writer1

Şərif Ağayar

Məqalə sayı

461
clock12:30 calendar-gray 06 İyul 2018 view-gray81 dəfə oxunub
view-gray81 dəfə oxunub

İnsani dəyərlərin tənəzzülü

Hollivudda baş verən seksual təcavüz qalmaqalı İsveç Akademiyasının münsiflər heyətinə də sıçradı və nəticədə bir neçə münsif komissiyadan kənarlaşdırıldı.

Ömürlük seçilən bu adamların yerini doldurmaq uzun vaxt alacaq deyə, Nobel Komitəsi 2018-ci ildə mükafatın verilməyəcəyini rəsmi şəkildə bəyan etdi.

Bu yaxınlarda isə Stokholmda yeni akademiya yaradıldı və əslən İsveçdən olan çoxsaylı yazıçını, aktyoru, jurnalisti və başqa mədəniyyət adamlarını öz şəmsiyyəsi altına alan bu akademiya İsveç Akademiyasının qərarına etiraz olaraq bu il Nobel mükafatını verəcəyini bəyan etdi.

Səbəblər qısa və ilgincdir:

“İnsani dəyərlərintənəzzülə uğradığı bir zamanda ədəbiyyatın əhəmiyyəti daha da artır. Yeni Akademiya hesab edir ki, belə bir zamanda Nobel ədəbiyyat mükafatının verilməsi çox vacibdir”

İnsan dəyərlərin tənəzzülü... Ağır cümlədir. Və bu ağırlıqda, bu böyüklükdə problemdən çıxış yolu kimi ədəbiyyat göstərilir.

Təkcə bu fakt sübut edir ki, bizim kimi cəmiyyətlərdə ədəbiyyatın,kitabın dəyəri yetərincə anlaşılmır. Əlbəttə kitab və ədəbiyyat əleyhinə danışan yoxdur. Əksinə, hamı yazmağın-oxumağınfaydasından söz açır, uzun-uzun moizələr oxuyur, lakin iş görmək məqamı gələndə görürsən ki, bu moizəçilər özləri öz danışdıqlarına inanmırlar.

Ola bilsin, bizdə insani dəyərlər qəti şəkildə tənəzzülə uğramır və bu səbəbdən ədəbiyyata-kitaba ciddi ehtiyac duyulmur.

Ona görə efirdə bütün günü çal-çağır, bayramdır.

Ona görə, həmvətənlərimiz toylarında, ad günlərində oxuyan müğənnilərə, əyləncəli qafiyələr açan meyxanaçılara pul xərcləyirlər.

Bizdə ədəbiyyat nə qədər ki, tərəqqi edib, elə o qədər bəsimizdir. Qoy insani dəyərləri tənəzzül edən qərblilər öz dərdlərini çəksinlər.

Paylaş

REKLAM

Yazarın digər yazıları

Xəbər lenti

Fuad Poladova həsr olunmuş tamaşa necə alınmışdı?
13:42 27 May 2019
Gənc gürcü yazıçısı nüfuzlu ədəbiyyat mükafatı qazanıb
13:02 27 May 2019
“Sabir poeziya günləri” keçiriləcək
12:20 27 May 2019
Psixikası yerində deyil, getsin evlənsin - Rəşad Məciddən gənc şairə cavab
11:51 27 May 2019
Bu tip çağırışlar doğru deyil – Qələm adamları son təltiflərdən danışdılar
11:31 27 May 2019
Ədəbi düşüncələr – İlham Qəhrəman yazır...
10:47 27 May 2019
Məşhur türk aktyoru vəfat etdi
10:15 27 May 2019
“Cavad xan” filmi Varşavada nümayiş olunacaq
09:52 27 May 2019
Millət vəkili: “Həbsxanada kitab tapmayanda Çingiz Abdullayevi oxuyurdum” – Müsahibə
09:00 27 May 2019
Kamal Abdullanın ən məşhur şeiri
12:03 26 May 2019
Kann kinofestivalının qalibləri bəlli oldu
11:01 26 May 2019
Xalq yazıçısı Elçin: “O xəbəri atamdan ölənəcən gizlədim” – MÜSAHİBƏ
09:30 26 May 2019
Ailəsinin boşanmağına səbəb olan qız – Hekayə
17:02 25 May 2019
Akif Əlinin “Yaradan” adlı yeni kitabı çıxıb
16:33 25 May 2019
Cavan Zeynallı: "Yıxılacam bu dəqiqə..."
15:48 25 May 2019
Cavan Zeynallı və İlqar Muradova Xalq artisti adı verilib
15:16 25 May 2019
Musa Yaqubun oğlu: “Atam xəbəri eşidib kövrəldi”
14:43 25 May 2019
Kamal Abdulla və Afaq Məsuda Xalq yazıçısı adı verilib
14:23 25 May 2019
Bir qrup mədəniyyət xadimi “Tərəqqi” medalı ilə təltif edilib – Siyahı
14:10 25 May 2019
Ramiz Rövşən, Musa Yaqub Xalq Şairi oldu – Fəxri Adlar - Siyahı
13:55 25 May 2019