Bizi lüt görürlər! - Aeroport işçilərinin sərnişinlərdən gizlətdiyi 10 Gerçək

<span style="color:red;">Bizi lüt görürlər!  - Aeroport işçilərinin sərnişinlərdən gizlətdiyi <span style="color:red;">10 Gerçək
25 iyul 2018
# 15:41

Kulis.az hava yolu şirkətlərinin sərnişinlərdən gizlətdiyi 10 gerçəkliyi təqdim edir.

Təyyarə salonundakı gecə işıqları

Bir çox insan təyyarədəki rəngbərəng gecə işıqlarının sərnişinlərin rahat yatması üçün azaldığını zənn edir. Halbuki, bu vəziyyət fövqəladə bir vəziyyətdə gözlərimizin daha yaxşı görməsi və təhlükəni tez hiss etməsi üçündür. Yaxşı görmə nisbətinə sahib olmaq üçün kabinələr zəif şəkildə işıqlandırılır.

Sərt eniş

Uçuşun ən önəmli məqamlarından biri də enmə vaxtı təkərlərin yerə dəymə anıdır. Bəzən hava şəraiti və ya pilotun təcrübəsizliyindən qaynaqlanan kəskin enişlər baş versə də, bəzən də meydançanın yaş və qısa olması pilotun qəsdən sərt eniş etməsinə səbəb olur. Yaş və kifayət qədər uzun olmayan meydançalarda pilot sürtünməni artıraraq təyyarənin daha asan dayanmasını təmin edir.

Məxfi kod

Təyyarədəki oturacaqların alt hissəsində çamadanlarımızın yerləşdiyi depo sahəsi var. Bəzi vaxtlarda bu depolarda tabut ilə birlikdə meyit də aparılır. Təyyarədə meyit olduğu zaman stüardessalar ətrafdakıların başa düşməməsi üçün xüsusi kodlardan istifadə edir. Buna “HR kodu” deyirlər.

Təmizlik

Təyyarəyə ilk dəfə daxil olarkən təmiz, səliqəli salonla rastlaşırıq. Hər tərəfdən gözəl qoxular gəlsə də təmizliklə bağlı bilmədiyimiz incə məqamlar vardır. Belə ki, təyyarədə olan tualetlər çoxlu və müxtəlif adamlar tərəfindən istifadə olunur. Dalbadal baş verən uçuşlar arasında təmizliyə vaxt qalmadığından kreslo başlıqlarının və servis podnoslarının təmizliyi səthi olaraq yerinə yetirilir.

Kiçik qəzalar

Uçuş vaxtı təbii ki, təhlükəsizliyə səbəb olacaq səhlənkarlığın olması mümkün deyil. Lakin təyyarə uçuşa hazırlaşarkən nəzarət proqramı inanılmaz dərəcədə qarışıq olur. Bəzən gecikmələr baş verməsin deyə xırda qəzalar sonradan həll edilməsi üçün təxirə salınır. Ancaq bu vaxta qədər baş verən təyyarə qəzaları da məhz təxirə salınmış xırda təmirlər ucbatından baş verir.

Baqaj

Baqaja qəbul olunan çantalara, çamadanlara nəzarət qanuni olduğu üçün onları kilidləməyinizə ehtiyac yoxdur. Kilidlər hətta balaca bir qələm vasitəsi ilə də asanlıqla açıla bilir. Bu səbəbdən hava yolu işçiləri çantalarınızı kilidləməməyi məsləhət görür. Əks halda onlar açılarkən xəsarət görə bilərlər.

Telefon

Açıq mobil telefonları uçuş əsnasında heç bir zaman qəzaya səbəb olmaz. Bu fərziyə böyük bir əfsanədir. Lakin açıq qalan telefonlar radio siqnallarının qarışmasına və səs-küy yaranmasına səbəb ola bilər. Belə hal baş verdikdə pilotun yerlə əlaqəsi, danışıqları düzgün başa düşülməyə bilər. Buna görə də təyyarə havaya qalxan zaman sərnişinlərə telefonların söndürülməsi tapşırılır. Ancaq təyyarədəki işçilər özləri bu qaydanı tez-tez pozurlar.

Yatan pilotlar

Image result for yatan pilot

Pilotlar güman etdiyimizdən daha çox yatırlar. Buna görə, qorxmağa gərək yoxdur. Çünki avtopilot dərhal nəzarəti təhvil alır. Ya da ehtiyat pilot uçuşa nəzarət edir. Lakin iki pilotun eyni anda yuxuladığı da tez-tez qeyd olunur.

Yemək masaları

Təyyarə havaya qalxandan az sonra yemək verilərkən qarşınızda yerləşən yemək masasını açıb hazırlayırsınız. Ancaq sərnişinin əl vurması qadağan olunan işlərin başında bu gəlir. Növbəti dəfə bunu etməzdən əvvəl yaxşı-yaxşı düşünün. Çünki körpə uşaqları ilə səyahət edən valideynlər onların pamperslərini bu masaların üstündə dəyişirlər.

Bizi lüt görürlər

Təhlükəsizlik məqsədi ilə hava yollarındakı keçidlərdə yoxlamalar aparılır. Lakin yoxlamaların bizə məlum olmayan xırdalıqlarından demək olar ki, xəbərsizik. Yoxlama zamanı sərnişinlərin üzərindəki şübhəli əşyalarla birlikdə bəzək əşyaları, aksesuarlar, pirsinqlər, cinsi orqanlar, hətta bədəndəki silikonlar rahat şəkildə görünür.

# 3082 dəfə oxunub

Oxşar xəbərlər

Emin Piri bodibildinq üzrə Avrasiya ikincisi oldu - FOTO

Emin Piri bodibildinq üzrə Avrasiya ikincisi oldu - FOTO

18:12 8 noyabr 2026
Qərb cəbhəsində itirilmiş nəsil, Aprel döyüşləri... - Müharibə  mövzusunda yazılmış məşhur romanlar

Qərb cəbhəsində itirilmiş nəsil, Aprel döyüşləri... - Müharibə mövzusunda yazılmış məşhur romanlar

14:00 8 noyabr 2026
Cəsur topçu Vüsal Şahkərimovun məşhur tarixi fotosu - Zəfər müjdəçisi

Cəsur topçu Vüsal Şahkərimovun məşhur tarixi fotosu - Zəfər müjdəçisi

12:32 8 noyabr 2026
Mehriban Əliyevadan Zəfər Günü paylaşımı: "Prezidentimizə, cəsarətli əsgərlərimizə, zabitlərimizə və veteranlarımıza hədsiz dərəcədə minnətdarıq!"

Mehriban Əliyevadan Zəfər Günü paylaşımı: "Prezidentimizə, cəsarətli əsgərlərimizə, zabitlərimizə və veteranlarımıza hədsiz dərəcədə minnətdarıq!"

11:55 8 noyabr 2026
"Xeyli cəsarət etmisən..." - Əsgər Səlami şeirində nəyi tənqid edirdi?

"Xeyli cəsarət etmisən..." - Əsgər Səlami şeirində nəyi tənqid edirdi?

10:37 8 noyabr 2026
Azərbaycanda Zəfər Günü  qeyd olunur

Azərbaycanda Zəfər Günü qeyd olunur

09:42 8 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər