Bakı Mühəndislik Universitetində Kamal Abdulla ilə görüş keçirildi

Bakı Mühəndislik Universitetində Kamal Abdulla ilə görüş keçirildi
3 may 2018
# 10:53

Bakı Mühəndislik Universitetində akademik Kamal Abdulla ilə görüş keçirilib.

Universitetin mətbuat xidmətindən Kulis.aza verilən məlumata görə pedaqoji fakültəsinin Azərbaycan dili və ədəbiyyatı kafedrasında “Müstəqillik illəri Azərbaycan ədəbiyyatı” fənninin dinləyici tələbələri ilə olan görüşdə Kamal Abdullanın “Yarımçıq əlyazma” romanı geniş müzakirəyə cəlb edilib.

Əvvəlcə, Kamal Abdulla romanlarının dil-üslub və poetik imkanları haqqında məlumat verilib. Romanların ideya və struktur estetikası analiz edildikdən sonra müəllifə söz verilib.

Kamal Abdulla “Yarımçıq əlyazma”nın yazılma prosesi və romana olan reaksiyalar barədə ətraflı söhbət açıb.

Söhbət əsnasında auditoriyanın maraq dairəsinə uyğun olaraq “Gizli Dədə Qorqud”, “Yarımçıq əlyazma” və “Kitabi-Dədə Qorqud” poetikasına giriş” əsərlərinin arasındakı əlaqə də müzakirə edilib. Tələbələr “Yarımçıq əlyazma” romanı haqqında müxtəlif səpkili məruzə və suallarla çıxış ediblər. Universitetin professor-müəllim heyəti, Tərbiyə işləri üzrə prorektor, Siyasi elmlər üzrə fəlsəfə doktoru Bayram Hüseynzadə, Pedaqoji fakültənin dekanı, dos. İslam Hüseynov, professor Akif Hüseynli və baş müəllim Ülvi Babasoy da müzakirədə iştirak ediblər. Professor Akif Hüseynli “Kamal Abdulla yardıcılığında intellektual nəsrin poetik imkanlarının yüksək səciyyədə olduğunu” vurğulayıb və roman haqqında geniş mühazirə oxuyub.

Sonda Kamal Abdulla auditoriyadan razı qaldığını və bu tip müzakirələrin yaradıcılığının hər hansı qaranlıq bir məqamına aydınlıq gətirilməsində əhəmiyyəti haqqında danışıb, iştirakçılar və universitet rəhbərliyinə öz təşəkkürünü bildirib.

# 2489 dəfə oxunub

Oxşar xəbərlər

Gələcəyin memarlarına kim nümunə göstərilir? – Şərurlu İsfəndiyarın tələbələrlə görüşünün müəmması

Gələcəyin memarlarına kim nümunə göstərilir? – Şərurlu İsfəndiyarın tələbələrlə görüşünün müəmması

18:44 12 noyabr 2026
"Qərb-Şərq divanı – Göte və Mövlana"  adlı konsert proqramı təqdim olunacaq

"Qərb-Şərq divanı – Göte və Mövlana" adlı konsert proqramı təqdim olunacaq

18:43 12 noyabr 2026
Mişel Uelbek  haqqında cinayət işi açıldı – Təfərrüatlar

Mişel Uelbek haqqında cinayət işi açıldı – Təfərrüatlar

18:05 12 noyabr 2026
Kriştiano Ronaldonun studiyası  ilk serial layihəsinin çəkilişlərinə başladı

Kriştiano Ronaldonun studiyası ilk serial layihəsinin çəkilişlərinə başladı

17:32 12 noyabr 2026
Tanınmış aktyor vəfat etdi

Tanınmış aktyor vəfat etdi

17:04 12 noyabr 2026
"Netflix"dən yeni layihə - Cinsi zorakılıqda təqsirləndirilən aktyor barədə

"Netflix"dən yeni layihə - Cinsi zorakılıqda təqsirləndirilən aktyor barədə

16:37 12 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər