news-inner
clock13:20 calendar-gray 24 May 2018 view-gray560 dəfə oxunub
view-gray560 dəfə oxunub

Əsəd Cahangir postinsanı düzgün anlamayıb – Ömər Xəyyam yazır...

...əgər keçmişi dəyişə bilmirsənsə, onu yenidən dərk etməlisən.

Eko

Əsəd Cahangir haqda, yaxud çevrilmə.

Homo Sapiens emosiyalardan, duyğulardan, ülviyyətdən qurtulanda, hisslərini itirəndə, təbii qidalardan imtina edib sintetik qidalanmağa başlayanda, çevrilir postinsana. Hələ başlanğıcdır. Bu günün adamı postinsan üçün mərhələdir. Postinsan mərhələsində din də, Allah da yox olur. Bu fənafillah, tanrıdayoxolma deyil, yox, bu, o mərhələdir ki, insan Allaha qarışmır, bir növ, ilahi enerjini özündə yox edir.

Tamamilə sintetik, virtual canlı.

Postinsan fəhmsizdir.

Bu mərhələdə İlahi ədalət də, Eşq də yox olur.

O, sevmir, nifrət də etmir.

Postinsanın taleyi öz əlindədi, postinsan hər şeyə soyuqqanlı yanaşır, çünki o, artıq emosiyalardan azad olmuş bir insan tipidir.

Postinsan ədəbiyyatda hansısa uzaq gələcəkdə yaşayan insan tipinin obrazıdır, yəni o texnologiyadan asılıdır, zamanlar üzrə səyahət edir.

Postinsan bir növ, bizim başa düşdüyümüz bioloji-sosioloji varlıq deyil, robotdur, mən ümid edirəm ki, insan heç vaxt robotlaşmayacaq, insanın duyğuları, emosiyaları həmişə yerində qalacaq, insanlar təbii qidalar yeyəcəklər və biz bir-birimizi sevib nifrət etməyi bacaracağıq.

Günəşin altda yeni heç nə yoxdur! – Adəmin də, Misir piramidalarındakı mühəndisin də gördüyü Günəşlə, bugünkü Günəş eynidir.

Dəyişən formadır, mahiyyət yox.

Mobilləşmə, elmi tərəqqi, texnoloji gəlişim... – qədim insan üçün at arabası nə idisə, mənim üçün elektrik enerjisi ilə işləyən pilotsuz aparatlar eynidir.

İnsan hər gün Novruzəlidir. Novruzəlinin poçt qutusuna novruzəliliyi, mənim Ayfon-8-ə novruzəliliyimlə üst-üstə düşür.

Adəmin dünyaya gəlişi ilə Elon Maskın Mars cəhdi, yaxud poçtalyon göyərçinlə - zamanı müqayisə etsək, - mənim Amerikaya yazdığım elektron mesaj eyni şeydir.

Nəsə artdıqca, nəsə azalır.

Maddi-texniki inkişaf mənəvi qıtlıqla düz mütənasibdir.

İnsanlıq hər gün qaranlığa bir addım yaxınlaşır.

Biz təbii yolla yaşayan və təbii yolla ölən son nəsilik.

Sonra yeni insan doğulacaq. Ölümsüz. Tamamilə sintetik, qeyri-təbii və texno.

Budur: Adəm. Texnoadəm. Heç nə dəyişmir.

Dünya yeniləndikcə köhnəlir.

Söz bitir, mənası itir. Əgər əllə yazı söz yaratmaq idisə, - ki, bu, həm də zəkanın iti qalmasına səbəb idi - indi klaviatura vasitəsilə sözün şəklini çəkirik - Qismət demiş... Düşünməyə ehtiyac yoxdur.

Adəm necə danışırdı? Zaman keçdikcə Adəmin dilinə qayıdırıq. Bir müddət sonra isə canlı ünsiyyət tamamilə itəcək. Bəli, ünsiyyət vasitələri artdıqca ünsiyyət itir...

Bu günün insanı bir növ, tramplindir: Geni inkişaf etdirib texnoadəmə çatdırmaq üçün. Bu qədər insan bir məqsəd üçün var: qaranlıqdan qurtulub – tutalım, Elon Maskın Mars cəhdi – yeni dünyaya ayaq basan insanı yetişdirmək.

Image result for planet

Sonra bu günün adamı öləcək. Yeni dünya Maskın Adəmindən törəyəcək. Ola bilər, bu törəmə də qeyri-təbii, ənənəvi yolla olmasın, bu, başqa yazının mövzusudur.

Postinsan üçün Səs də, Söz də mənasını itirəcək.

Tanınmış tənqidçi məsələni tərs anlayıb.

Ədəbiyyat dünyanın yenidən dərkidir, ədəbiyyat, Söz, postinsanı təqdir etməməli, onunla vuruşmalıdır.

Ümumiyyətlə, Həmid Herisçinin də, tanınmış tənqidçi Əsəd Cahangirin də postinsan sevdası gülməlidir. Axı Həmid ağa pirlərə inanır, başına üzərlik çevirir, axı tanınmış tənqidçi sufilikdən, irfandan dəm vurur, yemək süfrəsinə əlavə bir boşqab da qoyub İmam Mehdini gözləyir?

Tanınmış tənqidçi müsahibəsində qeyd edir ki, “Allah və sevgiyə inam qeybə çəkilib, orda dekadans üzə çıxır. Göz yaşları selinə qərq olan nə qədər bədii örnəklərimiz var.”

Bəli, postinsan, daha doğrusu postinsan mərhələsi dekadansdır. Kim ki bu sirrə vaqifdir, mütləq ağlamalıdır: İnsan üçün, Eşqə görə ağlamalıdır. İlahi eşq üçün gözü tutulmalı, hətta ağlamağın ambideksteri olmalıdır arif.

Üstinsan postinsan deyil, postinsanın keyfiyyətlərindən arınıb İlahi eşqə tutunan, əriyən və bu eşq ilə bütövləşən, bu eşqdə yox olandır.

Tanınmış tənqidçinin postinsan sevdası irfana, sufiliyə, Füzuliyə sevgisiylə tərs mütənasibdir.

Ümumiyyətlə, hər iki müstəvidə oynayır. Mənəvi aşınmadır bu.

Tanınmış tənqidçinin müsahibəsində təqdir etdiyi şeirə baxın:

Mən qadın olsaydım, Allah doğardım,

Olsa da Allaha günah, doğardım.

Allahı bir azca uşaq doğardım,

Bir azca anlasın ac uşaqları.

Əgər varsa, əlinizi vicdanınızın üstünə qoyun. Bu şeirdirmi? İlahi ədalətdən nə qədər uzaq olasan ki, bu naftalin qoxulu fikirləri təqdir edəsən, belə bayağılıq haqda ağız dolusu danışasan...

Təkcə bu zəvzəkləmə olsa, dərd yarı, bəs Elçinin “Baş” romanı? Elçin dəyərli yazıçıdır, mən onun hekayələrini də, digər romanlarını da oxumuşam, xeyli möhtəşəm bədii nümunələri var, amma “Baş”ı o qədər də ciddi roman saymıram.

İlahi tərəzi var axı!?

Dərd odur ki, bu adamlar, bu növ “tanınmışlar” ədəbi müsabiqələrdə münsif olur, nə bilim, fikirləri ədəbi ölçü kimi hesablanır.

Azərbaycanda xeyli istedadlı şairlər, yazıçılar var ki, bu qarnı yekə, dili uzun, yaltaqlıqda ambidekster adamlar imkan vermirlər o gənclərə, qarınlarını qabağa verib oturublar yolun üstə... Mən heç kimdən qorxmuram, ad da çəkə bilərəm: Elşən Mehdi, Elvin Paşa, Rəşad Nağı Mustafa, Sərdar Amin, Pərviz Arif, Sənan, Xəzər Süleymanlı və sair. Demirəm, tərifləyin, tənqid edin, amma ədalət ilə.

Nə vaxt şəxsi maraqları bir qırağa atıb, İlahi ədalətə sarılıb bu gəncləri təqdir etmisiz?

Kim haqda yazılır, kim tərif edilirsə, kim tənqid edilirsə, araşdırıram, məlum olur ki, bir yerdə, bir nöqtədə “alış-veriş” əlaqəsi, şəxsi mənafe dayanır.

Ümumiyyətlə, bu adamlar kimdir?

AYO elə getdi, nə bilim, “İdeal” belə gəldi, ay qardaş, bitirin bu söhbətləri.

Gedib e, gedib sizin qatarınız! Bir-iki süləngi qalıb, onlar da təmizlənsə, ədəbi mühit ağ günə çıxar, inşallah.

Sözümü həqiqi istedadlara tuturam; bu adamların tezislərinə qulaq verməyin!

Gəlin əl-ələ verib, çiyin-çiyinə söykənib bunlara qarşı mübarizə aparaq, bu naftalin beyinləri, şişirdilmiş “tanınmış”ları Sözün ədalətiylə boğaq. İlahi ədalətə, Sözün gücünə arxalanıram mən. O enerjiyə ki, bu xaraktersiz, mənəvi aşınma yaşayan, Sözü alət edən hamı onun qarğışına tuş gələcək, bu dünyada onun-bunun qapısında, onun-bunun ayağı altında, o dünyada elədiklərinin boyunduruğunda rəzil olacaqlar.

Şərinizdən Sözə sığınıram.

Oxşar xəbərlər

Xəbər lenti

Qızı tərəfindən tərk edildi, kirayələrdə yaşadı, küçədə dünyasını dəyişdi – Xalq artistindən maraqlı faktlar
15:30 07 Mart 2021
Bəzənib, qurşanıb sеyrə çıxan yar... – Aşıq Ələsgərdən qoşma çələngi
11:00 07 Mart 2021
Məşhur müğənni kitabxanada striptiz klip çəkdi – Video
18:00 06 Mart 2021
Xalq artisti “Ay laçın” mahnısına klip çəkdirdi - Video
17:05 06 Mart 2021
Papaq - Cəfər Cabbarlının hekayəsi
16:32 06 Mart 2021
“Digitalart-lab” layihəsi çərçivəsində ustad dərsi keçirilib
16:10 06 Mart 2021
Oğuruq əşyalar Luvr muzeyinə qaytarıldı
15:02 06 Mart 2021
Qocalar evində yaşayan aktrisa vəfat etdi
13:45 06 Mart 2021
Tez öləcəyini bildiyi üçün evlənməyən aktyorumuz - Maraqlı faktlar
12:30 06 Mart 2021
Berlin Film Festivalının qalibləri açıqlandı
11:13 06 Mart 2021
Xalq rəssamı haqqında tədbir keçirilib
10:12 06 Mart 2021
Kişilərə qarşı terror törədən feministlər – Sevda Sultanova yazır...
09:01 06 Mart 2021
“Baku” jurnalı “Yandeks dzen” platformasında təqdim olunur
18:55 05 Mart 2021
Qadınlar Gününə həsr olunmuş sərgi keçiriləcək
18:01 05 Mart 2021
Qadına görə özünü yandıran məşhur meyxanaçı - Məşədibaba Elçini niyə öldürmüşdü? - Video
17:09 05 Mart 2021
“Oyaq gözəl” tamaşası onlayn nümayiş ediləcək
16:22 05 Mart 2021
Yanlış tanıdığımız Amerika – Cavid Ramazanov yazır
15:30 05 Mart 2021
Qodar kinodan gedir
14:40 05 Mart 2021
Türkiyəli yazıçı vəfat etdi
13:50 05 Mart 2021
Dahi şairin çap olunmamış şeiri tapıldı
13:01 05 Mart 2021