Musa Yaquba anonim şeir yazıldı

Musa Yaquba anonim şeir yazıldı
31 iyul 2018
# 17:37

Salam! Kulis.az saytında şair Musa Yaqub haqqında yazını oxudum. Şairin halı mənə çox təsir etdi. Özümdən asılı olmadan belə bir cızma-qara alındı. İşdir, birdən saytda yerləşdirmək mərtəbəsinə çata bilsəm, adım anonim olsun. Allah şairə uzun ömür, qüvvət versin.

Bu elə həmin xalçadı,

Çiçəkləri balacadı,

Həyat meyxoş bir alçadı,

Darıxma, dünya düzələr,

Darıxma, dünya, düzələr...

Leysan yağıb, sel aparıb,

Dağlarda fəryad qoparıb,

Ömrü yarpaq-yarpaq aparıb,

Darıxma, dünya düzələr,

Darıxma, dünya, düzələr...

Səninki qoy səndə qalsın

Bir ev bir ocağa sığmasın,

Şair səsi hey ucalsın,

Darıxma, dünya düzələr,

Darıxma, dünya, düzələr.

Yayla qış yanakı oturub,

Baharın göyü sovrulub,

Payız xəzanın yoğurub,

Darıxma, dünya düzələr,

Darıxma, dünya, düzələr...

Bir var baxarsan sən qəmli,

Hərdənbir gözlərin nəmli,

Baxış da var ki ölümlü,

Darıxma, dünya düzələr,

Darıxma, dünya, düzələr..

Üç il, beş il ötmüş oldu,

Kiçiklər böyümüş oldu,

Şair ömrü tez qocaldı,

Darıxma, dünya düzələr,

Darıxma, dünya, düzələr...

# 2454 dəfə oxunub

Oxşar xəbərlər

Aktyor Aslan Fətullayev vəfat etdi

Aktyor Aslan Fətullayev vəfat etdi

15:39 10 noyabr 2026
Qadınlara qarşı cinsi zorakılıqda təqsirləndirilən aktyorun cəzası açıqlandı

Qadınlara qarşı cinsi zorakılıqda təqsirləndirilən aktyorun cəzası açıqlandı

15:27 10 noyabr 2026
"Booker" ədəbiyyat mükafatının qalibi bəlli oldu

"Booker" ədəbiyyat mükafatının qalibi bəlli oldu

14:48 10 noyabr 2026
Tanınmış aktyor "Ceyms Bond" roluna namizəd göstərildi

Tanınmış aktyor "Ceyms Bond" roluna namizəd göstərildi

13:30 10 noyabr 2026
“Alatoranlıq” filminin  serialı çəkiləcək

“Alatoranlıq” filminin serialı çəkiləcək

11:47 10 noyabr 2026
Məşhur aktrisa vəfat etdi

Məşhur aktrisa vəfat etdi

10:44 10 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər