Buratinonun sehrli açarı - Bir tamaşadan qeydlər

Buratinonun sehrli açarı - Bir tamaşadan qeydlər
16 may 2018
# 16:35

Mayın 15-də Dövlət Uşaq Filarmoniyası tamaşaçılara “Buratinonun sərguzəştləri” uşaq tamaşasını təqdim etdi. A.Şaiq adına kukla teatrının binasında baş tutan premyera A.M.Tolstoyun “Qızıl açar və Buratinonun macəraları” əsərinin motivləri əsasında hazırlanıb.

Tamaşa həmişə bayramdır. “Buratino”sa balacaların təqdim etdiyi nağıl bayramıdır. Teatrın özəlliyi budur: Tanış əhvalata, tanış qəhrəmana yenidən baxmaq istəyirsən. Hər tamaşada bir sehr var. Həm bəlkə, məhz bu tamaşa filarmoniyanın balaca aktyorları və ya tamaşaçıları üçün unudulmaz, əhəmiyyətli olacaq?

Uşaqlar üçün tamaşa hazırlayan rejissorların işi bəlkə də ən çətinidir. Kuklalarla, hiyləgər tülkülərlə, küpəgirən qarılarla, quyruqlu şeytanlarla hər şeyin yaxşı olacağına, Xeyrin Şərə qalib gələcəyinə inandırmalıdırlar. Bunun üçün özləri buna inanmalıdırlar. Bəlkə bu sonuncu daha çətindir.

Teatr onsuz da şərtidir. Səhnədə baş verənlərə inanırıqsa, Cüzeppenin gətirdiyi taxtanın danışdığına da inanmalıyıq. Buratinonun əhvalatı balacaların yerinə düşən, əsaslandırılmış, ölçülü mizanlarla qurulmuş rəqsləri ilə müşayiət olunur. Bu rəqslər tamaşanın temporitmini artırır, vizual həllinə görə rəngarənglik gətirir, çoxplanlılıq gətirir. Çanaqlı bağa ilə qurbağaların dialoqu kimi ikiplanlı səhnələr vizual olaraq epizodları dərinləşdirir.

Tülkü və pişik obrazlarının plastik həlli də gözoxşayandır.

Qurbağaların, kəpənəklərin, kuklaların rəqsi xüsusilə seçilsə də, rəqslər Kukla teatrının dar səhnəsində sıxılmış təsir bağışlayır. Nağılçının statikliyi, əzbərçi intonasiyası balaca tamaşaçıların hövsələsini daraldır. Hərçənd bu mətnlər çox deyil.

Bunları yazmaq nə üçündür?

İnsan şüuru olduqca spesifikdir, bəzən tamaşanın sehrini qaçıran xırdalıqlara diqqət edir, bəzənsə sehrə aludə olub xırdalıqları görmür.

Rejissor Ceyhun Dadaşovun quruluş verdiyi “Buratino”nun bir üstünlüyü var: məlum filmi unutdurur, bütün zəifliklərinə rəğmən, işıq, musiqi, canlı ifa kimi komponentlərin hesabına əhvalata bir sirr, bir sehr örtüyü çəkə bilir.

Zəif, güclü, yaxşı alınan, alınmayan səhnələr var. Amma finaldakı bir anlıq səssizlik – Buratinonun qızıl açarla sehrli qapını açması anındakı gözlənti - tamaşanın arzu olunan sirliliyə nail olması deməkdir.

O qapının ardında nə varmış? Doğrudan da bu qədər əziyyətlə əldə olunan açarın açdığı qapı hara aparır? - Uşaqların indi içində olduğu teatra. Teatr sehrli yerdir!

# 3053 dəfə oxunub

Oxşar xəbərlər

"Netfliks"in qalmaqallı serialı üçüncü mövsümlə qayıdır:  "Ovçu qadınlar"da oyun qaydaları dəyişir

"Netfliks"in qalmaqallı serialı üçüncü mövsümlə qayıdır: "Ovçu qadınlar"da oyun qaydaları dəyişir

13:30 8 oktyabr 2026
"Disney+"dan Asiya bazarına böyük hücum:  Qlobal layihələr, animelər və iddialı planlar

"Disney+"dan Asiya bazarına böyük hücum: Qlobal layihələr, animelər və iddialı planlar

13:00 8 oktyabr 2026
"Sosial hesablama" niyə "Sosial şəbəkə"nin kölgəsində qaldı?

"Sosial hesablama" niyə "Sosial şəbəkə"nin kölgəsində qaldı?

12:30 8 oktyabr 2026
Məşhur aktyor "ChatGPT"dən imtina etdi - Səbəb

Məşhur aktyor "ChatGPT"dən imtina etdi - Səbəb

11:40 8 oktyabr 2026
Spilberq yeni "Transformers" filmi ilə ekranlara qayıdacaq

Spilberq yeni "Transformers" filmi ilə ekranlara qayıdacaq

18:00 7 oktyabr 2026
Eddi Redmayn və məşhur rejissorun sirli filmi — Kore-eda ilk dəfə danışdı

Eddi Redmayn və məşhur rejissorun sirli filmi — Kore-eda ilk dəfə danışdı

16:00 7 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər