Azərbaycan mədəniyyəti Vaşinqtonda

Azərbaycan mədəniyyəti Vaşinqtonda
7 may 2018
# 09:52

Azərbaycanın Vaşinqtondakı səfirliyi öz qapılarını geniş ictimaiyyətə açaraq ölkəmizin zəngin mədəniyyətini nümayiş etdirilib.

SəfirlikdənAPA-ya daxil olan məlumatda bildirilir ki, səfirliyə təşrif buyurmuş iki minə yaxın ziyarətçilər arasında Vaşinqton və yaxın ərazilərdə yaşayan ictimaiyyət nümayəndələri, ABŞ dövlət strukturlarında çalışan və diplomatik korpus əməkdaşları olub.

Səfirliyə gələn qonaqlara ölkəmizin coğrafi mövqeyi, zəngin tarixi, milli mədəni irsi, turizm potensialı və ölkəmizin müxtəlif sahələrdə əldə etdiyi əlamətdar uğurlar barədə geniş məlumat verilib və əyani nümunələr, o cümlədən milli geyimlər, göz oxşayan yerlərdən bəhs edən video çarxlar, xəritə, kitab və müxtəlif nəşrlər nümayiş etdirilib və paylanılıb. Bundan əlavə, ziyarətçilərə ölkəmizin qədim adət-ənənələri, Bakı və bölgələrin füsunkar təbiəti və qonaqpərvərliyi haqqında ətraflı məlumat verilib və onların sualları cavablandırılıb.

Ziyarətçilərdə Azərbaycan musiqisi və rəqsləri xüsusilə böyük maraq doğurub. Vaşinqtonda fəaliyyət göstərən İpək Yolu Rəqs Kompaniyasının (Silk Road Dance Company) ifasında milli rəqslərimizin “Nəlbəki”, “Sarı Gəlin”, “Arşın mal alan” və s. kimi rəqs nümunələri açıq havada və səfirliyin binasında qonaqlara nümayiş etdirilib. Həmçinin səfirliyin ərazisində uşaqlar üçün rəsm guşəsi təşkil edilib və ölkəmizin görməli yerləri fonunda fotoşəkil çəkdirmək imkanı yaradılıb.

Bu festival Vaşinqton meriyası tərəfindən “Dünya boyu Səfirliklər Turu” (Around the World Embassy Tour) adlı mədəni festival çərçivəsində təşkil olunub. Azərbaycanın ABŞ-dakı səfirliyi ardıcıl olaraq 6 ildir ki, bu təşəbbüsdə iştirak edir. Ümumiyyətlə isə bu il qeyd olunan festivalda 73 ölkənin səfirliyinin iştirakı nəzərdə tutulur.

# 2524 dəfə oxunub

Oxşar xəbərlər

Elnarə Akimova: "Biz dərsliklərimizə ən müqəddəs dəyərlərimizi yerləşdirməliyik"

Elnarə Akimova: "Biz dərsliklərimizə ən müqəddəs dəyərlərimizi yerləşdirməliyik"

19:40 13 noyabr 2026
Milyonlarla dollar qazanan Hollivud ulduzlarının adları açıqlandı

Milyonlarla dollar qazanan Hollivud ulduzlarının adları açıqlandı

18:40 13 noyabr 2026
Nikol Kidman Fəxri "Sezar" mükafatı ilə təltif olunacaq

Nikol Kidman Fəxri "Sezar" mükafatı ilə təltif olunacaq

17:57 13 noyabr 2026
"Ulduz müharibələri" filmində  istifadə olunan işıq qılıncı rekord qiymətə satıldı

"Ulduz müharibələri" filmində istifadə olunan işıq qılıncı rekord qiymətə satıldı

17:26 13 noyabr 2026
Azərbaycan musiqisi adı ilə süni intellekt əsərləri təqdim olunur? – Firəngiz Əlizadədən sərt açıqlama

Azərbaycan musiqisi adı ilə süni intellekt əsərləri təqdim olunur? – Firəngiz Əlizadədən sərt açıqlama

16:51 13 noyabr 2026
“Bizə formal sərgilər lazım deyil” – Fərhad Xəlilovdan sərgi təşkilatçılarına irad

“Bizə formal sərgilər lazım deyil” – Fərhad Xəlilovdan sərgi təşkilatçılarına irad

16:43 13 noyabr 2026
Ana səhifə Reels Yazarlar Xəbərlər