El qəhrəmanı haqda kitab təqdim olundu

El qəhrəmanı haqda kitab təqdim olundu
25 aprel 2018
# 16:49

Bu gün "Azərkitab" Kitab Təbliğatı Mərkəzində el qəhrəmanı Məcid ağa Şəkibəyova həsr edilmiş "Üç kəlmə, üç güllə" adlı "kitabın təqdimatı keçirilib.

Tədbirdə Milli Məclisin 10-dan artıq üzvü, gədəbəyli ziyalılar, tanınmış şəxslər, bir sıra dövlət orqanlanlarının nümayəndələri və media mənsubları iştirak edib.

Tədbirin aparıcısı millət vəkili, MŞ-nın sədri Əflatun Amaşov Cumhuriyyətin yüzilliyinə təsadüf edən kitabı ərsəyə gətirənlərə təşəkkür edib.

Məcid ağa Şəkibəyovun həyatı haqqında danışan millət vəkili onun ermənilərə qarşı 1918-20- ci illərdə, Qırmızı İpmeriyaya qarşı isə 1929-30-cu illərdə apardığı mübarizədən bəhs edib.

Daha sonra Baş nazirin sabiq müavini İzzət Rüstəmov, tanınmış həkim Rəşid Mahmudov, əməkdar mədəniyyət işçisi Vaqif Bəhmənli millət vəkilləri Arif Rəhimzadə, Aqil Abbas, Musa Urud, Sevinc Hüseynova, Ziya Səmədzadə, Rafael Cəbrayılov, Tahir Kərimli və b. çıxış ediblər.

Kitabın müəllifi şair Çingiz Dalğın, İdeya müəllifi Eldar Əsgərovdur.

Xatırladaq ki, Məcid ağa Şəkibəyova 1918-ci ildə azğın erməni daşnaklarına qarşı amansız mübarizə aparan silahlı dəstənin öncüllərindən olmuş, Göyçə mahalının "Pənbək" adlanan ərazisində, "Burcalı" dağının ətəklərində və Tovuz Rayonunun məşhur "Xınna" dərəsində erməni paşası Andronikin qoşunlarının bir hissəsini - üç yüz nəfərlik silahlını məhv etmişdir. Şura hökumətinin Azərbaycanda bərqərar olmasından sonra, bütün varlı-hallı ağalar, bəylər kimi Məcid ağaya və mənsub olduğu Yaqublu nəslinin bütün insanlarına qarşı da ciddi təzyiqlərə başlanmışdır. Könüllü olaraq, hökumətə təslim olmaq istəməyən ağa, möhkəm silahlanmış öz kiçik dəstəsilə dağlara çəkilmiş, etibarlı yerdə gizlənərək, Şura hökumətinin silahlı qoşunuyla qeyri-bərabər olmayan savaşa başlamışdır. Bu mübarizədə də çoxlu sayda bolşevik əsgərlərini məhv etmişdir. 1929-cu ilin dekabrında başlayan bu amansız mübarizə, 1930-cu ilin mart ayının əvvəllərinəcən davam etmişdir. Sonda silah-sursatının tükəndiyini görən ağa ölümü təslimçilikdən uca tutaraq, tüfənginin qundağına "Məcidi Məcid vurdu" sözlərini yazıb, son iki gülləsini özünə vuraraq, intihar etmişdir./faktor.az/

# 2884 dəfə oxunub

Oxşar xəbərlər

Cadugərliyin faciələrlə dolu  tarixi... - 300 il ərzində əlli min qadın niyə yandırılmışdı?

Cadugərliyin faciələrlə dolu tarixi... - 300 il ərzində əlli min qadın niyə yandırılmışdı?

14:00 22 noyabr 2026
Atatürkün dəfnində Azərbaycan Xalq Cümhuriyyətinin iki naziri vardı – Onlar kim idi?

Atatürkün dəfnində Azərbaycan Xalq Cümhuriyyətinin iki naziri vardı – Onlar kim idi?

10:00 22 noyabr 2026
Vyetnam Prezidenti: "Azərbaycan həm Avropanın, həm də Asiyanın mədəni irsini daşıyan inci hesab olunur"

Vyetnam Prezidenti: "Azərbaycan həm Avropanın, həm də Asiyanın mədəni irsini daşıyan inci hesab olunur"

15:26 21 noyabr 2026
Azərbaycan dünyanın ən böyük nağıl festivalında

Azərbaycan dünyanın ən böyük nağıl festivalında

15:10 21 noyabr 2026
"Ulduz"un  Xaqani Şirvaninin 900 illiyinə həsr olunmuş xüsusi buraxılışının təqdimatı keçirildi

"Ulduz"un Xaqani Şirvaninin 900 illiyinə həsr olunmuş xüsusi buraxılışının təqdimatı keçirildi

12:41 21 noyabr 2026
"Həqiqət zərrəsi tapılmayanda yalanı böyük tikələrlə udurlar..." - İsaak Başevis-Zinger

"Həqiqət zərrəsi tapılmayanda yalanı böyük tikələrlə udurlar..." - İsaak Başevis-Zinger

12:30 21 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər