writer1

Murad Köhnəqala

Məqalə sayı

106
clock11:30 calendar-gray 09 İyul 2018 view-gray799 dəfə oxunub
view-gray799 dəfə oxunub

Barbar bərbərlər

Murad Köhnəqala

Heç vaxt üzümü bərbərə qırxdırmıram. Birincisi, kiminsə mənim üzümü əlləşdirə-əlləşdirə qırxmağından xoşum gəmir. İkincisi də bərbərlərin avadanlığı gigienik qarantlı deyil. Hərəsinin cəmi-cümlətanı bir dənə pomozoku olur, kim gəldi üzünü onunla sabunlayırlar.

Hələ sabunlamazdan əvvəl tükləri yumşaltmaq üçün dəsmalı qaynar suda isladıb adamın üzünü masaj eləyirlər. Baxırsan ki, o dəsmalın da üzü neçə üzlər görüb, gəl görəsən!

Üzümü ömrümdə bircə dəfə bərbərə qırxdırmışam, o da əlacsızlıqdan. Doxsanıncı illərin ortaları idi, qonaq olduğum bir rayonda təsadüfən toya getməli olduq. Uşaqlar dedi, yaxşı deyil, gedək, üzümüzü dəlləkdə qırxdıraq. Həmin dəm-dəsgahı onda görmüşəm.

Bərbər bayaq dediyim o bircə dəsmalını qaynar suda isladıb hər birimizin üzünü onunla övkələdi, hər birimizin üzünü yeganə pomozoku ilə də sabunlayıb qırxdı. Ancaq insaf xatirinə deməliyəm ki, ülgücün ağzındakı lezvanı hər dəfə dəyişirdi.

O biri dostları bilmirəm, mən öz təəssüratımı deyim. Dörd qatladığı dəsmalı üzümə sürtəndə burnuma odekalon-sabun qarışıq köhnə corab iyi gəldi. Elə bil üzümü kiminsə iylənmiş corabları ilə masaj eləyirdi. Hələ bütün rayon əhlinin üzünü sabunladığı o pomazok! Sürtdüyü sabun ağız-burnuma dəydikcə lap iyrənirdim. Fikirləşirdim, görəsən, o pomozokla bizdən əvvəl neçə qoturun, danışanda ağzından tüpürcək tökülən neçə ağsaqqalın üzünü təraş eləyib? Balaca butkada səsləndirilən bayağı musiqi də ki öz yerində. Oturduğum yerdə ürəyim bulanırdı. Nə isə, toya getdiyimizə görə dəlləyin pulunu artıqlaması ilə verdik. Toyun səhərisi günü üzüm xırda-xırda yara tökmüşdü. Odu-budu, bərbərə üz qırxdırmıram. Yalnız saç! Neyniyək, əlac yoxdu, saç uzanan kimi bərbərə getməli oluruq.

Mən, bir qayda olaraq, saçlarımı səliqəyə salarkən bərbərlərə bəri başdan xəbərdarlıq edirəm: mənə ülgüc vurma, yalnız qayçı və elektrik maşınka! Sonda pısqırtdığın odekolon, yağladığın krem də lazım deyil!

Ona görə Bakının hansı səmtində yaşadımsa, mütləq istəklərimə hörmət və riayət eləyən, yersiz ora-buramı qırxmayan, gigiyenası məqbul sayılan bərbər tapıram. Ən əsas şərtlərdən biri də budu ki, ağzı iylənməsin!


Başıma çox gəlib! Səliqəli, eleqant görünən stolunda oturdub boynuna ağı dolayandan sonra bilmişəm ki, bu bədbəxtin ağzından pis qoxu gəlir. Tərs kimi də belələri iş görə-görə danışanda düz sənin burnuna tərəf püskürür. Di gəl, bütün proses boyu dözginən!

Fikrimcə, masonlardan sonra dünyada ən mütəşəkkil və gizli təşkilat bərbərlərinkidi. Bərbərlər dəhşət qısqanc olurlar. Nola, birinə saçını düzəltdirəsən, vəssalam! Ömrü boyu qayçısını şaqqıldada-şaqqıldada səni gözləyəcək, axtaracaq, güdəcək, arxanca reket göndərəcək, haker tutub izlətdirəcək. Bir də bərbərlərin yazılmamış gizli qanunları var: bacardıqca çox qırxmaq! Yəni stolunda oturan müştərinin üz-başını qırxıb bitirdikdən sonra onun burnunun üstünü, içini, qulağının hər tərəfini, qaşlarını təraş etməli, boynunun ardını da kürəyinə qədər qırxmalısan ki, müştəri mümkün qədər çox tüklənib məhsul versin.


Ülgücü, heç nə olmamış kimi, yeniyetmə müştərilərin bakenbard yerindən aşağı sürüşdürməlisən ki, onlar da tez tüklənsinlər. Nə başınızı ağrıdım, bərbərlərin dəyişilməz bir devizi var: Tük bərəkətdi!

Bir dəfə üzüyumşaq bir dostum dedi, dəlləklər qulaqlarımı yersiz qırxmaqdan tükləndirib məni meymuna döndəriblər. Dedim, qəti onlara azadlıq vermək olmaz. Yoxsa oturan kimi hər yerini qırxmağa çalışacaq.

REKLAM

Yazarın digər yazıları

Xəbər lenti

Axına qarşı üzmədən nəyəsə nail olmaq qeyri-mümkündür
17:01 05 Avqust 2021
Azərbaycanda etdiyi bu rəqsə görə Rafet El Romanı topa tutdular - Video
16:14 05 Avqust 2021
Rafiq Tağının qardaşı: “Anam qətlə yetirildiyini bilmirdi, ona qurban demişdi” – Müsahibə
15:21 05 Avqust 2021
Yaponiyada alovlanan olimpiya məşəli və Türkiyədəki meşə yanğınları
14:43 05 Avqust 2021
Nobelli şair məhkəməni uddu
14:01 05 Avqust 2021
"Çocuklar duymasın"ın Havuçu yanğınsöndürənlərə qoşuldu - Fotolar
13:12 05 Avqust 2021
Başı kəsilən Sevinci necə xilas edə bilərdik?
12:26 05 Avqust 2021
Əri evə başqa qadın gətirdi, efirə çıxarmaq üçün ona əxlaqsız təkliflər etdilər, iki uşağıyla ac-susuz qaldı – Səfil həyatı yaşayan xanəndəmiz
12:02 05 Avqust 2021
Flora Kərimovanı hədəfə alanların əsl siması – Sevda yazır...
11:01 05 Avqust 2021
Azərbaycanda yeni musiqi aləti yaradıldı - Foto
10:31 05 Avqust 2021
44 müəllifdən 44 ən yaxşı hekayə - Yeni layihə
10:01 05 Avqust 2021
Kosmik raketlərdən bəhs edən peyğəmbər hədisi – Zamin yazır...
09:00 05 Avqust 2021
Xalq artisti Rafiq Hüseynovun film kimi həyatı - Maraqlı faktlar
21:00 04 Avqust 2021
Amerikalı vokalçının “Qarabağ Azərbaycandır” klipinin təqdimatı keçirilib
18:45 04 Avqust 2021
Yanğın “Rəcəb İvedik”in evinə yaxınlaşdı – Qalmaqal düşdü
18:01 04 Avqust 2021
Onda mən də doyunca ağlaram - Güneydən hekayə
17:20 04 Avqust 2021
Könül Kərimova gileyləndi: "Nəfəsimiz kəsildi”
16:37 04 Avqust 2021
Varisin romanı Türkiyədə çap olundu
15:55 04 Avqust 2021
Valideynlərindən icazəsiz evləndi, içki ailəsini dağıtdı, intim videosu yayıldı – Anar Nağılbazdan 10 fakt
15:00 04 Avqust 2021
41 yaşını qeyd edən kəlbəcərli şair: “Elə ən çətini də budur” - Müsahibə
14:20 04 Avqust 2021