Anna Frankın seksual yazıları tapıldı

Anna Frankın seksual yazıları tapıldı
17 may 2018
# 10:41

İkinci Dünya Müharibəsinin simvola çevrilmiş adlarından Anna Frankın gündəliyinin bu günə qədər məlum olmayan iki səhifəsi ortaya çıxıb.

Kulis.azın türk mətbuatına istinadən verdiyi məlumata görə gündəliyin qəhvəyi kağızlarla örtülən 78 və 79-cu səhifələrində Frankın cinsi təhsil və fahişəlik haqqında fikirləri ilə yanaşı erotik lətifələr də yer alır.

2019-cu ildə çap ediləcək.

Frank bu səhifələri 28 sentyabr 1942-ci ildə qələmə alıb. İllər sonra oxuna bilən səhifədəki lətifələrdən biri belədir: “Alman nasist qadın əsgərləri niyə Hollandiyaya gəlirlər? Əsgərlərə döşək olmaq üçün.” Gündəliyin 78-ci səhifəsi oxunmayacaq dərəcədə qaralanıb, Frank “Bu səhifəni ayıb lətifələr yazmaq üçün istifadə edəcəm” deyə yazıb. O biri səhifədə isə seksuallıq və fahişəliyin varlığı ilə bağlı düşüncələri yer alır. Səhifələrin varlığı Anna Frank Fondu tərəfindən 2001-ci ilində kəşf edilib. Fond üzərinə kağız yapışdırılaraq qapadılan səhifələri Huygens Hollandiya Tarixi İnstitutunun yardımıyla dijital foto redaktoru texnikası sayəsində oxuya bilib. Hələlik sadəcə internetdə yer alan 2 səhifə araşdırılma tamamlandıqdan sonra 2019-cu ildə çap ediləcək.

Dəfələrlə ekranlaşdırıldı və səhnəyə qoyuldu

1929-cu ildə Almaniyada doğulan yəhudi əsilli Anna Frank nasistlərin təzyiqləri nəticəsində 1934-cü ildə ailəsi ilə birlikdə Hollandiyanın Amsterdam şəhərinə köçür. Hollandiyada da nasistlərin təzyiqləri artdığına görə 8 il sonra Amsterdamın Prinsengracht tərəflərindəki 263 nömrəli evə köçürlər. Burda kitab rəfləri ilə dolu otaqda uzun müddət gizlənən ailə 1944-cü ilin avqust ayında həbs edilir. Anna Frank 1944-cü ilin oktyabr ayında bacısı Marqo ilə birlikdə həbs düşərgəsinə aparılır. 1945-ci ildə çox güman ki, tif xəstəliyinə yoluxduğu üçün həyatını itirir.

“Het Achterhuis” (Arxadakı Ev) adıyla yayımlanan gündəliklər 70-dən çox dilə çevrilib, dəfələrlə ekranlaşdırılıb və səhnəyə qoyulub.

\

# 2873 dəfə oxunub

Oxşar xəbərlər

Türk poeziyasına yenilik gətirən şair – Orhan Veli

Türk poeziyasına yenilik gətirən şair – Orhan Veli

13:10 20 avqust 2026
Sözün, səhnənin və ekranın sənətkarı: İlqar Fəhmi - Gülxani Pənah

Sözün, səhnənin və ekranın sənətkarı: İlqar Fəhmi - Gülxani Pənah

10:00 20 avqust 2026
"Ruhun həndəsəsi" kimi yazılan şeirlər - Elnarə Akimova

"Ruhun həndəsəsi" kimi yazılan şeirlər - Elnarə Akimova

15:10 19 avqust 2026
"Əsl ədəbiyyatın əxlaqlı olduğunu..." - "Lolita"nı niyə oxumalısınız?

"Əsl ədəbiyyatın əxlaqlı olduğunu..." - "Lolita"nı niyə oxumalısınız?

13:15 18 avqust 2026
"Daxili  ambisiyalarla cəmiyyətin ritmi uyğunlaşmayanda..."  - "Şeytan əməli" haqqında qeydlər

"Daxili ambisiyalarla cəmiyyətin ritmi uyğunlaşmayanda..." - "Şeytan əməli" haqqında qeydlər

14:00 16 avqust 2026
"Vətən mənəvi ərazicə bu sayaq adamların varlığı ilə bütövdür... "- Seyfəddin Hüseynlinin yubiley yaşına

"Vətən mənəvi ərazicə bu sayaq adamların varlığı ilə bütövdür... "- Seyfəddin Hüseynlinin yubiley yaşına

10:00 15 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər