Sabah Bakıda musiqi bayramıdır

Sabah Bakıda musiqi bayramıdır
20 iyun 2018
# 16:34

İyunun 21-də Bakıda musiqi bayramı təşkil ediləcək.

Tədbir Fransanın ölkəmizdəki səfirliyi və Fransız İnstitutu tərəfindən, Mədəniyyət Nazirliyi, Dövlət Turizm Agentliyi, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, YARAT Müasir İncəsənət Məkanı, “Street Food” festivalı və “Maks Events”in birgə iştirakı ilə reallaşacaq.

Peşəkar və həvəskar musiqiçilərə açıq olan bu festival müxtəlifliyi dəyərləndirən, musiqi janrlarına fərq qoymayan canlı musiqini bayram edir.

Yay fəslinə düşən bu bayram küçələrdə, ictimai park və bağlarda, binaların həyətlərində və ictimaiyyətə digər açıq yerlərdə qeyd edilir. Musiqi ifası Bakının küçələrində səslənəcək, İçərişəhərin dar küçələrini canlandıracaq, Fəvvarə meydanı və Nizami küçəsi boyunca yayılacaq. /azertag.az/

# 2780 dəfə oxunub

Oxşar xəbərlər

Cadugərliyin faciələrlə dolu  tarixi... - 300 il ərzində əlli min qadın niyə yandırılmışdı?

Cadugərliyin faciələrlə dolu tarixi... - 300 il ərzində əlli min qadın niyə yandırılmışdı?

14:00 22 noyabr 2026
Atatürkün dəfnində Azərbaycan Xalq Cümhuriyyətinin iki naziri vardı – Onlar kim idi?

Atatürkün dəfnində Azərbaycan Xalq Cümhuriyyətinin iki naziri vardı – Onlar kim idi?

10:00 22 noyabr 2026
Vyetnam Prezidenti: "Azərbaycan həm Avropanın, həm də Asiyanın mədəni irsini daşıyan inci hesab olunur"

Vyetnam Prezidenti: "Azərbaycan həm Avropanın, həm də Asiyanın mədəni irsini daşıyan inci hesab olunur"

15:26 21 noyabr 2026
Azərbaycan dünyanın ən böyük nağıl festivalında

Azərbaycan dünyanın ən böyük nağıl festivalında

15:10 21 noyabr 2026
"Ulduz"un  Xaqani Şirvaninin 900 illiyinə həsr olunmuş xüsusi buraxılışının təqdimatı keçirildi

"Ulduz"un Xaqani Şirvaninin 900 illiyinə həsr olunmuş xüsusi buraxılışının təqdimatı keçirildi

12:41 21 noyabr 2026
"Həqiqət zərrəsi tapılmayanda yalanı böyük tikələrlə udurlar..." - İsaak Başevis-Zinger

"Həqiqət zərrəsi tapılmayanda yalanı böyük tikələrlə udurlar..." - İsaak Başevis-Zinger

12:30 21 noyabr 2026
Ana səhifə Reels Yazarlar Xəbərlər