Kannda Azərbaycan mədəniyyəti günləri başlayıb

Kannda Azərbaycan mədəniyyəti günləri başlayıb
16 iyul 2018
# 09:58

Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Fransanın Kann şəhərində Azərbaycan mədəniyyəti günləri başlayıb.

Heydər Əliyev Fondundan APA-ya verilən məlumata görə, mədəniyyət günləri çərçivəsində iyulun 14-də Kanndakı Festivallar və Konqreslər Sarayında Azərbaycanın görkəmli rəssamları Lətif Feyzullayevin və Vəcihə Səmədovanın əsərlərindən ibarət “Məhəbbət tandemi” sərgisinin açılış mərasimi olub.

Sərginin açılışında Kann şəhər merinin müavini Frank Şıkli, Azərbaycanın Birinci vitse-prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov və ölkəmizin Fransadakı səfiri Rəhman Mustafayev çıxış ediblər. F. Şıkli Kannda artıq ənənəvi olaraq keçirilən Azərbaycan mədəniyyəti günlərinin əhəmiyyətindən danışaraq qeyd edib ki, bu layihə hər iki xalqı bir-birinə yaxınlaşdırmaqla yanaşı, mədəniyyət xəzinəmizi, tariximizi dərindən tanımağa imkan yaradır, ikitərəfli münasibətləri daha da zənginləşdirir. A.Ələkbərov belə əlamətdar gündə - 14 iyul Fransanın milli bayramında açılışı keçirilən Azərbaycan mədəniyyəti günlərinin dostluq, qarşılıqlı maraq və hörmətə əsaslanan, müxtəlif sahələri əhatə edən əlaqələrə dayandığını bildirib. Birinci vitse-prezidentin köməkçisi iki ölkə arasında siyasi əlaqələrin yüksək səviyyəsindən, son illər ölkələrimiz arasında mövcud olan bütün münasibətlərin strateji əməkdaşlıq xarakteri daşımasından söz açıb.Eyni zamanda mədəniyyət sahəsindəki əməkdaşlığın bugünkü səviyyəyə çatmasında Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın böyük əməyi olduğunu diqqətə çatdırıb. Vurğulayıb ki, Mehriban Əliyeva Azərbaycan Respublikasının Milli Məclisində Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupun rəhbəri olduğu dövrdə, Heydər Əliyev Fondunun prezidenti kimi, hazırda isə ölkəmizin Birinci vitse-prezidenti kimi Azərbaycan-Fransa əlaqələrinin möhkəmlənməsinə həmişə xüsusi önəm verib. Məhz onun şəxsi təşəbbüsü və dəstəyi ilə bir çox genişmiqyaslı layihələr uğurla həyata keçirilib: “2018-ci il Azərbaycan xalqı üçün çox əlamətdar bir ildir. Bu il biz müsəlman Şərqində ilk parlamentli respublikanın – Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyini qeyd edirik. Məhz 100 il bundan əvvəl Azərbaycan Parlamentinin sədri Əlimərdan bəy Topçubaşovun rəhbərliyi ilə nümayəndə heyətinin iştirak etdiyi Paris Sülh Konfransında Azərbaycan Xalq Cümhuriyyətimüstəqil dövlət kimi tanınmışdı. Heydər Əliyev Fondu ölkəmiz və xalqımız üçün əlamətdar olan bu hadisəyə həsr edilmiş silsilə tədbirlər keçirir. Təsadüfi deyil ki, bu tarixi hadisəyə həsr olunmuş ilk tədbir məhz Fransanın paytaxtı Parisdə keçirilib”.

heyder eliyev fondunun teskilatciligi ile kannda azerbaycan medeniyyeti gunleri baslayib fotosessiya

Bildirilib ki, “Məhəbbət tandemi” sərgisi Azərbaycanın Əməkdar İncəsənət Xadimi Lətif Feyzullayevin anadan olmasının 100 illik yubileyinə həsr olunub. Lətif Feyzullayev və Vəcihə Səmədova cütlüyünün yaradıcılıq irsi ölkəmizin gözəl məkanlarını və xalqımızın həyat tərzini əks etdirir. Sərgidə bu cütlüyün 50-dən çox əsəri nümayiş olunur.

Səfir Rəhman Mustafayev Birinci vitse-prezident Mehriban Əliyevanın iki ölkə arasında münasibətlərin möhkəmlənməsinə verdiyi töhfələri xatırladıb.

Çıxışlardan sonra “Məhəbbət tandemi” sərgisinin açılışı olub. Tədbir iştirakçıları sərgini ziyarət ediblər.

Sərgidə Lətif Feyzullayevin və Vəcihə Səmədovanın doğma yurdumuzun gözəlliyini, soydaşlarımızın həyat tərzini, qayğılarını və əməyini əks etdirən əsərləri böyük maraqla qarşılanıb. Həmçinin hər iki rəssamın həyat yolundan bəhs edən videoçarxlar nümayiş olunub.

Sərgiyə gələn sənətsevərlərə Heydər Əliyev Fondunun ölkəmizin tarixi, mədəniyyəti, musiqisi haqqında fransız dilində nəşrləri hədiyyə edilib.

“Məhəbbət tandemi” sərgisi avqustun 4-dək davam edəcək.

Kann şəhərində Azərbaycan mədəniyyəti günləri çərçivəsində ziyafət də təşkil edilib. Gecədə Azərbaycanın tanınmış musiqiçiləri – Xalq Artisti Ənvər Sadıqov və Əməkdar Artist Emil Əfrasiyabın iştirakı ilə konsert proqramı təqdim olunub, milli musiqimizin inciləri səsləndirilib.

Qeyd edək ki, Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Kann şəhərində Azərbaycan mədəniyyəti günləri 2013-cü ildən keçirilir. Azərbaycan tarixi, mədəniyyəti və incəsənətinin təbliği, ölkələr və xalqlar arasında əlaqələrin genişlənməsinə xidmət edən layihə çərçivəsində mütəmadi olaraq müxtəlif sərgilər, konsert proqramları təşkil edilir.

# 2789 dəfə oxunub

Oxşar xəbərlər

Türkiyə İş Bankı Muzeyi 3,5 milyondan çox ziyarətçi qəbul etdi

Türkiyə İş Bankı Muzeyi 3,5 milyondan çox ziyarətçi qəbul etdi

18:42 16 noyabr 2026
Ağ Evdən böyük olan İsa Kilsəsinin döşəməsi aşkar edildi

Ağ Evdən böyük olan İsa Kilsəsinin döşəməsi aşkar edildi

18:17 16 noyabr 2026
Yeni "Harry Potter" serialı  etirazlara səbəb oldu

Yeni "Harry Potter" serialı etirazlara səbəb oldu

17:32 16 noyabr 2026
“R.E.M.”dən 25 il sonra musiqi hədiyyəsi: “Reveal”

“R.E.M.”dən 25 il sonra musiqi hədiyyəsi: “Reveal”

16:57 16 noyabr 2026
Cinsi zorakılıqda təqsirləndirilən aktyor apellyasiya şikayətini geri götürdü

Cinsi zorakılıqda təqsirləndirilən aktyor apellyasiya şikayətini geri götürdü

16:24 16 noyabr 2026
Azərbaycanın "Şur" muğamı kosmosda

Azərbaycanın "Şur" muğamı kosmosda

16:12 16 noyabr 2026
Ana səhifə Reels Yazarlar Xəbərlər