Bu cür yaşasanız planetimizi xilas edərsiniz - 10 qayda

Bu cür yaşasanız planetimizi xilas edərsiniz - <span style="color:red;">10 qayda
25 fevral 2019
# 14:36

Qlobal iqlim dəyişikliyi planetimizin yaxın gələcəyinin təhlükə altına qoyub. Bu gedişlə nələr ola bilər, az-çox təsəvvür yaranıb. Bu gün planetin hər sakininin çiyninə məsuliyyət düşür. İş ondadır ki, dünyanı filmlərdəki kimi hansısa superqəhrəman yox, biz xilas etməliyik.

“Biz nə edə bilərik?” deyirsinizsə...

1. Lampaları dəyişdirin

Gözəl, böyük bir çılçıraq aldınızmı? Onu effektiv elektrik lampaları ilə işlədin. Bunun üçün xüsusi axtarış lazım deyil. "Led işıqlar" dediyimiz diod lampaları 90 faiz daha az elektrik sərf edir.

2. Paltarları zivədən asın

Paltarları paltarqurudan maşında deyil, asaraq qurudun. Bizim kimi günəşli ölkələr üçün bu problem deyil. Bəlkə hətta paltarqurutma maşını problemdir, nəinki zivə...

3. Mümkün olanları təkrar emala verin

Təkrar emal bütün dünyada minlərlə adam üçün normal davranışa çevrilib. Bu da planeti qurtarmağın yollarından biridir. Təəssüf ki, hələ bu azdır.

4. Paltarları soyuq suyla yuyun.

Beləliklə siz su isidici istifadə etməyəcək və deməli, qaz buxarının yaranmasının qarşısını alacaqsınız.

5. Hibrid avtomobildən istifadə edə bilərsiz.

Avtomobildən tamamən imtina edənədək elektriklə işləyən Hibrid avtomobillərdən yararlanın. Amma yenə də düşünün. Çünki, avtomoibilə lazım olan elektrik çirkli qaz yanacaqlarından alınır.

6. Vegeterian pəhrizi ilə qidalanın

Mal əti istehsalı dünya miqyasında tropik meşələrin qırılmasına ən böyük səbəblərindən biridir. İkinci yerdə soya istehsalı gəlir. Soya heyvanları yemləmək üçün istehsal olunur. Ətlə qidalanarkən ayrılan karbon vegetarian qidalanmasına nisbətən iki dəfədən çoxdur.

7. Yaşıl enerji alın

Yenilənən enerji son zamanlarda populyarlaşdı, lakin hələ də kömür kimi qazıntı yanacaqlardan asılıyıq. Almaniya kimi ölkələrdə öz enerji təminatçınızı özünüz seçə bilərsiniz. Bəziləri yenilənə bilən enerjilərdən istifadəni seçir.

8. Atlantik üzərindən bir uçuşunuzu ləğv edə bilərsiniz

İqlim dəyişikliyinə qarşı mübarizədə hava nəqliyyatı böyük bir problemdir. Siyasətçilər uçuşların iqlimə təsirini azaltmaq yollarını axtarırlar. Siz nə edə bilərsiz? Birr təyyarə bileti almadan əvvəl iki dəfə düşünməyə başlaya bilərsiniz. Xüsusilə Trans-Atlantik uçuşlarını.

9. Avtomobildən imtina edin

Avtomobildən tamamən imtina nəinki planeti xilas etməkdir, həm də sizin özünüzə faydalıdır. Məsələn, velosipedlə siz formada qalmış olacaqsınız.

10. Dünyaya çox uşaq gətirməyin

Araşdırmalara görə, sənaye ölkələrindəki hər doğum sayı istehlakçı sayını artırmaq deməkdir və planetə edilən ən böyük pislikdir. Doğulacaq uşaq sayının birini ixtisara salmaqla yuxarıdakı 9 qaydaya riayət etsəniz uşaqlarınız daha gözəl bir dünyada yaşayar.

# 5434 dəfə oxunub

Oxşar xəbərlər

Kişilərin kölgəsində qalmış qadın rəssam:  Vilhelmina Barns-Qremin böyük sərgisi açıldı

Kişilərin kölgəsində qalmış qadın rəssam: Vilhelmina Barns-Qremin böyük sərgisi açıldı

18:43 3 noyabr 2026
Mumiyaların üzərinə yerləşdirilən Fəyyum portretləri nümayiş olunur

Mumiyaların üzərinə yerləşdirilən Fəyyum portretləri nümayiş olunur

18:04 3 noyabr 2026
Əbu-Dabidə ilk böyük incəsənət hərracı rekordla başa çatdı

Əbu-Dabidə ilk böyük incəsənət hərracı rekordla başa çatdı

17:43 3 noyabr 2026
Məşhur yazıçı illərdir gizli saxladığı sirri açdı:  Başqa adla roman yazıbmış

Məşhur yazıçı illərdir gizli saxladığı sirri açdı: Başqa adla roman yazıbmış

17:26 3 noyabr 2026
Ancelina Coli və Bred Pittin qızı  atasının soyadından imtina etdi

Ancelina Coli və Bred Pittin qızı atasının soyadından imtina etdi

16:57 3 noyabr 2026
Dilçilər heyəti 2026-cı ilin sözünü seçdi - "Mogging" nə deməkdir?

Dilçilər heyəti 2026-cı ilin sözünü seçdi - "Mogging" nə deməkdir?

16:40 3 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər