işinə başladı
1 mart 2019
# 15:14

Vaqif İbrahimoğlunun xatirəsinə həsr olunmuş “Boş məkanın dolğunluğu” eksperimental teatr festivalı bu gün öz işinə başladı.

Kulis.az-ın verdiyi xəbərə görə, festivalın açılışı Yuğ Teatrında baş tutub. Tədbiri giriş sözü ilə teatrın direktoru İslam Həsənov açaraq festival münasibətilə hər kəsi təbrik etdi.

Teatr Xadimləri İttifaqının sədri Azər Paşa Nemət çıxış edərək qonaqları salamladı, teatrla bağlı arzularını dilə gətirdi, dövlətin gənclərə diqqətindən danışdı: “Mən indi prezidentimizlə görüşdən çıxıb bura gəlmişəm. Dövlət teatra diqqəti artırır, teatrın inkişafına dəstək olacaq”.

Həmçinin sədr teatr festivalın eksperiment etməyə həvəsli gənclərə təkan ola biləcəyini qeyd etdi.

Teatrın baş rejissoru Mehriban Ələkbərzadə festivaldakı işlərin festivalın adını doğrultmasını arzuladı “Qoy boş məkanı tamaşalar doldursun”.

Açılışdan sonra A.B.Kasaresin “Qəbir qazma üsulu” əsəri əsasında Gümrah Ömərin quruluş verdiyi tamaşa təqdim olundu.

Xatırladaq ki, “Boş məkanın dolğunluğu” 2-ci Eksperimental tamaşalar festivalı 1-9 mart 2019-cu il tarixlərində keçirilir…

Azərbaycan Teatr Xadimləri İttifaqının Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi ilə birlikdə təşkil etdiyi festival mərhum rejissor Vaqif İbrahimoğlunun xatirəsinə həsr olunub. Festivalda 9 gün ərzində ölkəmizin 7 müxtəlif dövlət, bələdiyyə, müstəqil teatrı, həmçinin ADMİU-nun müəllim-tələbə heyəti və bir Gürcüstan teatrı tərəfindən ümumilikdə 18 tamaşa təqdim olunacaq. Festival iştirakçılarının mükafatlandırma mərasimi martın 10-da Milli Teatr Günü Azərbaycan Teatr Xadimləri İttifaqında baş tutacaq.

# 3745 dəfə oxunub

Oxşar xəbərlər

"O, təkcə metal açarı yox, öz mənəvi açarını da itiribmiş” - Hekayə müzakirəsi

"O, təkcə metal açarı yox, öz mənəvi açarını da itiribmiş” - Hekayə müzakirəsi

12:46 4 noyabr 2026
Onlar çox yaşamadılar, amma ədəbiyyatı dəyişdilər – Gənc yaşda vəfat edən 10 şair

Onlar çox yaşamadılar, amma ədəbiyyatı dəyişdilər – Gənc yaşda vəfat edən 10 şair

15:00 3 noyabr 2026
Fiksiya həyatda qalma forması kimi - Silvia Goteanschi

Fiksiya həyatda qalma forması kimi - Silvia Goteanschi

11:00 3 noyabr 2026
Riyazi mənzərələr - Vüqar Vanın yeni hekayəsi

Riyazi mənzərələr - Vüqar Vanın yeni hekayəsi

10:00 3 noyabr 2026
"Arxada qalan onilliklər artıq sənin deyil..." - Məşhur "Time" necə yarandı?

"Arxada qalan onilliklər artıq sənin deyil..." - Məşhur "Time" necə yarandı?

13:00 1 noyabr 2026
Darıxdırıcı axşamlarda purosunu tüstülədən taxta adamlar -  Tadeuş Makovskiyin məşhur əsəri

Darıxdırıcı axşamlarda purosunu tüstülədən taxta adamlar - Tadeuş Makovskiyin məşhur əsəri

12:00 1 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər