Qazaxda səyyar sərgi keçiriləcək

Qazaxda səyyar sərgi keçiriləcək
27 iyul 2018
# 15:27

İyulun 30-da “YARAT” Müasir İncəsənət Məkanı və Azərbaycan Dövlət Rəsm Qalereyasının birgə təşkilatçılığı məşhur italyan rəssamı Mikelancelo Pistolleto və perspektivli yerli rəssamların əsərlərindən ibarət “Yenə o bağ olaydı” səyyar sərgi açılacaq.

Qazax Dövlət Rəsm Qalereyasında təşkil ediləcək sərgi Mikelancelo Pistoletto tərəfindən ərsəyə gətirilmiş “Üçüncü cənnət” (“Third Paradise”) nəzəriyyəsini müzakirə etməklə, “CITTADELLARTE Fondazione Pistoletto” Fondunun (Biella, İtaliya) bədii rəhbəri Paolo Naldini tərəfindən keçirilmiş ustad dərsin nəticəsidir.

“Üçüncü cənnət” nəzəriyyəsi, müasir dünyamızın hər bir yerində mövcud olan təbiilik və sünilik kimi iki qütb arasındakı ziddiyyəti aradan götürməyə, texnologiyalar və təbiət arasında özəl mühitə görə məsuliyyət daşıyan yeni insanlığın yaradılmasına çalışır.

Sərgi, Mikelancelo Pistolettonun məşhur labirint instalyasiyası ilə başlayır. Bu labirint, ziyarətçiləri labirintin içindən keçirərək, onların öz daxili “mənini”, kimliyini axtarmasına vadar edir. Labirintin forması uzunmüddətli araşdırma və “fərdi səyahət” üçün metafora kimi istifadə edilib. Bu səyahət, ziyarətçini “Üçüncü cənnət” simvolunun üzərinə gətirib çıxarır. Həmin simvol “Qazax qatlaması” şirniyyatından hazırlanıb. Sözügedən simvol, üç halqadan ibarət olan riyazi sonsuzluq işarəsinin yenidən mənalandırılmış formasını ifadə edir. İki qarşı halqalar təbiiliyi və süniliyi vurğulayır, orta halqa isə harmoniya üzərində qurulan yeni insanlığın generativ ana bətnini təmsil edir.

Rəssam Etibar İsmayılov, bu sərgi üçün “arzular quyusu” yaradıb və onun istifadəsinə dair “şifrələnmiş” dildə təlimat təqdim edib. Mətnin üsulu insan beyninin möhtəşəm qüdrətinə istinad edir və rəssamın “mümkün olmayan heç nə yoxdur” inancını ifadə edir.

Günay Əliyevanın əsəri, İosif Brodskinin məşhur “bizim məhsullar, bizim etiraflardan deyil, daha çox özümüzdən bəhs edir” kəlamından ilhamlanan qəbz formasında rəssamın həyatına nəzər salır.

Mousa Bəyzadə, “Üçüncü cənnət” ideyasına yanaşmaq üçün hamının bacardığı kağız kəsimi üsulundan istifadə edir. Onun əsəri, sağlamlıq texnologiyalarının bizim ayrılmaz hissəmizə çevrilməsini əks etdirməklə, insan və texnologiyalar, təbiət və sünilik arasında harmonik münasibətlərin mümkünlüyü sübuta yetirir.

Nəzrin Məmmədovanın aktual, fənlərarası və sinxron əsəri, texnologiyalar, dizayn və təbiətin kəsişməsində yerləşir. İlkin olaraq yazılmış səslər öz orijinal mühitlərinə qoyulub və dağlarda əks-səda və rezonasiya verməklə, çoxlaylı teksturalar, ritmlər və tezliklərə malik dolğun səs təəssüratlarını yenidən yaradır.

Vüsalə Ağarazıyevanın əsərinin başlıca məqsədi, yüksək texnologiyaların imkanlarına rəğmən, harmoniya və məqsədyönlü əlaqənin vacibliyini vurğulamaqdır. Belə ki, yüksək texnologiyalar bir tərəfdən həyatımızı asanlaşdırsa da, biz, təbiətin bizə bəxş etdiklərinə də biganə qalmamalıyıq. Rəssamın tərəzinin bir gözünə kiçik elektron cihazları, digər gözünə isə qum tökməklə öz “balansını” və bu konsepsiyanı vizuallaşdırır.

Leyli Qafarovanın “Qılman” (farsca yaraşıqlı, gənc, saqqalsız cənnət kişiləri) multimedia layihəsi, hər il Qazaxda böyük təntənə ilə qeyd edilən Novruz ənənələrini, kişilərin qadın paltarı geyinərək, məhsuldarlığı və erkən baharın gəlişini təcəssüm edən bayramı qeyd etmələrini əks etdirir.

# 1849 dəfə oxunub

Oxşar xəbərlər

Vera Vasilyevnanın budlarını unuda bilməyən gənc - Ulucay Akif

Vera Vasilyevnanın budlarını unuda bilməyən gənc - Ulucay Akif

12:00 29 aprel 2026
Fəridə xanımın şeirləri İsmayıl YK estetikasındadır

Fəridə xanımın şeirləri İsmayıl YK estetikasındadır

12:00 27 aprel 2026
Füzuli sözü – ən uca poeziya göy üzü - Vaqif Bayatlı Odər

Füzuli sözü – ən uca poeziya göy üzü - Vaqif Bayatlı Odər

10:49 27 aprel 2026
Kimsəsiz adada 28 il... - Orijinal adı 25 sözdən ibarət olan "Robinzon Kruzo" haqqında maraqlı faktlar

Kimsəsiz adada 28 il... - Orijinal adı 25 sözdən ibarət olan "Robinzon Kruzo" haqqında maraqlı faktlar

16:00 25 aprel 2026
"Bizim xalq kimlərə  çəpik çalmayıb ki?!" - Heydər Əliyev Muxtar Şahanova nə demişdi?

"Bizim xalq kimlərə çəpik çalmayıb ki?!" - Heydər Əliyev Muxtar Şahanova nə demişdi?

12:00 25 aprel 2026
"Həmid Herisçi – Bir nəslin ümidi və qorxaq müəllimi" - Rəvan Cavid

"Həmid Herisçi – Bir nəslin ümidi və qorxaq müəllimi" - Rəvan Cavid

12:00 24 aprel 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər