news-inner
clock16:20 calendar-gray 16 İyul 2018 view-gray106 dəfə oxunub
view-gray106 dəfə oxunub

Kitab müqabilində görüşən fahişə

Kulis.az Orxan Saffarinin “Kitab üçün yatan fahişə” hekayəsini təqdim edir.

Gecə klublarının birinin yaxınlığında olan restoranda işləyirdim. Demək olar ki, bu ərazidə hamını tanıyırdım. Əsasən də fahişələri. Çünki gecə yarısından sonra əsas müştərilərim onlar olurdu.

Ümumiyyətlə, saat 12-dən sonra necə adam istəsən tapmaq olur şəhərdə. Evdən qaçıb sevgilisi ilə görüşən yeniyetmə oğlan və qızlardan tutmuş, "işim çoxdu, gələ bilməyəcəm bu gün" - deyib, məşuqu ilə gəzən kişilərə qədər.

Nələr var nələr.....

Fahişələrin çoxu ilə dostlaşmışdım. Hər gün bir ərəblə gəlib, hörmətimi də edirdilər, sağ olsunlar.

Açığı, bir dəfə ingilis dilini bilməyən qız üçün ərəblə qiymət də danışmışdım. Neyləyim? fahişə xahiş eləmişdi, keçə bilmədim!

Amma biri var idi, heç fahişəyə oxşamırdı. Sakit, dinməz-söyləməz adam idi. Danışanda da həddən artıq mehriban danışardı. Digərlərindən fərqli olaraq, bir dəfə də olsun "sən" deməmişdi mənə. "Siz"lə danışardı.

Müştəriləri ilə belə...

Nə o mənim adımı soruşmuşdu, nə də mən onun. Bircə dəfə əlini ehmalca qaldırıb güləndə yanına gedirdim.

Hərdən bir də ətrafda olanlara baxıb deyib-gülürdük də.

Digər fahişələrdən fərqli olaraq heç vaxt onun ağzından söyüş eşitmədim. Elə həmişə tək gəlib oturardı, sifarişlərini verib ətrafa göz gəzdirirdi, telefonu ilə oynayardı.

Arabir də yan masalardan müştərilər qazanırdı, nömrələşirdilər.

Sonrasını görməmişəm, nə yalan deyim...

Həm elə bil onu kimsə balaca uşaq kimi əli ilə bura qoymuşdu ki, gözlə gəlirəm iki dəqiqəyə, amma gəlib çıxmamışdı. Bu da saf-saf gəlməyəni gözləyirdi...

Açığı, son vaxtlar içimdə bir az qısqanclıq yaranmışdı ona qarşı. Kimsə ona söz atanda, nömrə verəndə əsəbiləşirdim. Bəlkə də pulum çox olsaydı, hər dəfə müştərilərin əvəzinə pulu özüm verərdim ki, heç kimlə yatmasın.

İstəyirdim, onunla tək qalıb söhbətləşim. Mənə elə gəlirdi ki, onunla söhbətləşsəm yolundan çəkindirə biləcəm. Lap filmlərdəki kimi hiss edirdim özümü. Guya mən fərqli adamam, fahişə ilə evlənəcəm, çəkindirəcəm onu bu yoldan. Amma nə yalan deyim, mən bacarmaram.

Həm fahişələrə yaxşı bələdəm. Beş-altı dəfə üç-dörd qədəh içmişliyim olub. Adamı təmiz bezdirirlər. Zırıldıyırlar ancaq ki, mən onu sevdim, o mənə xəyanət etdi, daha heç kimi sevə bilmədim. Hamısının da taleyi eyni. Yarı real, yarı uydurma. Amma yox, bu fərqli idi.

Nəhayət ki, sevişməli havaların birində görüşəsi olmuşduq bununla. Daha doğrusu, xahiş etmişdim. Fahişə olsa gəlməzdi, fahişə deyildi o.

Başqa bir məkanda görüşdük. İçki sifariş verib ordan-burdan söhbət etməyə başladıq. Ara-sıra da söz atırdım ki, məlum söhbətləri eləməsin.

Sağ olsun, eləmədi də.

Birdən söhbət əsnasında dayan deyib, çantasından kitab çıxartmışdı. Nazim Hikmətin kitabını. Bir-iki şeir oxudu anidən. Dondum qaldım. Sonra başladı özünü hansı yazıçıların yaratdığı obrazlarda gördüyündən danışmağa. Yavaş-yavaş donum açılırdı. Qəribədi, savadlı qız idi, həm də başa düşürdü içimdən keçənləri. Ailəsindən danışdı, ətrafından, təhsilindən, hər şeydən. O danışa-danışa istəyirdim cibimdən əlli manat çıxardıb verim ki, susmasın. Başa düşürsüz?

Deyirəm ki, bu fahişə deyildi!

Yalan-gerçək nə dedisə hamısına inandım. Bir sözünü də qoymadım boşa gedə.

Dedi ki, Hüqonun bir sözü var, sevmədiyi işdə çalışanların fahişədən fərqi yoxdu. Dedi ki, o, bu, işi sevmir. Dedi ki, fahişədi. Mən də onu inandırmağa çalışırdım ki, elə deyil. Qəribədi, o, həqiqətən fahişə deyildi.

Şeir oxuyurdu.

Mən də özümü tərifləyib gözə soxurdum arada. Kitablardan danışırdım, şeirlərimdən oxuyurdum. O, oxuyanda diqqətlə dodaqlarına baxırdım.

Söhbətimiz elə şirin olmuşdu ki, vaxtın necə keçdiyindən xəbərimiz olmamışdı heç.

Gec idi.

Qalxmalı olduq. Hesabı ödəyib restoranı tərk edəndə, qapının ağzında sağollaşmaq üçün əl uzadıb:

- Mən burdan gedəcəm evə, sağ ollaşaq. - deyə dilləndi.

Sonra qayıtdı ki, kitablarım qurtarıb, oxumağa təzə kitab yoxumdu. Əgər mənimlə yatmaq istəyirsənsə, 10 kitab ver, yataq. Güldü və getdi.

Qəribədi, o, həqiqətən fahişə deyildi.

news-inner-user

12872 məqalə

Paylaş

Oxşar xəbərlər

Xəbər lenti

“O əsəri oxuyan yataq xəstəsi olmalıdır...” – Mətləb Muxtarov yazır
16:27 19 Oktyabr 2019
“YUĞ”da “Lənət” olacaq
15:20 19 Oktyabr 2019
Bakıda məşhur yazarın seminarı keçirilib - Fotolar
14:34 19 Oktyabr 2019
Təşəkkür borcu - Hekayə
13:02 19 Oktyabr 2019
Qadın stendap deyə bilərmi? – Soğru
12:04 19 Oktyabr 2019
Nazim Əhmədlidən yeni şeirlər kitabı
11:19 19 Oktyabr 2019
Vilnüsdə Azərbaycan musiqisi dinlənib
10:22 19 Oktyabr 2019
Ərini terrorla sağaldan qadın
09:00 19 Oktyabr 2019
Məhəmməd peyğəmbərdən həyat dərsi
21:00 18 Oktyabr 2019
Filmimiz beynəlxalq kinofestivalda
18:45 18 Oktyabr 2019
Azərbaycan kinosunun inkişafı ilə bağlı xərclər 6 milyon manat artırılır
18:17 18 Oktyabr 2019
Quşları heç kəs öpmür – Salam Sarvandan tərcümələr
17:46 18 Oktyabr 2019
Günel Natiqin kitabı çıxdı
17:01 18 Oktyabr 2019
Şoka düşən Bakı, diri-diri yanan əsgərlər, 5 dəqiqənin hökmü - Səbuhi Sədəf yazır...
16:16 18 Oktyabr 2019
Performativ meditasiya: Eucenio Barbanın tənqidi – Aydın Talıbzadə yazır...
15:47 18 Oktyabr 2019
“Bir şeir” müsabiqəsinin mükafatlandırma mərasimi - Video
15:14 18 Oktyabr 2019
Azərbaycan teatrının Oyun Babası - Vaqif İbrahimoğlu 70
14:21 18 Oktyabr 2019
Milli azlıqların antologiyası təqdim olunub
13:41 18 Oktyabr 2019
Bir qrup mədəniyyət xadiminə mükafatlar təqdim edilib - Fotolar
13:02 18 Oktyabr 2019
İsi Məlikzadənin hekayələri Kulis-də
12:51 18 Oktyabr 2019