news-inner
clock14:10 calendar-gray 26 Aprel 2018 view-gray103 dəfə oxunub
view-gray103 dəfə oxunub

Türk aktyorun oynadığı, sponsorların rejissorunu döydüyü Azərbaycan filmi... - PREMYERA

Premyera: 25.04.2018

Rejissor: Namiq Ağayev

Ssenari müəllifi: Namiq Ağayev, Fikrət Məmmədov

Aktyorlar: Namiq Ağayev, Fikrət Məmmədov, Vüsalə Ağayeva, Tuncər Salman, Svetlana Həşimova.

Prodüser: Rəşad Cəfərov, Fariq Cəfərov, Ramin Asimoğlu.

Bunlar “Ol” filminin təvəllüd məlumatlarıdır. Cansız lentlərdə, rəqəmsal disklərdə saxlanmasına baxmayaraq film də canlıdır, onun da belə kimlik məlumatları olmalıdır. “Ol” filmisə yaradıcı insan haqqındadır, onun qorxuları, əzabları, təxəyyülündə yaşananlar, emosional halı barədədir.

Bir qədər bədiiləşdirsək, “Ol” deyib yaradan tanrının rejissor bəndəsinə göndərdiyi əzab və xoşbəxtlik haqqındadır.

Kamera bir az yüksəklərdən enərək, iki nəfəri çəkir: kostyum geymiş, bayramdan, tədbirdən çıxdığı bilinən iki sərxoş adamı atırlar küçəyə. Bunlardan biri baxdığımız filmin rejissoru Namiq Ağayevdir, o biri elə bu filmin ssenari müəllifi Fikrət Məmmədov.

Məlum olur ki, rejissorla ssenarist öz filmlərinin təqdimatında qovulub. Film alınmayıb, sponsorlar onları döyüb bayıra atıblar.

Beləliklə, bir rejissorun başına gələ biləcək ən pis vəziyyəti çəkməklə, Namiq bəlkə ən böyük qorxusunu bu başdan tamaşaçıya açıqlayır. Yəni, daha bundan o yanası yoxdur, film alınmayıb, sponsorlar döyüb atıblar bayıra. Daha nə olsun?

Sərxoşları uzun-uzun izləyən kamera da arabir musiqinin, sərxoşların havasına düşür, “gözləri” xumarlanır, “səntirləyir”. Sərxoşa dözən ayıq adam səbrilə bu kadrları izləyirik.

O arada sərxoşlar özləri kimi döyülüb bir gecə klubunun qapısı ağzında küçəyə atılmış qızla (Vüsalə Ağayeva) rastlaşırlar. İki kino sevdalısı Rejissorun təklifi ilə qızı bir ssenari “materialı” kimi götürüb gedirlər evə..

Rejissor sözünü böyüklə yazdım ki, biləsiniz, filmin içində “Ol” deyən rejissor Namiq Ağayev özüdür. Daha sonra nə çəkilməlidir, bunu filmin içində Namiq deyir. Bu dünya Namiqin dünyasıdır. Bəlkə gördüyü yuxudur, bəlkə xatirəsidir. Evdə yaşayan “damavoy” (damdabaca) Cinquş da, Tamara xala da, evin əşyaları da, film sevdası da, şahzadə nağılı da Namiq Ağayevin təxəyyülüdür. Ki, ilk başdan adını familiyasını, ata adını belə deməklə, Ağayev Namiq Firudin oğlu cəsarətlə özünü kameranın qabağına atır.

Cəsarətlə derkən... Sənətkar üçün şəxsilik və intim anlayışı fərqlidir, üfüqdə böyük ideyaların işığını görürsənsə, çılpaqlığından da, özündən də utanmırsan, bunların bir əhəmiyyəti olmur. Bu inam o qədər güclü olur ki, qeyri-peşəkarlıq kimi ittihamlar səni qorxutmur.

Hətta, nəinki qorxutmur, əgər tamaşaçını da öz xatirənə, dünyana, arzularına, ortaq edə bilirsənsə, o işıltı onun da gözünü tutur, kontekst onu uzaqlara aparır, operator səhvi, kadr kompozisiyası, mizan həlli axtarmır.

“Ol” filmində də belə olur. Təxəyyülündəki nağılın atmosferini ötürə bilməyəndə filmin içindəki dərviş-rejissor Namiq Don Kixot qılıncı ilə ortaya çıxır, filmini xilas edir.

Don Kixot sözü təsadüfi bənzətmə deyil, Rejissor Namiq Ağayev cəngavər kimi öz xəyallarını, arzularını, qoxularını, xatirələrini qurub və Şahzadənin simasında onu qorumağa qalxır. Biz yaradıcı insanın təxəyyülündə baş verənləri görürük.

“Ol” filmində rejissor özü ilə qəhrəmanı, müəlliflə əsəri arasındakı sərhədi itirir. Məsələ təkcə qəhrəmanların gerçək adlarında deyil, həm də mətndədir. Məsələn, sovet kinosu dövründən unudulan Fikrət Məmmədov kino haqda öz monoloqunu deyir. Bu, şəxsən onun yanğısı, acısı, dərdidir. Eləcə də, Namiq Ağayevin nostalji dolu monoloqu.

Namiq Ağayev nəinki sərhədləri dağıdır, həm də hər hansı kino qaydalarına riayət etmir, çünki, yaradıcılıqda hər hansı qayda yoxdur, öz qaydalarını tətbiq edir.

Amma ayıq tamaşaçı kimi arabir uzanıb gedən klip kompozisiyasını tanıyırsan, mizan naqolaylığını görürsən, rakurs haqda düşünürsən, filmin əvvəlində səslənən professional sözünü xatırlayırsan.

Nəzəri olaraq “Ol”un bir neçə səciyyəvi cəhəti var. Filmdə yaradıcı prosesin əks istiqaməti göstərilir: yaradıcı prosesdə adətən hadisə təxəyyüldən reallığa daşınırsa, ideyadan materiyaya keçirsə, burada reallıqdan təxəyyülə daşınır - əvvəl Qız (Vüsalə Ağayeva) tapılır, sonra hekayəsi yaranır.

Filmdə hər hansı bir qanunauyğunluq yoxdur, hər sonrakı kadrda ağlagəlməz, GÖZLƏNILMƏZ bir şey ola bilər, bu gözlənilməzlik filmi - obyekti subyektləşdirir, yəni, “Ol” filmi rejissor Namiq Ağayevin özüdür. Çün gözlənilməzlik yaradıcılığın bir cəhətidir.

Film nağıl kimi mifik-mistik janra toxunmaqla hadisələrin ekran həllinə şərtilik gətirir və özünü bir çox tənqidlərdən sığortalayır.

Bununla belə, montaj, mizan, rakurs, həllindəki boşluqlar diqqətdən qaçmır. Bunlar tamaşaçını ekrandan “qoparır”, qarışıqlıq, "həftəbecərlik" təəssüratı yaradır.

Lakin filmin uğurlu finalı – doğma adamın ölümü və həyat eşqi – tamaşaçını pozitivliyə kökləyir. Yuğ sayağı ölümdən həmən sonra şənlik, finalı nağıldan fəlsəfəyə daşıyır.

Ölümün həlli də fərqlidir. Doğma Məryəm xalanı sağ ikən yuyundururlar, madonna kimi bəzəyirlər, son arzusu kimi evin damına çıxarırlar və qadın orada ölür, amma bu ölüm də fərqlidir: stulda oturmuş qadın əl edib yoxa çıxır. Onda Fikrət “Ol” deyib olduran rejissordan soruşur: “Daha nə edəcəyik?”

Rejissor Namiq Ağayev “Oynayacağıq, lyuku bağla, gəlirlər” deyib şahzadə qız ilə rəqsə başlayır. Bu ekssentrik hərəkətlərlə dolu rəqsi kamera yuxarıdan izləyir.

Və bunlar “Ol” filminin danışan, həm də salondakı yaradıcı kino adamlarına xitabən danışan sonuncu kadrlarıdır.

Bu oynamaq sevdası, “Ol” deyib bu qədər sərgüzəştə təkan verən tanrıdan insana keçən sevdadır. Axırı yoxa çıxmaq olan dünyaya bir məna qatmaq üçün oyun uydurmaq lazımdır...

news-inner-user
Aliyə

974 məqalə

Paylaş

Oxşar xəbərlər

Xəbər lenti

Xristianlığa meyl edən gənclərimiz - Əsəd Cahangir yazır...
21:00 20 Avqust 2019
Aktyorumuz beynəlxalq mükafat aldı
18:47 20 Avqust 2019
Maestro Niyazinin xatirəsi anılıb
18:06 20 Avqust 2019
Oxuduğuma görə məni döyürdülər
17:34 20 Avqust 2019
AYB sədrliyinə namizəd olan gənc: “Bizə təhdid mesajı gəlib”
16:33 20 Avqust 2019
Xan Şuşinski birinci arvadının istəyi ilə özündən 30 yaş cavan qız almışdı – Maraqlı Faktlar
15:34 20 Avqust 2019
Məşhur sovet rejissoru xəstəxanaya yerləşdirildi
14:16 20 Avqust 2019
Filmimiz daha bir beynəlxalq uğura imza atıb
13:38 20 Avqust 2019
Qızlar 14 yaşında ərə getsin! – Ayxan Ayvaz yazır...
12:33 20 Avqust 2019
Anardan Firudin Qurbansoya etiraz gəldi
12:01 20 Avqust 2019
Ədəbiyyat insanı əqli inkişafdan saxlayır
11:22 20 Avqust 2019
"İmtahan" serialının Eldarı insult keçirdi
10:25 20 Avqust 2019
Atalığının döyə-döyə öldürdüyü Murad
10:21 20 Avqust 2019
Yeni beynəlxalq teatr festivalı təsis olunub
09:32 20 Avqust 2019
“Hamilə qadın görəndə ikrah hissi keçirirəm”
09:00 20 Avqust 2019
Brodski: sürgündə xanımı ilə, mühacirətdə xanımsız
21:00 19 Avqust 2019
Qazaxda Xalq şairi Mirvarid Dilbazinin xatirəsi anılıb
18:52 19 Avqust 2019
“Sonuncu Pərdə” filminin ilk tizeri yayılıb - Video
18:31 19 Avqust 2019
“Sosium” yenidən APA TV-nin efirində
17:44 19 Avqust 2019
Cinə inanan adam Nəsimini anlaya bilməz – Yazarlardan Firudin Qurbansoya sərt cavab
17:07 19 Avqust 2019