Bakıda Gürcüstan rəssamlarının sərgisi açılıb

Bakıda Gürcüstan rəssamlarının sərgisi açılıb
28 iyun 2018
# 09:53

İyunun 27-də Heydər Əliyev Mərkəzində Gürcüstan rəssamlarının əsərlərindən ibarət “Cari vəziyyət” adlı sərgi açılıb.

Mərkəzdən APA-ya verilən xəbərə görə, açılış mərasimində çıxış edən Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov bu sərginin Gürcüstan Mədəniyyət Nazirliyi və Gürcüstan Milli Muzeyi ilə birgə əməkdaşlıq çərçivəsində ərsəyə gəldiyini bildirib. Diqqətə çatdırıb ki, sərgi ötən əsrin 80-90-cı illərində Gürcüstan təsviri incəsənətinin inkişafına töhfə vermiş 25 rəssamın yaradıcılığı ilə tanışlıq imkanı yaradır. Layihənin reallaşmasında əməyi olan hər kəsə təşəkkürünü bildirən Anar Ələkbərov sərginin bəyəniləcəyinə və xoş təəssüratlar yaradacağına ümidvar olduğunu deyib.

Sərginin kuratoru Çarlz Merevezer çıxışında ilk növbədə Heydər Əliyev Fonduna və Heydər Əliyev Mərkəzinə dərin minnətdarlığını bildirib. “Sərginin əsas məqsədi Azərbaycan ictimaiyyətini Gürcüstan incəsənətinə aid məqamlarla tanış etməkdir. Ümumiyyətlə, Azərbaycan və Gürcüstan regionun mühüm dövlətləridir. Onların arasındakı çox sıx münasibətlər həm də incəsənətin təşviqinə öz töhfəsini verir”, - deyən Çarlz Merevezer iki il yarım Gürcüstanda yaşamasından, bu ölkənin incəsənətini öyrənməsindən danışıb. Qeyd edib ki, Heydər Əliyev Mərkəzində təşkil edilən sərgidəki nümunələr sırasında həm fərdi, həm də dövlət kolleksiyasına aid əsərlər yer alıb.

Sərgidə nümayiş olunan əsərlərin 1985-ci ildən sonra Gürcüstanda yaşanan dəyişiklikləri əks etdirdiyini diqqətə çatdıran Çarlz Merevezer deyib: “Bu əsərləri Nyu-York, London və Asiya regionuna məxsus incəsənətlə müqayisə etsək, 1980-1990-cı illərə aid olan və sonrakı dövrləri əhatə edən incəsənətin xüsusi məna kəsb etdiyini görərik. Sərginin digər bölümündə isə 2000-2005-ci illərə aid əsərlər də var ki, o vaxt Gürcüstan ötən əsrin 90-cı illəri ilə müqayisədə daha ağır dövrünü yaşayırdı. Biz incəsənətdə genişmiqyaslı dəyişikliklərin şahidi olacağıq”.

Sərginin koordinatoru və Gürcüstan Milli Muzeyinin kuratoru Lika Mamataşvili Gürcüstanın Mədəniyyət Nazirliyi və Milli Muzeyi adından Heydər Əliyev Mərkəzinə təşəkkür edib.

Tədbirdə çıxış edən rəssamlar burada əsərlərinin sərgilənməsindən şərəf duyduqlarını bildirərək bu sərginin Gürcüstan və Azərbaycan incəsənət xadimlərini bir araya gətirdiyini vurğulayıblar. Qeyd olunub ki, 70-ci illərdə Gürcüstan Rəssamlıq Məktəbində azərbaycanlı gənclər də təhsil alıblar və onların gürcüstanlı həmkarları ilə gözəl münasibətləri olub. Azərbaycanlı rəssamlar incə zövqlü əsərlər yaradırlar.Sərgidə nümayiş etdirilən fotoların müəllifi Quram Tşibaxaşvili sevimli şəhəri Bakıya gəlməsindən və burada sərgi təşkil edilməsindən çox şad olduğunu deyib.

Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq Rəssamı Fərhad Xəlilov Heydər Əliyev Mərkəzində təşkil edilən bu sərgini ölkənin incəsənət həyatında böyük hadisə kimi dəyərləndirib. Gürcü rəssamlarının əsərlərini yüksək qiymətləndirib və bu yaxınlarda Tbilisidə keçirilən festivaldan söz açıb.

Qeyd edək ki, “Cari vəziyyət” sərgisinin ekspozisiyasında Vaxo Buqadze, Levan Çoqoşvili, Malxaz Datukişvili, Giya Edzgveradze, Mişa Qoqriçiani, Mamuka Caparidze, Temo Cavaxişvili, Kote Cinçaradze, Karlo Kaçarava, Keti Kapanadze, Uşanqi Xumaraşvili, Luka Lasareişvili, Maya Naveriani, Koka Ramişvili, Lia Şvelidze, Murtaz Şvelidze, Kote Sulaberidze, Oleq Timçenko, Mamuka Tsetsxladze, Maya Tsetsxladze, Niko Tsetsxladze, Quram Tsibaxaşvili, Teona Çaparidze, İliko Zautaşvili və Daniel Spehrin əsərləri təqdim olunur.

1970-ci illərin sonunda başlayan və 2000-ci ilədək davam edən dövr Gürcüstanın müasir bədii və incəsənət istiqamətinin yüksəlişi ilə yadda qalıb. Əhəmiyyətli olmasına baxmayaraq, Gürcüstan incəsənətinin bu dövrü az tanınmış və kifayət qədər tədqiq edilməyib. Sərgi avqustun 26-dək davam edəcək.

# 2633 dəfə oxunub

Oxşar xəbərlər

Soyuq mərmər, dəfn sükutu, daşlaşmış kədər... - Andrea Mantenyanın "Ölü Məsihə ağı"sı

Soyuq mərmər, dəfn sükutu, daşlaşmış kədər... - Andrea Mantenyanın "Ölü Məsihə ağı"sı

13:30 13 sentyabr 2026
Rəsmlərin musiqi ilə vəhdəti - Arif Məlikov onu narahat edən sualların cavabını tapmağı bacarıbmı?

Rəsmlərin musiqi ilə vəhdəti - Arif Məlikov onu narahat edən sualların cavabını tapmağı bacarıbmı?

10:00 13 sentyabr 2026
Yaxınlarını nasist ölüm düşərgələrində itirən yazıçı - O, niyə "dərkolunmaz varlıq" motivini yaratdı?

Yaxınlarını nasist ölüm düşərgələrində itirən yazıçı - O, niyə "dərkolunmaz varlıq" motivini yaratdı?

15:00 12 sentyabr 2026
Saflıq və uşaqlıq travmasına hiperrealist şərh - Qotfrid Helnvaynın "“Zərərsizlərin pıçıltısı” tablosu

Saflıq və uşaqlıq travmasına hiperrealist şərh - Qotfrid Helnvaynın "“Zərərsizlərin pıçıltısı” tablosu

12:05 12 sentyabr 2026
Xəyanətin kətan üzərində təsviri - Nikolay Abilqorun "Hamlet və anası" tablosu

Xəyanətin kətan üzərində təsviri - Nikolay Abilqorun "Hamlet və anası" tablosu

14:00 11 sentyabr 2026
"Aşiq olmaqdan özümü saxlaya bilmirəm..." - "Can't help falling in love" necə yarandı?

"Aşiq olmaqdan özümü saxlaya bilmirəm..." - "Can't help falling in love" necə yarandı?

13:30 11 sentyabr 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər