Orxan Pamuk Azərbaycan Yazıçılar Birliyindən danışdı - VİDEO

Orxan Pamuk Azərbaycan Yazıçılar Birliyindən danışdı - <span style="color:red;">VİDEO
22 iyun 2018
# 12:36

İstanbulda yaşayan “525-ci qəzet”in əməkdaşı şair-esseist Ramil Əhməd Ədəbiyyat üzrə Nobel mükafatı laureatı, məşhur türk yazıçısı Orxan Pamukla görüşüb.

Bir saatdan artıq çəkən bu görüş Orxan Pamukun evində baş tutub. Ramil Əhməd Orxan Pamukdan “525-ci qəzet”ə özəl olaraq müsahibə alıb. Bu müsahibədə Pamuk ilk dəfə həm Bakı haqqında, həm hazırda yazdığı “Vəba gecələri” romanı, həm də avqust ayında nəşr olunacaq yeni kitabı barəsində danışıb.

Müsahibədə Orxan Pamuk 2004-cü ildə Bakıda keçirdiyi günlərdən, Yazıçılar Birliyindən, yaxın günlərdə yayımlanan Orxan Pamuk külliyatından, İstanbulun sürətli dəyişimindən, “Məsumiyət Muzeyi”ndə görülən yeni işlərdən, bu yaxınlarda qayıtdığı İran səfərindən və digər mövzulardan söhbət açıb.

Müsahibənin qısa video-anonsunu paylaşırıq. “525-ci qəzet”in 30 iyunda nəşr olunacaq şənbə nömrəsində söhbətin tam mətnini oxuya biləcəksiniz.

# 2843 dəfə oxunub

Oxşar xəbərlər

Müharibənin görünməyən qəhrəmanları – “404” romanı hansı yaraları yenidən açır?

Müharibənin görünməyən qəhrəmanları – “404” romanı hansı yaraları yenidən açır?

14:00 7 noyabr 2026
Dəliliyin ən havalı halı: Təbiətin sadəliyi ilə bütövləşib yaşamaq arzusu

Dəliliyin ən havalı halı: Təbiətin sadəliyi ilə bütövləşib yaşamaq arzusu

12:25 7 noyabr 2026
Romanı oxumaq niyə bu qədər çətindir? – “Rəng mühəndisi”nin toz-dumanlı dünyası

Romanı oxumaq niyə bu qədər çətindir? – “Rəng mühəndisi”nin toz-dumanlı dünyası

15:00 6 noyabr 2026
"Ağla ki, ağlayasan…" - Xaqani Şirvaninin “Mədain xərabələri” qəsidəsi haqqında

"Ağla ki, ağlayasan…" - Xaqani Şirvaninin “Mədain xərabələri” qəsidəsi haqqında

10:00 6 noyabr 2026
Natəvan Dəmirçioğlunun “Açar” romanı: dil və üslub xüsusiyyətləri - Leyla Məmmədəliyeva

Natəvan Dəmirçioğlunun “Açar” romanı: dil və üslub xüsusiyyətləri - Leyla Məmmədəliyeva

13:35 1 noyabr 2026
"İstiqlal söhbətləri" - düşüncə ehtirası və alim qüruru - Elnarə Akimova

"İstiqlal söhbətləri" - düşüncə ehtirası və alim qüruru - Elnarə Akimova

16:00 27 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər