Həbsdə olan rus rejissorun xəyanətdən bəhs edən filmi

Həbsdə olan rus rejissorun xəyanətdən bəhs edən filmi
30 iyun 2018
# 09:00

Kulis.az “Əsl kino” layihəsində Kirill Serebrennikovun “Xəyanət” (2012) və Abderrəhman Sisakonun “Timbuktu” (2014) filmlərini təqdim edir.

Rus rejissoru Kirill Serebrennikovun “Xəyanət” filmi 69-cu Venesiya festivalının əsas müsabiqəsində iştirak edib.

Süjet: Əhvalatın qəhrəmanı qadın (Fransiska Petra) ürək həkimi işləyir. Onun yanına müayinəyə gələn kişiyə (Deyan Liliç) arvadının onun əriylə xəyanət etdiyini deyir. Bu gözlənilməz xəbərdən kişi sarsılır. O, arvadını (Albina Canabayeva) sınağa çəkir, amma hər dəfə onun sədaqətli olduğuna inanır. Sonda o, özü arvadının xəyanətinin şahidi olur, mehmanxana nömrələrindən birində balkonda onu sevgilisi ilə sevişən yerdə görür. Və gizlicə nömrəyə girərək, onları qətlə yetirir.

Sonra vəziyyət elə gətirir ki, kişi həkim qadına vurulur. Amma qadın onu rədd edir. Uzun illər sonra hər ikisi görüşür və artıq hər ikisi ailəlidir.

Bu dəfə isə həkim qadın və kişi həyat yoldaşlarına xəyanət edirlər. Qadının xəyanətindən əri xəbər tutur...

Serebrennikovun bu filmində pritça tonallığı daha güclüdür. Təsadüfi deyil, ki, burda personajların adı, keçmişi, bioqrafiyası yoxdur, zaman və məkan hiss olunmur. Əhvalat ümumən qadın və kişi təbiətindəki xəyanətin, qisasın qaçılmaz olduğunu göstərir. Müəllif xəyanətə gətirən səbəbləri göstərmir, münasibətləri incələmir, sual da vermir. O, sadəcə göstərir ki, xəyanət, qisas, sevgi, ehtiras insan təbiətinin ayrılmaz parçasıdır və heç bir intellekt, inkişaf bunu dəyişdirə bilməz.

Filmdə qətl hadisəsini araşdıran qadın müstəntiqin də öz dramı var. Daima üzündə ağrı qarışıq sərtlik olan müstəntiq qadın qatili həbs eləmir. Çünki onun özünə də nə vaxtsa xəyanət olunub. O, emosional yaddaşının doğurduğu ağrıya görə qanunu pozur, instinktlər üstün gəlir.

Sererbrennikov müsahibəsində bildirir ki, bu filmə Berqman kinosunun böyük təsiri var. Təsadüfi deyil ki, onun əsas qadın qəhrəmanı da Berqman personajları kimi solğun, cansız, soyuqdur.

Qeyd edək ki, teatr və kino rejissoru, “Qoqol teatr mərkəzi”nin bədii rəhbəri Kiril Serebrennikov 2011-2014-cü illərdə “Platforma” adlı layihəyə ayrılan külli miqdarda pulu mənimsəməkdə şübhəli bilindiyinə görə haqqında cinayət işi açılıb.

Rusiyanın nüfuzlu kino və teatr xadimləri ittihamı qəbul etməyərək rejissorun müdafiəsinə qalxıblar və onun hakimiyyətə qarşı açıq çıxışlarına görə rejim tərəfindən cəzalandırıldığı bildirilir. Rejissor hazırda ev dustağıdır.

***

Mavritaniyalı rejissor Abderrəhman Sisakonun “Timbuktu” filmi 67-ci Kann festivalının əsas proqramında (2014) iştirak edib. Film Fransa və Mavritaniyanın birgə istehsalıdır.

Süjet: Malidə yerləşən Timbuktu şəhərində radikal islamçılar hakimiyyəti ələ alanda əhalinin həyatı cəhənnəmə çevrilir. Yeni qanunlara görə, qadınlar başdan-ayağa özlərini qapatmalı, evlərdən musiqi səsi eşdilməməli, kişilər futbol oynamamalıdırlar. Bu qaydalar pozanlar cəzalandırılır, ona görə də əhalinin çox hissəsi doğma yurdundan köçür.

Əsas personajlardan biri Kidan (İbrahim Əhməd) ailəsi ilə ucqar kənddə sakit həyat tərzi sürür. O, qatı dindarların sərt qanunlarına tabe olmur, əvvəlki həyatını yaşayır. Günlərin birində Kidma onun sevimli inəyini öldürən balıqçı ilə mübahisə edərkən, təsadüfən onu qətlə yetirir. Şəriət qanunlarına görə o, edam olunmalıdır...

Dini diktaturaya qarşı olan film daha çox, hər şeyin açıq təsvir-mətnlə göstərildiyi sosial-siyasi aksiyadır. İnsan haqları, qadın azadlığı ön plana çəkilir.

“Timbuktu” aldığı mükafatlara görə Afrika kinematoqrafiyasında rekorda imza atıb.

Ərindən gizli abort etdirən yazıçı arvadı – “Əsl kino”

Depressiyaya meylli adamlar bu filmə baxmasın - VİDEO

Sallaqxanada eşq macərası – “Əsl kino”

Üzü əməliyyatla dəyişən yəhudi müğənninin əri ilə oyunu

Ərinin sevgilisi ilə birlikdə yaşamağına razı olan məşhur telejurnalist

Bu il Oskar alan ilk transseksual qadının filmi – ƏSL KİNO

Bu film Kamyunun hekayəsi əsasında çəkilib

Çin rejiminə etiraz edən film - “O qız çinlidir”

Kann festivalında qalib olan iki film – “Buraxılış” və “Şəxsi alıcı”

Gürcü rejissorun Berlin festivalında mükafat alan filmi - ƏSL KİNO

İsrailin bəyənmədiyi son illərin ən yaxşı anti-müharibə filmi

İşə götürənlərə narkoman olduğunu deyən norveçli

Bu filmin aktyoru mafiya üzvü olduğuna görə 11 il həbsdə yatıb

Türk rejissorun almanları qəzəbləndirən filmi

Mobil telefonunu ailəsindən üstün tutan ata

Hamilə qadınları abort etdiyi üçün iki il həbsdə yatan qulluqçu

Mafiyanın öldürmək istədiyi jurnalist, türkləri "seksual ac" adlandıran avstriyalılar

Narkotik satıb insanları depressiyadan çıxardığına inanan ofisiant qız

Xərçəng olduğunu öyrənən qadının xəyanət arzusu

Xəstəlikdən əziyyət çəkən arvadını öldürdü

# 4769 dəfə oxunub

Oxşar xəbərlər

Dünyanın ən qanlı tablosunun arxasında gizlənən qadın faciəsi

Dünyanın ən qanlı tablosunun arxasında gizlənən qadın faciəsi

17:16 8 iyul 2026
Ölməzdən əvvəl mütləq baxmalı olduğunuz 10 bioqrafik film - Siz bunlardan neçəsini izləmisiniz?

Ölməzdən əvvəl mütləq baxmalı olduğunuz 10 bioqrafik film - Siz bunlardan neçəsini izləmisiniz?

15:00 6 iyul 2026
Hitlerin vətəndaşlıqdan çıxardığı Nobel mükafatçısı - Dahi yazıçının gizli gündəliklərində nə yazılmışdı?

Hitlerin vətəndaşlıqdan çıxardığı Nobel mükafatçısı - Dahi yazıçının gizli gündəliklərində nə yazılmışdı?

10:00 6 iyul 2026
Fırıldaqçını inandırıb öz filminə çəkən iranlı rejissor - Abbas Kiyarostaminin filmlərinə niyə baxmalısınız?

Fırıldaqçını inandırıb öz filminə çəkən iranlı rejissor - Abbas Kiyarostaminin filmlərinə niyə baxmalısınız?

10:00 4 iyul 2026
"Biz düşünməyə yox, inanmağa məcbur edilmişdik..." - Amerikalı  feminist yazıçıdan sitatlar

"Biz düşünməyə yox, inanmağa məcbur edilmişdik..." - Amerikalı feminist yazıçıdan sitatlar

15:00 3 iyul 2026
"Bizim yadlaşmağımızda sənin zərrə qədər də günahın yoxdur..." - Kafkanın "Atama məktub" əsərindən bir hissə

"Bizim yadlaşmağımızda sənin zərrə qədər də günahın yoxdur..." - Kafkanın "Atama məktub" əsərindən bir hissə

10:00 3 iyul 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər