Alpinistlər haqqında bilmədiyiniz 10 maraqlı fakt - FOTOLAR

Alpinistlər haqqında bilmədiyiniz 10 maraqlı fakt - <span style="color:red;">FOTOLAR
18 may 2018
# 12:24

Kulis.az alpinizm haqqında 10 maraqlı faktı təqdim edir

1. “Alpnizm” fransız sözüdür, lakin bu kəlmə “Alp” dağlarının adı ilə bağlıdır. Comolonquma tərcümədə “ilahi”, Akonkaqua “daş bələdçi”, Kilimancaro isə “parıldayan dağ” deməkdir.

2 XV-XVI-cı əsrlərdə ink qəbilələri onları əhatə edən And dağlarına insan qurban etmək niyyəti ilə çıxıblar. 6 min metrdən yuxarı yüksəklikdə məbəd və qurbangah aşkar olunub. Ən hündür qurbangah Lyulyaylyako (6739 m) vulkanıdır ki, vulkan ocağında beş əsr əvvəl qurban edilmiş uşaq mumiyaları aşkar olunub. Fotoda onlardan birini görürsünüz.

3. Ən gənc alpinist amerikalı Cordan Romerodur. O, 2010-cu ildə dünyanın ən hündür zirvəsinə - Everestə çıxanda 13 yaşı var idi.

4. Everestin ətəklərində 200-ə qədər alpinist cəsədi var. Onları çox nadir hallarda aparıb dəfn edirlər, çünki bu kifayət qədər bahalı prosedurdur. Bu cəsədlərin bəziləri özünəməxsus istiqamət nişanıdır. Onlardan ən məşhuru 8500 metr yüksəklikdə qalmış “yaşıl çəkməli” adlandırılan alpinist cəsədidir.

5. Şerplər, Nepalda, Everest yaxınlığında yaşayan etnik tayfadır. Həkimlərin araşdırmalarına görə onların orqanizminin dağ xəstəliyinin qarşısını alan sürətli qan dövranı keyfiyyəti var. Şerplər zirvəyə qalxan alpinistləri müşaiyət edir, bələdçilik edirlər.

6. Alpinistlərin qeyri-rəsmi “Yeddi zirvə klubu” adlı birliyi var. Bu klubun üzvləri dünyanın müxtəlif yerlərindəki hündürlükləri fəth etməyə can atır. Bu hündürlüklər Asiyadakı Everest (8848 m), Cənubi Amerikadakı Akonkaqua (6962 m.), Şimali Amerikadakı Denali (6190 m.), Afikadakı Kilimancaro (5895 m), Avropadakı Elbrus (5642 m) və Monblan (4810 m), Antarktidadakı Vinson massivi (4892 m) , Avsraliyadakı Caya (4884 m) yüksəkliyidir.

7. Monblan dağının altında Fransanı İtaliya ilə birləşdirən 11,6 km uzunluğunda tunel var.

8. Peruda yerləşən Sky Lodge otelində qayaya bərkidilmiş şüşə kapsullu nömrələr təklif olunur.

9. 2015-ci ildə çəkilən “Everest” filmində zirvədə 1996-cı ildə baş vermiş irimiqyaslı fəlakət təsvir olunur. Taleyin ironiyası üzündən, 2014-cü ildə film üzərində işləyərkən Nepalda qar uçqunu baş verdi və nəticədə 16 insan həlak oldu.

10. İlk alpinist qadın Mariya Paradiz olub. O, 1809-cu ildə Monblan yüksəkliyinə qalxıb.

# 10358 dəfə oxunub

Oxşar xəbərlər

Emin Piri bodibildinq üzrə Avrasiya ikincisi oldu - FOTO

Emin Piri bodibildinq üzrə Avrasiya ikincisi oldu - FOTO

18:12 8 noyabr 2026
Qərb cəbhəsində itirilmiş nəsil, Aprel döyüşləri... - Müharibə  mövzusunda yazılmış məşhur romanlar

Qərb cəbhəsində itirilmiş nəsil, Aprel döyüşləri... - Müharibə mövzusunda yazılmış məşhur romanlar

14:00 8 noyabr 2026
Cəsur topçu Vüsal Şahkərimovun məşhur tarixi fotosu - Zəfər müjdəçisi

Cəsur topçu Vüsal Şahkərimovun məşhur tarixi fotosu - Zəfər müjdəçisi

12:32 8 noyabr 2026
Mehriban Əliyevadan Zəfər Günü paylaşımı: "Prezidentimizə, cəsarətli əsgərlərimizə, zabitlərimizə və veteranlarımıza hədsiz dərəcədə minnətdarıq!"

Mehriban Əliyevadan Zəfər Günü paylaşımı: "Prezidentimizə, cəsarətli əsgərlərimizə, zabitlərimizə və veteranlarımıza hədsiz dərəcədə minnətdarıq!"

11:55 8 noyabr 2026
"Xeyli cəsarət etmisən..." - Əsgər Səlami şeirində nəyi tənqid edirdi?

"Xeyli cəsarət etmisən..." - Əsgər Səlami şeirində nəyi tənqid edirdi?

10:37 8 noyabr 2026
Azərbaycanda Zəfər Günü  qeyd olunur

Azərbaycanda Zəfər Günü qeyd olunur

09:42 8 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər