news-inner
clock12:45 calendar-gray 05 İyun 2018 view-gray138 dəfə oxunub
view-gray138 dəfə oxunub

Bakıda Mikayıl Müşfiqin anım tədbiri keçirilib

Mikayıl Müşfiqin anadan olmasının 110-cu ildönümü münasibətilə şairin Bakıdakı büstünün qarşısında anım tədbiri keçirilib.

APA -nın xəbərinə görə, Yasamal Rayon İcra Hakimiyyəti və Cabir Novruz Mədəniyyət Fondunun birgə təşkilatçılığı ilə keçirilən tədbirdə Mikayıl Müşfiqin 110 illik yubileyinin qeyd edilməsi ilə bağlı Azərbaycan prezidenti İlham Əliyevin imzaladığı sərəncam oxunub. Bildirilib ki, sərəncama əsasən, Mədəniyyət NazirliyiTəhsil Nazirliyivə Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə, Azərbaycan Yazıçılar Birliyinin təkliflərini nəzərə almaqla, Mikayıl Müşfiqin 110 illiyinə həsr olunmuş tədbirlər planını hazırlayıb, həyata keçirəcək.

Yasamal rayon İcra Hakimiyyəti başçısının müavini Təravət Muradova bildirib ki, Mikayıl Müşfiq Bakının Yasamal rayonunda anadan olub və ömrünün sonuna kimi bu rayonda yaşayıb.

Tədbir zamanı Cabir Novruz Mədəniyyət Fondu və Xızı rayon ictimaiyyəti adından Azərbaycan prezidentiİlham Əliyevə ünvanlanmış müraciət oxunub.

Tədbirin sonunda məktəblilər M. Müşfiqin müəllifi olduğu bir neçə şeiri səsləndiriblər.

Qeyd edək ki, Mikayıl Mirzə Əbdülqadir oğlu İsmayılzadə 1908-ci il iyun ayının 5-də Bakıda ziyalı ailəsində anadan olub. M. Müşfiq əslən Xızı rayonundandır. O, 1938-ci ildə repressiya dövründə güllələnib.

Müşfiqin "Yenə o bağ olaydı", "Oxu, tar" və bir sıra başqa şeirləri Azərbaycan poeziyasının incilərindəndir.

news-inner-user

15807 məqalə

Oxşar xəbərlər

Xəbər lenti

Əruz vəznində yazılmış ən gözəl təbiət şeiri - Mətn
17:01 11 İyul 2020
Kəramət Böyükçöl: "Məşhurluğumun arxasında dura bilmirəm" - Video
16:29 11 İyul 2020
Özgə adam - Xəyyam Rəfilinin hekayəsi
15:42 11 İyul 2020
Polşa fondu Bakıda müsabiqə elan etdi
14:51 11 İyul 2020
İcazə verək, insanlar Allahlarıyla dalaşsın - İlqar Kamil yazır...
14:07 11 İyul 2020
Qarajda yaşayan Əməkdar artistin ürək parçalayan son sözü - Maraqlı Faktlar
13:15 11 İyul 2020
Məktublarda gizlədilmiş sevgilər - Malik Atilayın yeni şeirləri
12:08 11 İyul 2020
Sadəcə, Şahin
11:18 11 İyul 2020
Orxan Pamuk Qərbə yarınır - Şəhriyar yazır...
10:21 11 İyul 2020
Tofiq azərbaycanlı qızı ləkələyir, rus qızıyla evlənir – Məşhur filmin pərdəarxası
08:59 11 İyul 2020
"Sabir Rüstəmxanlı ilə Sirus Təbrizlini atam bu otaqda barışdırdı" - Sabir Əhmədlinin evindən reportaj
21:01 10 İyul 2020
Türkiyəli aktyor ölümlə təhdid olunur
18:17 10 İyul 2020
Əti, sümüyü var, qanı yoxdur – Həmkarları İlham Əzizi tənqid edir...
17:29 10 İyul 2020
Berqmanın filmi əsasında serial çəkilir
16:39 10 İyul 2020
Azərbaycanlı müğənni koronavirusdan sağaldı
15:50 10 İyul 2020
Əliağa Vahidi ölümdən qurtaran dostu - Maraqlı faktlar
15:07 10 İyul 2020
Dördbucaqlı qətl hadisəsi – Əli Şirin Şükürlü yazır
14:20 10 İyul 2020
“Çəkməli pişik” onlayn göstəriləcək
13:39 10 İyul 2020
"Heç yerə çıxarda bilmirik" - Vaqif Bayatlıdan xəbər var
12:52 10 İyul 2020
Süni şöhrətə qaçan gənc şair və Allahın “cangüdənləri” – Sərdar Amin yazır...
12:15 10 İyul 2020