news-inner
clock09:00 calendar-gray 05 May 2018 view-gray125 dəfə oxunub
view-gray125 dəfə oxunub

Türk rejissorun almanları qəzəbləndirən filmi

Kulis.az “Əsl kino” layihəsində Fatih Akının “Son həddə” (2017) və Lorens Viqasın “Uzaqdan” (2015) filmlərini təqdim edir.

Türk əsilli alman rejissoru Fatih Akının “Son həddə” dramı 70-ci Kann kinofestivalının əsas müsabiqəsində iştirak edib.

Süjet: Katya (Diana Kruger) kürd Nuri Sekerçi (Numan Akar) ilə evlidir. Cütlüyün beş yaşında oğlu var. Nuri narkotik alverinə görə əvvəl həbsxanada yatıb. Evlənəndən sonra Nuri narkotik alverindən uzaqlaşır, ofis açır, kiçik biznes qurur.

Katya adi günlərin birində oğlunu atasının ofisinə gətirir, özü isə rəfiqəsiylə dincəlməyə gedir. Gənc qadın axşam ərinin ofisinə dönəndə ona terror aktı nəticəsində ərinin və oğlunun həlak olduğu deyilir. İstintaq araşdırması zamanı Katya ofisin qarşısında gənc, sarışın bir qadının velosiped saxladığını və velosipeddə futlyara bənzər bir şey gördüyünü xatırlayır. Tezliklə cinayəti törədənlərin, neonasisit təşkilatının üzvü olan - Edda (Hanna Hilsdorf) və Andre (Ulrich Brandhoff) olduğu aşkarlanır. Məhkəmə yetərincə sübut olmadığı üçün onları azad edir. Ümidsizliyə qapılan və məhkəmənin qərarı ilə razılaşmayan Katya özü qisas almağa qərar verir...

Fatih Akın belə mürəkkəb, həssas mövzuya korrekt yanaşıb. Özünün dediyi kimi o, bilərəkdən sarışın, mavi gözlü almanı (Katyanı) neonasistlərə qarşı qoyub.

Film üç hissədən ibarətdir: “Ailə”, “Ədalər” və “Dəniz”.

Birinci hissədə xoşbəxt ailə tablosu sərt dönüşlə param-parça olur, doğmalarını itirən Katyanın faciəsinə dönür, o ümidsizlikdən intihara cəhd edir.

İkinci hissəni müəllif həyəcanlı hüquq dramına çevirir. Bütün hissə demək olar ki, məhkəmə zalında tərəflərin hüquq müstəvisində döyüşü üzərində qurulur.

Üçüncü parça isə qəhrəmanın melonxoliyası, təbiətin romantik təsvirləri-triller, detektiv elementləri ilə qəribə hibrid əmələ gətirir. Katya dəniz kənarında ailəsi ilə xoşbəxt günlərinin əks olunduğu təsvirlərə baxır. Qatillərini də dəniz kənarında dincəldiyi yerdə tapır.

Hər üç hissəni mühüm bir xətt birləşdirir: qadının ağrısı. Əslində bütün film bu sualın cavabına axtarışdır: ağrını necə adlamalı, onunla necə davranmalı, öhdəsindən necə gəlməli. Əhvalatda hər nüans qadının ağrılarından hörülür. Tamaşaçı da onunla birgə bu ağrıları yaşayır. Özəlliklə də məhkəmədə tibb eksperti soyuqqanlılıqla partlayış zamanı onun oğlunun bədəninin hansı hissələrinin zədələnməsini anladarkən, qadının ağrısını, həyəcanı, əsəblərinin gərilməsi seyrçiyə də sirayət edir.

Diana Kruger demək olar ki, bütün filmi çiyinlərində tək daşıyır və bu səbəbdən də rejissor işi onun mükəmməl oyununun kölgəsində itir.

İslam terrorçularından yox, neonasistlərdən film çəkdiyi üçün Akına iradlar bildirilib. Məsələ ondadır ki, belə bir hadisə 2000-ci illərin əvvəlində baş vermiş, terror aktı nəticəsində bir neçə türk öldürülmüşdü. İstintaq qətli türk mafiyasının davası kimi qiymətləndirsə də, təsadüf nəticəsində bunu neonasistlərin törətdiyi aşkarlanmışdı. Akın da məhz bu faktdan sarsıldığını deyir.

Film “Ən yaxşı xarici film” nominasiyasında “Qızıl Qlobus” alıb. Diana Kruger isə Kannda “Ən yaxşı aktrisa” mükafatına layiq görülüb.

***

Venesuela rejissoru Lorens Viqasın “Uzaqdan” tammetrajlı debütü Venesiya kinofestivalında “Qızıl Şir”ə layiq görülüb.

Süjet: Orta yaşlı Armando (Alfredo Kastro) diş texnikidir, protez dişlər düzəldir. O, boş vaxtlarında kasıb, yeniyetmə oğlanları gözaltı edir, evinə çağırır, onlara qurşağadək soyunmağa əmr edir, sonra seyr edərək onanizmlə məşğul olur. Və əvəzində pul ödəyir. Bir dəfə o, 17 yaşlı Elderlə (Luis Silva) tanış olur. Elder ondan pul alsa da, istəklərini yerinə yetirmir, onu yaralayaraq qaçır. Onlar yenidən rastlaşır. Elderlə Armando arasında mənəvi yaxınlıq yaranır. Tədricən yeniyetmə özünün homoseksual duyğularını aşkarlayır və Armandoya aşiq olur...

“Uzaqdan” minimalist filmdir: dialoqlar az, pauzalar çoxdur, təsvirlər statik, monotondur, məkanlar yarıboşdur.

Qəhrəmanın özü də təsvirlər kimi soyuqdur, qapalıdır, ünsiyyətə az gedir, insanlardan aralı gəzir, evi belə özü kimi hermetikdir.

Əhvalatda tam açılmasa da, onun atasıyla freydist münasibəti olmasını müəllif bəzi məqamlarda sızdırır: o, ara-sıra qoca, biznesmeni izləyir, onu nifrətlə süzür. Yeniyetmələrə seksual marağı, ancaq onlara toxunmadan, ehtiyatlı davranışından bəllidir ki, uşaqlıqda aldığı seksual travmalardan xilas olmaq istəyir.

Bu, Venesuelanın kino tarixində Venesiyada qazandığı ilk baş mükafatdır.

Ərindən gizli abort etdirən yazıçı arvadı – “Əsl kino”

Depressiyaya meylli adamlar bu filmə baxmasın -VİDEO

Sallaqxanada eşq macərası – “Əsl kino”

Üzü əməliyyatla dəyişən yəhudi müğənninin əri ilə oyunu

Ərinin sevgilisi ilə birlikdə yaşamağına razı olan məşhur telejurnalist

Bu il Oskar alan ilk transseksual qadının filmi – ƏSL KİNO

Bu film Kamyunun hekayəsi əsasında çəkilib

Çin rejiminə etiraz edən film -“O qız çinlidir”

Kann festivalında qalib olan iki film – “Buraxılış” və “Şəxsi alıcı”

Gürcü rejissorun Berlin festivalında mükafat alan filmi - ƏSL KİNO

İsrailin bəyənmədiyi son illərin ən yaxşı anti-müharibə filmi

İşə götürənlərə narkoman olduğunu deyən norveçli

Bu filmin aktyoru mafiya üzvü olduğuna görə 11 il həbsdə yatıb

news-inner-user
Sevda Sultanova

732 məqalə

Paylaş

Oxşar xəbərlər

Xəbər lenti

“İnsana bədbəxtlik lazımdır” – Şekspirdən aforizmlər
21:00 20 Sentyabr 2019
Xalça Muzeyində Nəsimiyə həsr olunan sərgi keçiriləcək
18:47 20 Sentyabr 2019
Qanad açır uçmağa tənha qadın - Şeirlər
18:20 20 Sentyabr 2019
Azərbaycan şairləri Dünya Yazarlarının Belqrad görüşündə
17:32 20 Sentyabr 2019
Tarkovski filmləri nədən bəhs edir? – Bijaya Bisvalın məqaləsi
17:30 20 Sentyabr 2019
Haluk Bilginər “Emmi” mükafatına namizəd olub
17:10 20 Sentyabr 2019
Dünyanın ilk vagina muzeyi açılır - Fotolar
16:33 20 Sentyabr 2019
SSRİ-nin Xalq artisti vəfat edib
15:50 20 Sentyabr 2019
Fala baxan Bəxtiyar Vahabzadə, evində rus qızı saxlayan Sabir Əhmədli... – Yazıçıların başına gələn qeyri-adi hadisələr
15:30 20 Sentyabr 2019
Şəhriyar Del Gerani Kulisin şeir müsabiqəsinə qoşuldu
15:02 20 Sentyabr 2019
"Bitliz" qrupunun solisti uşaqlar üçün kitab yazıb
14:30 20 Sentyabr 2019
Selcanın etirafındakı dəhşətli həqiqət
13:45 20 Sentyabr 2019
Arif Babayev Türkiyədə müalicə olunur
13:44 20 Sentyabr 2019
Gənc şair beynəlxalq konfransda çıxış edəcək
13:20 20 Sentyabr 2019
Röyanın son dərəcə bayağı mahnısı
12:41 20 Sentyabr 2019
“Bir şeir” müsabiqəsinə əsərlərin qəbulu davam edir – Yeni mətnlər
12:01 20 Sentyabr 2019
Nobel mükafatçıları bu tarixdə bəlli olacaq
11:31 20 Sentyabr 2019
Qadın haqlarını qoruya bilməyən feministlərimiz
11:01 20 Sentyabr 2019
Xalq şairi Qarabağdan poema yazıb: onu çap eləməkdən çəkiniblər!
10:15 20 Sentyabr 2019
Daha dözə bilmirəm – Bircənin Romanı
09:00 20 Sentyabr 2019