Yazıçı Yaşarın qoşa beşləri: 55

Yazıçı Yaşarın qoşa beşləri: 55
2 may 2018
# 11:03

Mayın 3-də qələm yoldaşımız, istedadlı nasir, tərcüməçi və redaktor, respublikanın Əməkdar Mədəniyyət İşçisi Yaşarın 55 yaşı tamam olur.

Yaşarın ilk hekayələri - "Canavar" və "Oğul" 1987-ci ildə “Ulduz” jurnalında dərc olunub. Otuz ildən artıqdır ki, onun imzası qələmə aldığı nəsr əsərləri, dünya ədəbiyyatından elədiyi tərcümələr, çapa hazırladığı kitablarla oxucularda rəğbət doğurur.

Kəmiyyət arxasınca qaçmayan yazıçı ötən illər ərzində "Tabut", "Rahatlıq", "Dəfn", "Zarafat", "Ayrılıq" və s. kimi hekayələri ilə ədəbiyyatda ciddi imza olduğunu sübut edib. 1998-ci ildə nəşr olunan “Yeddi” hekayələr toplusu bunun bir daha təsdiqi idi. "Divar" hekayəsi əsasında C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının “Debüt” studiyasında qısamertrajlı bədii film lentə alınıb, bir sıra hekayələrisə rus, türk, alman, ingilis, ərəb, bolqar, gürcü və s. dillərə çevrilib.

Yaşar dünya ədəbiyyatından İsaak Babel, Yukio Mişima, Xuan Rulfo, Somerset Moem, Taryey Vesos, Matilda Urrutianın əsərlərini Azərbaycan oxucusuna tanıdıb, onun tərcüməsində Maks Frişin, Bertolt Brextin dünya teatrlarında tamaşaya qoyulan pyesləri Akademik Milli Dram Teatrının səhnəsində tamaşaya qoyulub.

Məsul inzibati vəzifələrdə, “525-ci qəzet” və “Xəzər” jurnalında çalışmış Yaşar son illərdə Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin fəaliyyətinə də öz töhfəsini verib.

Qələm dostumuzu təbrik edir, həyatında və yaradıcılığında yeni-yeni uğurlar arzulayırıq.

Hörmətlə: Zakir Fəxri, Əlisəmid Kür, Saday Budaqlı, Bəhlul Seyfəddinoğlu, Zahid Sarıtorpaq, Nəriman Əbdülrəhmanlı, Fərhad Abdullayev, Mahir Qarayev, Etimad Başkeçid, Salam Sarvan

# 3404 dəfə oxunub

Oxşar xəbərlər

Kişilərin kölgəsində qalmış qadın rəssam:  Vilhelmina Barns-Qremin böyük sərgisi açıldı

Kişilərin kölgəsində qalmış qadın rəssam: Vilhelmina Barns-Qremin böyük sərgisi açıldı

18:43 3 noyabr 2026
Mumiyaların üzərinə yerləşdirilən Fəyyum portretləri nümayiş olunur

Mumiyaların üzərinə yerləşdirilən Fəyyum portretləri nümayiş olunur

18:04 3 noyabr 2026
Əbu-Dabidə ilk böyük incəsənət hərracı rekordla başa çatdı

Əbu-Dabidə ilk böyük incəsənət hərracı rekordla başa çatdı

17:43 3 noyabr 2026
Məşhur yazıçı illərdir gizli saxladığı sirri açdı:  Başqa adla roman yazıbmış

Məşhur yazıçı illərdir gizli saxladığı sirri açdı: Başqa adla roman yazıbmış

17:26 3 noyabr 2026
Ancelina Coli və Bred Pittin qızı  atasının soyadından imtina etdi

Ancelina Coli və Bred Pittin qızı atasının soyadından imtina etdi

16:57 3 noyabr 2026
Dilçilər heyəti 2026-cı ilin sözünü seçdi - "Mogging" nə deməkdir?

Dilçilər heyəti 2026-cı ilin sözünü seçdi - "Mogging" nə deməkdir?

16:40 3 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər