Mirzə Ələkbər Sabirin xatirəsi anılıb

Mirzə Ələkbər Sabirin xatirəsi anılıb
30 may 2018
# 16:29

Mayın 30-da Cəlil Məmmədquluzadənin ev-muzeyinin təşkilatçılığı ilə Bakıdakı Mirzə Ələkbər Sabirin xatirə günü keçirilib.

Görkəmli şairin adını daşıyan bağda keçirilən tədbirdə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Mirzə Ələkbər Sabirin yaradıcılığından onun xatirəsinə göstərilən dövlət qayğısından, şairə xalq məhəbbətindən söhbət açılıb.

Azərbaycan Yazıçılar Birliyinin üzvü, Əməkdar Müəllim Oqtay Rza 1961-ci ildən başlayaraq hər il şairin doğum günündə keçirilən Sabir poeziya günlərinin, anım mərasimlərinin əhəmiyyətindən, Sabirə ümumxalq məhəbbətindən və onun xatirəsinin daim xalqımız tərəfindən geniş qeyd olunmasından danışıblar.

Tədbirdə Cəlil Məmmədquluzadənin ev-muzeyinin böyük elmi işçisi Yeganə Məmmədova, elmi işçisi Fazilə Hümmətova, şairə-publisist Zərəngiz Qayalı, Əməkdar Müəllim Məlahət Babakişiyeva və digərləri görkəmli şairin öz əsərləri ilə Azərbaycan ədəbiyyatını yalnız məzmunca deyil, formaca da zənginləşdirdiyini bildiriblər. Onun zəngin bədii irsinin, o cümlədən “Molla Nəsrəddin” jurnalında nəşr etdirdiyi mənzumələrin nəinki Azərbaycanda, Yaxın və Orta Şərqdə ədəbi-ictimai fikrin, inqilabi-demokratik hərəkatın inkişafına qüvvətli təsir göstərdiyini söyləyiblər.

Sonda Bakıdakı 20 və 150 nömrəli orta məktəblərin şagirdlərinin və “Aytam” Uşaqların Mədəni Maariflənməsi İctimai Birliyinin üzvlərinin ifasında Sabirin şeirləri səsləndirilib. /azertag.az/

# 2643 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər